Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-1332/2025 09.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı MM QBKT-nın Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MM QBKT məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri həmçinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini araşdırıb hesab edir ki, İddiaçı MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşünası Nümayəndə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MM QBKT-nın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MM QBKT-nın Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli **********10 saylı qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 32,22 (otuz iki manat iyirmi iki qəpik) manat məbləğində pul Şabran Rayon Maliyyə İdarəsi tərəfindən İddiaçı MM QBKT-na qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-1332/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-1332/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver