Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-717/2023 08.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçıİddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmaya görə əməkhaqqının hesablanılaraq ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə cavabdeh "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmaya görə əməkhaqqının hesablanılaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi X4 məhkəməyə 31 iyul 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi ərizəsini müdafiə edərək bildirdi ki, "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9. X5 hotelini PMD Group MMC-dən icarəyə götürüb. Buna görə də mübahisəyə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Xahiş edir ki, iş üzrə materialları aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil göstərdi ki, hazır ki iş üzrə cavabdeh "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti eyni zamanda Şabran Rayon Prokurorluğuna əmlakının mənimsənilməsi faktı ilə müraciət etmişdir. Fakt üzrə başlanmış cinayət işində İddiaçı şahid kimi dindirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.7 və 39-cu maddələrinə istinad edərək bildirmək istəyir ki, işin aid olduğu məhkəmələrdən biri seçmək hüququ iddiaçıya məxsusdur. Odur ki, işin aidiyyəti üzrə göndərilməsi barədə ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Cəmiyyətinin qanuni təmsilçisi X1r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 170.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh "X6 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmaya görə əməkhaqqının hesablanılaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №e-2(031)-717/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-717/2023
08.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver