Məhkəmə qərarları › İş №e-2(031)-43/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-43/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-43/2024 31.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra Aqrarkredit QSC BOKT) nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Aqrarkredit QSC BOKT-nın Cavabdeh qarşı “borc məbləğinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Aqrarkredit QSC BOKT-nın Cavabdeh qarşı “borc məbləğinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə əsas borc 3474,43 manat, faiz borcu 1377,59 manat olmaqla, cəmi 4852,02 manat borc məbləğinin Aqrarkredit QSC BOKT-nın xeyrinə tutulması, borc tələbinin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 29000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin satılması hesabına Cavabdeh Aqrarkredit QSC BOKT-na olan 4852,02 manat kredit borcunun və 68,53 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Azərbaycan Beynəlxalq Bankı ASC) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında Aqrarkredit QSC BOKT-na keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli, S-FK-SHB-158 saylı təhvil-təslim aktı əsasında Aqrarkredit QSC BOKT-na təhvil verilmişdir. Akta əsasən Cavabdeh təhvil-təslim olunan tarixə Azərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 5687,82 manat (əsas borc 4310,23 manat; faiz borcu 1377,59 manat) məbləğində borcu olmuşdur. Belə ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 24 faizlə 8000 manat məbləğində pul kreditə verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli İp.13/2013 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyularaq yüklü edilmişdir. Cavabdehlə bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 29.000,00 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçı Aqrarkredit QSC BOKT-na 3474,43 manat əsas borc, 1377,59 manat faiz borcu olmaqla, cəmi 4852,02 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, Aqrarkredit QSC BOKT tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Bu səbəbdən də iddiaçı Aqrarkredit QSC BOKT hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə əsas borc 3474,43 manat, faiz borcu 1377,59 manat olmaqla, cəmi 4852,02 manat borc məbləğinin Aqrarkredit QSC BOKT-nın xeyrinə tutulması, borc tələbinin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 29000,00 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin satılması hesabına Cavabdeh Aqrarkredit QSC BOKT-na olan 4852,02 manat kredit borcunun və 68,53 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Aqrarkredit QSC BOKT-nın nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddiaçı Aqrarkredit QSC BOKT-nın Cavabdeh qarşı “borc məbləğinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddianın təmin edilməsini və Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə əsas borc 3474,43 manat, faiz borcu 1377,59 manat olmaqla, cəmi 4852,02 manat borc məbləğinin Aqrarkredit QSC BOKT-nın xeyrinə tutulması, borc tələbinin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 29000,00 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin satılması hesabına Cavabdeh Aqrarkredit QSC BOKT-na olan 4852,02 manat kredit borcunun və 68,53 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, əvvəl onun kredit borcu "xxxx" Açıq Səhmdar Cəmiyyətində olub, sonradan Azərbaycan Beynəlxalq Bankı ASCyə, hazırda isə Aqrarkredit QSC BOKT-na kredit borcu vardır. Hamin kredit borcunu birdəfəlik ödəniş edilərək ödənilməsi hazırda onun maddi imkanı xaricindədir və maddi vəziyyəti hazırda cox ağırdır. Lakin o, borcunu ödəməkdən boyun qaçırmır. Hissə-hissə ödənişlər edərək kredit borcunu ödəyə bilər. Bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Aqrarkredit QSC BOKT-nın Cavabdeh qarşı “borc məbləğinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 24 faizlə 8000 manat məbləğində pul kreditə verilmişdir. - Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli İp.13/2013 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyularaq yüklü edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, QF 193 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 33000 manat, likvid dəyəri isə 29000 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tələfindən verilmiş "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyetrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. - xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, istehlak krediti olaraq 7960 manat məbləğində pul vəsaiti Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh ödənilmişdir. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC BOKT Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil təsliminə dair S-FK-SHB-158 nömrəli, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-dən götürdüyü 8000 manat məbləğində kreditlə bağlı sənədlər Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Aqrarkredit QSC BOKT təhvil verilmişdir və Cavabdeh xx.xx.2018-ci il tarixə xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi əsas borcu 4310,23 manat, faiz borcu 1377,59 manat olmaqla, cəmi borcu 5687,82 manat təşkil etmişdir. - Aqrarkredit QSC BOKT-nın Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli, 679 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə yaranmış borcunun ipoteka predmetinə yönələ biləcəyi barədə məlumatlandırılmışdır. - Aqrarkredit QSC BOKT-nın Cavabdeh ünvanladığı 814 nömrəli, xx.xx.2019-cu il tarixli fiziki şəxslərin Aqrarkredit QSC BOKT olan vaxtı keçmiş əsas kredit borlarının restrukturizasiya ilə bağlı bildirişdən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyası ilə bağlı xx.xx.2020-ci il tarixdən gec olmayaraq Aqrarkredit QSC BOKT-na yaxınlaşması təklif edilmişdir. - xx.xx.2023-cü il tarixli,********** nömrəli qəbzdən görünür ki, Aqrarkredit QSC BOKT tərifindən hazırki iş üzrə iddia ərizəsinə məhkəmədə baxılması üçün 68,53 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5676, 9/5806 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri təqribən 35000 manat məbləğində olduğu müəyyən edilmişdir və aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın bu hissəsi təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 01 nömrəli, xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixdə 551 nömrəli Fərman (bundan sonra Fərman) imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, həmin Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən həmin Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə yuxarıda qeyd edilmiş Fərmanın təsiri altına düşür. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, həmin Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, faiz borcu hissəsində iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 4628/2020 saylı qərarında da eyni hüquqi mövqe sərgilənmişdir. Məhkəmə həmçinin iddianın 68,53 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının məzmununu və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Aqrarkredit QSC BOKT-nın Cavabdeh qarşı “borc məbləğinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği olan 3474,43 manat Aqrarkredit QSC BOKT-nın xeyrinə tutulmalıdır, borc tələbi Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməlidir, ipoteka predmetinin ilkin satış dəyəri 35000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetinin satılması hesabına Cavabdeh Aqrarkredit QSC BOKT-na olan 3474,43 manat kredit borcu və 68,53 manat məbləğində dövlət rüsumu ödənilməlidir, məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına küçürülməlidir və iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli Kr.13/2013 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği olan 3474,43 manat Aqrarkredit QSC BOKT-nın xeyrinə tutulsun. Borc tələbi Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 121,9 kvadratmetr olan (77,9 kvadratmetr yaşayış, 44,0 kvadratmetr yardımçı) 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış dəyəri 35000 manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satılması hesabına Cavabdeh Aqrarkredit QSC BOKT-na olan 3474,43 manat kredit borcu və 68,53 manat məbləğində dövlət rüsumu ödənilsin. Məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Şabran Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar