Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-404/2024 08.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X39 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaklar üzərində payın müəyyən edilməsi tələbinə dair iddia ərizəi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsinə məcburi payların, ünvan 1ində yerləşən və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 2,60 ha təsərrüfat təyinatli torpaq sahəsinin mərhum ataları Cavabdeh Adil oğluna məxsus olan hissəsinə isə qanun üzrə vərəsə olaraq hər birinin 1/3 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində 0.30 ha yaşayış məntəqə təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kvm olan fərdi yaşayış evi iddiaçıların məhrum ataları Cavabdeh Adil oğlunun adına, Daşkəsən rayonu, Xoşbulaq kəndində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh Adil oğlu, X29, X8, X14 və X10 adına qeydiyyata alınmışdır. İddiaçıların atası Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ailədə 3 uşaq olmuşlar, iddiaçılar və Cavabdeh məhrum atası, iddiaçıların qardaşı X29 atalarından əvvəl, yəni 07 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçıların ataları vəfat etməzdən xeyli əvvəl Gəncə şəhərində onların yanında yaşamışdır. Onun dəfn xərclərini də iddiaçılar çəkmişlər. Onun vəfatından sonra mərhum Cavabdeha aid olan bəzi sənədlər və xeyli sayda əşyalar hazırda da iddiaçılardadır. Yəni atalarından qalmış miras iddiaçılar tərəfindən qəbul edilmişdir. İddiaçılar atalarının 03 noyabr 2006-cı il tarixdə özünə məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini Cavabdeh vəsiyyət etməsini nəzərə alaraq hesab edirlər ki, sözügedən fərdi yaşayış evinin ½ hissəsinə iddiaçıların məcburi payları müəyyən edilməlidir. Eyni zamanda, ünvan 1ində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum ataları Cavabdeh Adil oğluna məxsus olan hissəsinə də qanun üzrə vərəsə tanınaraq hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Bununla əlaqədar olaraq notariat ofisinə müraciət etsələr də, mübahisə olması səbəbindən imtina edilərək məhkəməyə müraciət etmələri izah edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçıların atası Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə üç uşaq olmuşlar, iddiaçılar və Cavabdeh məhrum atası, iddiaçıların qardaşı X29 atalarından əvvəl, yəni 07 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçıların ataları vəfat etməzdən xeyli əvvəl Gəncə şəhərində onların yanında yaşamışdır. Onun dəfn xərclərini də iddiaçılar çəkmişlər. Onun vəfatından sonra mərhum Cavabdeha aid olan bəzi sənədlər və xeyli sayda əşyalar hazırda da iddiaçılardadır. Yəni atalarından qalmış miras iddiaçılar tərəfindən qəbul edilmişdir. Odur ki, iddia tələbi əsaslıdır. Ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin ikidə bir hissəsinə, yəni hər bir iddiaçıya dörddə bir hissə olmaqla, pay torpaq sahəsinin isə üçdə bir hissəsinə məcburi pay müəyyən olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar onun bibiləridir. Miras qoyan Cavabdeh onun doğma babasıdır. 2006-cı ildə babası özünə məxsus olmuş ünvan 1ində yerləşən evə dair onun adına notariat qaydada təsdiq edilmiş vəsiyyətnamə vermişdir. Uşaqlıqdan onu babası saxlayıb böyütmüşdür. O, daima mübahisəli evdə yaşamış, orada böyümüşdür. İddiaçılar ailə quraraq ata evindən ayrılıb başqa yaşayış sahəsinə köçmüşlər. X36 07 oktyabr 2021ci ildə vəfat etmişdir. O, hərbi xidmətdə olduğu üçün babası iddiaçıların yanında yaşamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra babasını öz yanına aparmaq istəsə də, iddiaçılar buna imkan verməmişlər. Babası Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Babası Gəncə şəhərində dəfn edilmişdir. Yas mərasimi Gəncədə bibisi evində olmuşdur. İddiaçılar ona yas mərasimində iştirak etməyə imkan verməmişlər. Məhkəmədən iddia tələbi əsassız və qanunusz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər və mirası qəbul etməmişlər. Onların mirasdan pay tələb etmələrinin heç bir qanuni əsası yoxdur. İddia tələbi tamamilə əsassız olduğundan rədd olunmalıdır. İddiaçının vəsatəti əsasında dindinrilmiş şahid X11 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh Adil oğlunun üç övladı olmuşdur. İsa əvvəllər İsa oğlu Qabilin yanında yaşamışdır. Qabil Mövlayev vəfat etdikdən sonra isə İsaya qızları Elmira ilə Təranə baxmışlar. İddiaçının vəsatəti əsasında dindinrilmiş şahid X15 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh Adil oğlunun tanımışdır. Oğlu Qabilin sağlığında İsa oğlunun yanında yaşamışdır. Oğlu vəfat etdikdən sonra İsa Gəncədə qızlarının yanında yaşamağa başlamışdır. Qonşu olduqları üçün o, bunlardan məlumatlı olmuşdur. İddiaçının vəsatəti əsasında dindinrilmiş şahid X12 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh Adil oğlu ilə həmkəndli və quda olmuşlar. İsanın iki evi olmuşdur. Biri Gəncə şəhərində, digəri isə ünvan 1ində yerləşmişdir. Xoşbulaq kəndində olan evdə gəlini ilə nəvəsi yaşamışdır. Xəstə olan vaxtlarda Cavabdeh 2 ay Elmiranın, 2 ay Təranənin yanında qalmışdır. Qızları 1 il müddətində atalarına baxmışlar. Cavabdeh oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Elmira atasının dəfnin təşkil etmiş, yas mərasimini keçirmişdir. İddiaçının vəsatəti əsasında dindinrilmiş şahid X18 ifadəsində göstərmişdir ki, İddiaçı1 ilə qonşudurlar. Elmira qardaşı vəfat edəndən sonra atası xəstə olduğu üçün gətirib öz evində baxmışdır. Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Elmira atasının dəfnin təşkil etmiş, yas mərasimi keçirmişdir. Cavabdehin vəsatəti əsasında dindinrilmiş şahid X5 ifadəsində göstərmişdir ki, mərhum Cavabdeh ilə ünvan 1ində qonşu olmuşlar. İsa müəllim kənddə oğlu ilə bilrikdə yaşamışdır. Cavabdeh vəfatından sonra Xoşbulaq kəndində yerləşən evdə gəlini ilə nəvəsi yaşayır. Cavabdeh qızlarını orada görməmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 20 may 1962-ci ildə ünvan 1ində anadan olmuşdur. Atası Cavabdeh Adil oğlu, anası X3r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 03 iyun 1962-ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1965-ci ildə ünvan 1ində anadan olmuşdur. Atası Cavabdeh Adil oğlu, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 aprel 1965-ci il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx xxxxxxx 1967-ci ildə ünvan 1ində anadan olmuşdur. Atası Cavabdeh Adil oğlu, anası X3r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 12 oktyabr 1967-ci il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Adil oğlu ilə X1 rayon Xalq məhkəməsinin 18 iyun 1974-cü il tarixli 2-69 saylı qətnaməsinə əsasən boşanmışlar. Bu barədə Daşkəsən rayon vətəndaşlıq vəziyyəti aktlarının qeyd kitabında 05 iyul 1974-cü il tarixdə 13 nömrə ilə müvafiq qeyd edilmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə İddiaçı1 arasında 03 noyabr 1984-cü il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində 111 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X23 arasında 20 aprel 1993-cü il tarixdə nikah bağlanmış və Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən rayonu Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,32 ha torpaq sahəsi və ümumi sahəsi 102 kv.metr fərdi yaşayış evi Cavabdeh Adil oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı KOD 50605028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh Adil oğlunun, X20, X4, X9 və X10 paylı mülkiyyətinə ünvan 1i ərazisindən 2,60 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-326A Seriyalı KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh Adil oğlunun, X20, X4 və X9 birgə mülkiyyətinə ünvan 1i ərazisindən 0,38 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon dövlət notariat ofisində təsdiq edilmiş 03 noyabr 2006-cı il tarixli 2V-1-23 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, Mövlayev X30 rayonu Xoşbulaq kəndində yerləşən 2 otaqlı yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda ölmüşdür. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 26 oktyabr 2022-ci il tarixdə qeyd edilmişdir. İşə əlavə edilmiş 2 saylı Gəncə regional “ASAN xidmət “ mərkəzində notariat ofisinin 09 yanvar 2023-cü il tarixli 05101-8863/10 saylı məktubundan görünür ki, Daşkəsən rayon dövlət notariat ofisində 03 noyabr 2006-cı il tarixdə 2V-1-23 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin 29 dekabr 2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşə əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət “ mərkəzində notariat ofisinin 13 oktyabr 2023-cü il tarixli 2928 saylı məktubundan görünür ki, Cavabdeh Adil oğlu tərəfindən ona məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair Daşkəsən rayon dövlət notariat ofisində 03 noyabr 2006-cı il tarixli 2V-1-23 reyestrlə təsdiq olunmuş vəsiyyətnamə ləğv olunmamış, qüvvədədir. İşə əlavə edilmiş Gəncə şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş X9 20 oktyabr 2023-cü il tarixli 8İ-5766 reyestr nömrəli ərizəsindən görünür ki, babası Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra 12 sentyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin mirasın vərəsəliyini qəbul etməmişdir. Mirasdan imtina edir. İşə əlavə edilmiş 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi 25 oktyabr 2023-cü il tarixli 05/09/S/171333-23 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti akttarı” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşığdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1932-ci il təvəllüdlü Cavabdeh Adil oğlunun ailə tərkibi oğlu - xx.xx.1962-ci il təvəllüdlü X29 (xx.xx.2021-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyinin 06 noyabr 2023-cü il tarixli 5-42-17/2-614/2023 saylı arayışından görünür ki, ******* seriyalı, 12 sentyabr 2015-ci il tarixli, **********97-10301 qeydiyyat nömrəli, ********** reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində heç kim pasport qeydiyyatında deyildir. İşə əlavə edilmiş 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi 23 yanvar 2024-cü il tarixli 05/09/S/204171-24 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti akttarı” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşığdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1932-ci il təvəllüdlü Cavabdeh Adil oğlunun ailə tərkibi oğlu - xx.xx.1962-ci il təvəllüdlü X29 (xx.xx.2021-ci ildə vəfat etmişdir. Qızları- xx.xx.1965ci il təvəllüdlü İddiaçı1 İsə qızı və 03.10.196-ci il təvəllüdlü X16r. İşə əlavə edilmiş 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 11 mart 2024-cü il tarixli 581 saylı məktubundan görünür ki, İddiaçı1 11 mart 2024cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır". Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir”. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Lakin, İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, miras əmlak üzərində miras qoyan Cavabdeh Adil oğlunun vərəsələri arasında mübahisə mövcüddur. Odur ki, Azərbaycan Respublikası Müfki Məcəlləsinin 1291-ci maddəsinə əsasən "Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.” Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində ələqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. Ona görə də, mirasın qəbuluna dair razılığa gələ bilmədikləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmnlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli 3-21-33/2-3638/2024 saylı məktubundan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.32 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.m olan fərdi yaşayış evi 12 sentyabr 2015-ci il tarixli, **********97-10301 reyestr nömrəli huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X24 adına olmuşdur. Gəncə “ASAN ximdət” notariat kontorunun 13 aprel 2017-ci il tarixli, 4Ə-837 reyestr nömrəh alqı-satqı müqaviləsinə əsasən evin yerəşdiyi 0.32 ha torpaq sahəsinin 0.02 ha hissəsi X2. Yerdə qalan fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh Adü oğlunun vərəsəsi Cavabdeh etibamamə üzrə nümayəndəsi Nümayəndə2 ərizəsinə 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, aparılmış araşdırma zamanı tomaq sahəsinin faktiki ölçüləri ilə ərizəyə əlavə olunmuş bölgü planında olan ölçülərin üst-üstə düşmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin erası mümkün olmamış, vətəndaşa bu barədə 28 dekabr 2023-cü il tarixli, 3-21-3-33/212363/2023 nömrəli bildiriş verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəündən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2.60 ha kənd təsərrüfatı təymatlı torpaq sahəsinə dair JN-464, KOD 50605028 saylı "Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Cavabdeh Adil oğlunun, X20, X4, X9 və X10 adlarına işlənilmişdir. Vətəndaş Cavabdeh əmlaka dair 13 noyabr 2023-cü ü tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onlann məhdudlaşdınlmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verilmiş, əmlakın özgəninkiləşdirilməsinə dair məlumat ərazi idarəsinə daxil olmamışdır. Cavabdeh (İsə) Adil oğlu tərəfindən 2020-2022-ci il ərzində özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidllərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, miras qoyan Cavabdeh Adil oğlunun üç övladı - oğlu X29 və qızları İddiaçı1 və İddiaçı2 olmuşdur. Cavabdeh Adil oğlu ilə X1 rayon Xalq məhkəməsinin 18 iyun 1974-cü il tarixli 2-69 saylı qətnaməsinə əsasən boşanmışlar. “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı KOD 50605028 olan Dövlət Aktına əsasən Cavabdeh Adil oğlunun, X20, X4, X9 və X10 birgə mülkiyyətinə ünvan 1i ərazisindən 2,60 ha pay torpaq sahəsi verilmişdir. Həmçinin, ünvan 1ində yerləşən 0,32 ha torpaq sahəsi və ümumi sahəsi 102 kv.metr daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh Adil oğlunun adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Gəncə “ASAN ximdət” notariat kontorunun 13 aprel 2017-ci il tarixli, 4Ə-837 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən evin yerəşdiyi 0.32 ha torpaq sahəsinin 0.02 ha hissəsi X2. Mövlayev X30 rayon dövlət notariat ofisində təsdiq edilmiş 03 noyabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən ünvan 1ində yerləşən 2 otaqlı yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. X29 07 oktyabr 2021-ci il tarixdə, Cavabdeh Adil oğlu isə 22 oktyabr 2022-ci ildə vəfat etmişlərr. Hazırda iddiaçılar ünvan 1ində yerləşən ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsinə onların məcburi payının, ünvan 1ində “Torpağa mülkiyyət hüququna dair” dövlət Aktında göstərilən 2,60 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsinin Cavabdeh Adil oğluna məxsus olan hissəsinə isə qanun üzrə vərəsə olaraq hər birinin 1/3 hissədə miras paylarının müəyyən edilməsini tələb edirlər. İddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. İddiaçı1 və İddiaçı2 miras qoyanın birinci növbədə vərəsələri olduqları üçün, onların qeyd edilən əmlaklardan pay tələb etmələrinin hüquqi əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarından göründüyü kimi, Vurğulanmalıdır ki, insanın şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində olduğu bəyan edilmişdir. Məcburi pay sahibliyi institutu da dövlətin ailəni himayə etməsi ilə bağlı üzərinə götürdüyü pozitiv öhdəliyin icrasına xidmət edən hüquqi vasitələrdəndir. Odur ki, mirasda məcburi paya dair qanunvericilik normaları məhz bu məqsədə nail olmağa imkan verən məzmunda təfsir və tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məcburi pay institutunun hüquqi mahiyyəti və təyinatı ilə bağlı hüquqi mövqelərini ifadə edərkən bu institutun məhz ailənin qorunması prinsipi ilə bağlı olduğunu qeyd etmişdir. Vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Həmin Qərarda qeyd edilmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarın qüvvəsi hazırda məhkəmələrin icraatında olan işlərə də şamil edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərmişdir ki, vəsiyyətdən kənar vərəsəlik və yaxın qohumlar arasında sərəncam məsələləri ailə həyatı ilə sıx bağlıdır. Ailə həyatı təkcə sosial, əxlaqi və ya mədəni əlaqələri əhatə etmir (məsələn, uşaqların təhsili sahəsində), buraya həmçinin, digər məsələlərlə yanaşı, alimentlə bağlı öhdəliklər və Razılığa gələn Dövlətlərin əksəriyyətinin daxili hüquq sistemlərində nəzərdə tutulmuş mirasın qorunan hissəsi kimi maddi xarakterli təminat və maraqlar da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən, hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bu şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrindən 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, çıxarışa əsasən Cavabdeh Adil oğlunun mülkiyyətində olmuş ünvan 1ində yerləşən, ümumi sahəsi 102 kv.metr fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin dörddə bir hissə məcburi payları müəyyən edilməli, ünvan 1ində yerləşən, “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı (KOD ********) Dövlət Aktında göstərilən 2,60 ha torpaq sahəsinin Cavabdeh Adil oğlunun mülkiyyətinə aid sahəsinin üzərində qanun üzrə vərəsə olaraq İddiaçı1, X26 hər birinin üçdə bir hissə üzrə miras payları müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Adil oğluna məxsus olmuş, ünvan 1ində yerləşən ümumi sahəsi 102 kv.metr fərdi yaşayış evinin ikidə bir hissəsinə ( hər birinə dörddə bir hissə olmaqla) İddiaçı1 və İddiaçı2 İsa qızının məcburi payları, ünvan 1ində yerləşən, “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı (KOD ********) Dövlət Aktında göstərilən 2,60 ha torpaq sahəsinin Cavabdeh Adil oğlunun mülkiyyətinə aid sahəsinin üzərində qanun üzrə vərəsə olaraq İddiaçı1, X26 hər birinin üçdə bir hissə üzrə miras payları müəyyən olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-404/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-404/2024
08.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver