Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-44/2023 13.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və onun vəkili və nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Şabran rayonu Gəndob kəndi ərazisində yerləşən 73 kvadrat metr torpaq sahəsinə dair X1 adına verilmiş A seriyalı 267649 saylı plan-ölçü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq mübahisəsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayonu Gəndob kəndi ərazisində yerləşən 73 kvadrat metr torpaq sahəsinə dair X1 adına verilmiş A seriyalı 267649 saylı plan-ölçü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh qarşı “Şabran rayonu Gəndob kəndi ərazisində yerləşən 73 kvadrat metr torpaq sahəsinə dair X1 adına verilmiş A seriyalı 267649 saylı plan-ölçü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasını müdafiə etmiş və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil1 məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddiaçının iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bununla yanaşı Cavabdeh nümayəndəsi və vəkili Quba Rayon Vəkil Bürosunun vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri barəsində Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Cavabdeh və onun nümayəndəsi və vəkili Quba Rayon Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, fərdi identifikasiya nömrəsi " xxxxxxx" olan xx.xx.1977-ci il tarixdə Dəvəçi rayonunun Gəndob kəndində anadan olmuş Cavabdeh Şabran rayonu, Gəndov kəndi ünvanında qeydiyyatdadır. - Şabran Rayon Məhkəməsinin e-2(031)-44/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixli və Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanlanmış məhkəmə bildirişindən görünür ki, iş üzrə Cavabdeh həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 11:00-a Şabran Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş açıq məhkəmə baxışı iclasında iştirak etməli olması barədə məlumatlandırılmışdır. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh nümayəndəsi və vəkili Quba Rayon Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış məhkəmə bildirişindən görünür ki, iş üzrə cavabdehin nümayəndəsi və vəkili Quba Rayon Vəkil Bürosunun vəkili Vəkil2 xx.xx.2023-cü il tarixə, saat 11:00-a Şabran Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş açıq məhkəmə baxışı iclasında iştirak etməli olması barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 185.6-cı maddəsinə əsasən İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmə proses iştirakçısını dinləyərək və iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Şabran rayonu Gəndob kəndi ərazisində yerləşən 73 kvadrat metr torpaq sahəsinə dair X1 adına verilmiş A seriyalı 267649 saylı plan-ölçü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş İddiaçı Cavabdeh qarşı “Şabran rayonu Gəndob kəndi ərazisində yerləşən 73 kvadrat metr torpaq sahəsinə dair X1 adına verilmiş A seriyalı 267649 saylı plan-ölçü sənədinin etibarsız hesab ediləsitələbinə dair iddia ərizəsindən görünür ki, hazır ki mülki iş üzrə İddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) ilə Şabran Rayon Məhkəməsin müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının: 6.1-ci bəndində əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddiaçı mübahisəli plan ölçü sənədini tərtib etmiş inzibati orqana həmin sənədin ləğv edilməsi üçün müraciət etməli, inzibati orqan onun tələbini təmin etmədiyi halda, yəni bundan imtina etdikdə müvafiq öhdəliyin onun üzərinə qoyulması tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə məhkəmə hazır ki mülki iş üzrə İddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) ilə mülki icraat qaydasında Şabran Rayon Məhkəməsinə müraciət etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Şabran rayonu Gəndob kəndi ərazisində yerləşən 73 kvadrat metr torpaq sahəsinə dair X1 adına verilmiş A seriyalı 267649 saylı plan-ölçü sənədinin etibarsız hesab ediləsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Dövlət Büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya hazırki tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilir. İddiaçı izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-44/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-44/2023
13.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver