Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-938/2022 03.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 49.43 (qırx doqquz (qırx doqquz manat, qırx üç qəpik) manat məbləğində borcun və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh qızna açılmış AZ65AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.9-cu və 3.11 -ci bəndlərini pozmuşdur. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin 3.10-cu bəndində overdraftın yaranma səbəbləri göstərilir. Həmin sazişin 2.7-ci bəndinə əsasən, hesab üzrə hesablaşma və ya digər istənilən əməliyyat aparılan zaman Bank tərəfindən hər hansı bir texniki səhv nəticəsində Müştərinin hesabına artıq vəsait köçürülərsə, Bank bu vəsaiti müşətrinin hesabından silə və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal Banka geri qaytarılmasını tələb edə bilər. Baş sazişin 7.1.8-ci bəndinə əsasən Bankın müştərinin mövcud hesab valyutasından fərqli valyutada vəsait daxil olarsa, həmin daxil olma vəsaitin bankın balansda əks edilən günə olan cari məzənnəsi ilə konvertasiya edərək mövcud hesaba mədaxil etmək hüququ var. Həmin sazişin 7.4.1-ci və 7.4.5-ci bəndlərinə əsasən Bankın qüvvədə olan tarifləri əsasən müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq və şübhəli əməliyyatlar haqqında Bankı məlumatladırmaq kimi vəzifələri müştəri yerinə yetirməlidir. Belə ki, borclunun hesabına xx.xx.2022-ci il tarixdə ardıcıl olaraq 14000 rus rublu və 1030 rus rublu SBOL internet bankinq vasitəsi pul vəsaiti köçürülmüşdür. Onun onlayn hesabına həmin vəsaitlər onlayn qaydada ABŞ dolları məzənnəsinə konvertasiya edilərək daha sonra müvafiq olaraq 1-ci köçürmə üzrə 270 manat və 2-ci köçürmə üzrə 20 manat məbləğlərində əks olunmuşdur. Ona görə də. xx.xx.2022-ci il tarixdə borclu 290 manat pul vəsaiti hesabından məxaric etmişdir. Nəzərinizə çatdırırır ki, köçürmə üzrə vəsaitlərin göndərən tərəfin klirinqi (təsdiqi) banka məxsus sistemə isə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Köçürmələr üzrə klirinq göndərilən günə məzənni fərqi olduğundan pul vəsaiti müvafiq olaraq 224.08 manat və 16.49 manat manat məbləğində hesaba mədaxil edilmişdir. Lakin bu məlumat daxil olanadək borclu 240.57 məbləğdə yox 290 manat məbləğində məxaric etmişdir. Ona görə də, kliring daxil olana kimi borclu kartdan artıq vəsait məxaric etdiyinə görə 49.43 manat məbləğində overdraft yaranmışdır. Bildiririk ki, onlayn bank və ya bankomatlar üzərindən ölkə daxilində fəaliyyət göstərən digər prosesinq mərkəzlərinə və ya ölkədən kənarda fəaliyyət göstərən prosesinq mərkəzlərinə məxsus ödəniş kartlarından köçürülən vəsaitlər (Card to Card - Visa Direct MasterCard MoneySend) “Hesab sahibi”-nin kart hesabına 3 (üç) bank günü ərzində mədaxil edilir.Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazışin 3.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən prosesinq mərkəzlərinin bankomat və terminallarında ABŞ dolları, Avro və Britanıya funtu valyutalarında aparılan əməliyyat zamanı məbləğin bloklaşdırılması Bankın cari günə olan nağdsız kommersiya məzənnəsi ilə aparılır. Blokdan çıxma zamanı VİSA/MasterCard-ın cari günə olan məzənnə ilə əməliyyat valyutasında olan məbləğin ABŞ dollarına və ya avroya olan nisbəti Banka təqdim edilir. Kart hesabındakı valyuta blokdan çıxmış məbləğin valyutasından fərqlidirsə, o zaman kart hesabından silinmə Bankın cari günə olan nağdsız kommersiya məzənnəsi ilə həyata keçirilir. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin 3.7-ci bəndinə əsasən, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən prosesinq mərkəzlərinin bankomat və terminallarında sazişin 3.7-ci bəndində qeyd edilmiş valyutalardan fərqli valyutalarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırması VİSA/MasterCard-ın cari günə olan məzənnəsi ilə aparılır. Blokdan çıxma zamanı VİSA/MasterCard-ın cari günə olan məzənnə ilə əməliyyat valyutasına olan məbləğin ABŞ dollarına və ya avroya nisbəti Banka təqdim edilir. Kart hesabındakı valyuta blokdan çıxmış məbləğin valyutasından fərqlidirsə, o zaman kart hesabından silinmə Bankın cari günə olan nağdsız kommersiya məzənnəsi ilə həya keçirilir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 22 sentyabr 2022-ci il tarixinə borclunun Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazışə əsasən yaranmış overdraft üzrə 49.43 manat məbləğində əsas borcu yaranmışdır. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazışnin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri Banka ödənilməsini öhdəsinə götürür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli, 308128/20220211 nömrəli qeyri-kredit xidmətlərinin göstərilməsi haqqında Baş Sazişin surətindən görünür ki, Cavabdeh adına plastik kart hesabı açılmışdır. Bundan başqa, həmin müqivəlinin 3.9-cu maddəsindən görünür ki, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesabat vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bnak tərəfindən Müştərinin hesabından akseptsiz qaydada silinir. Bank yaranmış overdraft məbləğinin müştərinin Bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. Həmin müqavilənin 3.11-ci maddəsinə əsasən overdraft baş verdiyi və Müştərinin hesabında və/və ya sığorta depozitində kifayət qədər vəsait olmadığı təqdirdə Müştəri yaranmış borcu Banka dərhal ödəməlidir. İşdə olan 22 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə bağlanmış 11 fevral 2022 ci il tarixli Bank hesabı müqaviləsinə əsasən plastik kart hesabı açılmışdır. Belə ki, 22 sentyabr 2022 il tarixə müştərinin AZ65AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 49.43 (qırx doqquz manat qırx üç qəpik) manat borcu mövcuddur. İşdə olan xx.xx.2022-ci il tarixli 001/026/2380/2022 saylı Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh cari hesabında olan 49.43 (qırx doqquz manat qırx üç qəpik) manat mənfi qalıq (overdraft) yaranmışdır. Cari hesab üzrə artıq istifadə edilən bu məbləğ dərhal geri qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, həqiqətən də, İddiaçı ASC ilə Cavabdeh arasında 11 fevral 2022-ci il tarixli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazışə əsasən Cavabdeh adına plastik kart hesabı açılmışdır. Belə ki, borclunun hesabına xx.xx.2022-ci il tarixdə ardıcıl olaraq 14000 rus rublu və 1030 rus rublu SBOL internet bankinq vasitəsi pul vəsaiti köçürülmüşdür. Onun onlayn hesabına həmin vəsaitlər onlayn qaydada ABŞ dolları məzənnəsinə konvertasiya edilərək daha sonra müvafiq olaraq 1-ci köçürmə üzrə 270 manat və 2-ci köçürmə üzrə 20 manat məbləğlərində əks olunmuşdur. Ona görə də. xx.xx.2022-ci il tarixdə borclu 290 manat pul vəsaiti hesabından məxaric etmişdir. Nəzərinizə çatdırırır ki, köçürmə üzrə vəsaitlərin göndərən tərəfin klirinqi (təsdiqi) banka məxsus sistemə isə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Köçürmələr üzrə klirinq göndərilən günə məzənni fərqi olduğundan pul vəsaiti müvafiq olaraq 224.08 manat və 16.49 manat manat məbləğində hesaba mədaxil edilmişdir. Lakin bu məlumat daxil olanadək borclu 240.57 məbləğdə yox 290 manat məbləğində məxaric etmişdir. Ona görə də, kliring daxil olana kimi borclu kartdan artıq vəsait məxaric etdiyinə görə 49.43 manat məbləğində overdraft yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edirki, iddia təmin olunmalı, Cavabdeh 11 fevral 2022-ci il tarixli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazışə əsasən, yaranmış 49.43 manat məbləğində borc tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, İddiaçı ASC tərəfindən ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 49.43 (qırx doqquz manat qırx üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-938/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-938/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver