Məhkəmə qərarları › İş №e-2(031)-725/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-725/2023

16.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-725/2023 16.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Ayhan Elcikin, üçüncü şəxs Şabran Bələriyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 27 iyul 2023-cü il tarixdə cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı şəxsi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini mülkiyyətçinin razılığı olmadan, cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin üçüncü tərəflə hər hansı əsaslarla imzalanmış müqavilənin (müqavilələrin) etibarsız sayılması; 2. İddiaçı şəxsi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən dərhal boşaldılaraq əvvəlki yararlı vəziyyətinə gətirilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, e-2(031)-725/2023 saylı mülki iş üzrə tərəflərin məhkəmədən kənar razılığa gələrək, Torpaq sahələrinin kadastr ölçülərinin dəqiqləşdirilməsinə görə müraciət olunduğunu nəzərə alaraq, iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytararaq ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Ayhan Elcik İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmədə onlara qarşı qaldırdığı iddia ərizəsinin geri qaytarılmasına və iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə mülki iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar