Məhkəmə qərarları › İş №e-2(031)-458/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-458/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-458/2025 16.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 362,50 manat məbləğində (5%) borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbləğində pul və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 395,60 manat məbləğində pul tutularaq İddiaçı “Sunny Electronics”ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-216/2016 nömrəli, xx.xx.2016-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 842 manat əsas borc, 198 manat cərimə borcu və 21 manat məbləğdə ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1061 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Füzuli Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-216/2016 nömrəli, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə borcun tam şəkildə ödənildiyini bildirmiş, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi İddiaçı sözügedən məhkəmə əmri üzrə ödənişlər barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin müvafiq arayışını təqdim etməmiş, bu səbəbdən İddiaçı tərəfindən 5 faiz borcun hansı tarixdən və hansı əsasla hesablanmasını təqdim edilən sənədlər arasında müəyyən etmək mümkün etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269, 284-4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ona geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar