Məhkəmə qərarları › İş №e-2(029)-935/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-935/2022

23.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-935/2022 23.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı Anatoliyeviçin cavabdeh X3 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Anatoliyeviç cavabdeh X3 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş 2 ədəd tikili (avtomobil təmiri sexi), ayaqyolu və anbarın, həmçinin su xəttinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə və teleqram göndərərək, İddiaçı Anatoliyeviçin məhkəməyə göndərmiş olduğu iddia ərizəsinin məzmununda səhvlər olduğu üçün iddiə ərizəsinin qəbulundan imtina etdiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə və teleqram göndərərək, İddiaçı Anatoliyeviçin məhkəməyə göndərmiş olduğu iddia ərizəsinin məzmununda səhvlər olduğu üçün iddiə ərizəsinin qəbulundan imtina etdiyinindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, İddiaçı Anatoliyeviçin cavabdeh X3 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı Anatoliyeviçə qeri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Anatoliyeviçin cavabdeh X3 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Anatoliyeviçin cavabdeh X3 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı Anatoliyeviçə qeri qeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar