Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-750/2024 27.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 8519,57 manat məbləğində pul vəsaitinin mediasiya xərci kimi ödənilmiş 55 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 110 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə barışıq sazişi təqdim edərək iddiadan imtina etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi X2 ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2024-cü il tarixdə barışıq sazişindən görünür ki, tərəflər aralarında aşağıdakı şərtlərlə razılığa gəldilər:
1. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-750/2024 saylı mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçıya dəymiş ziyan olaraq 8684 manat 57 qəpik maddi ziyan vurmuşdur(məhkəmə və mediasiya xərci daxil).
3. Cavabdeh 8684 manat 57 qəpik borc öhdəliyini öz öhdəsinə götürür.
4. Cavabdeh sentyabr ayının 27 sindən başlayaraq, hər ayın 27-sinə kimi ayda 100 manat olmaqla "xxxx" MMC -nin bank hesabına köçürməyi öhdəsinə götürür.
5. Bu məbləğin ödənilməyəcəyi təqdirdə borcun cavabdehdən tutulması iddiaçının iddia ərizəsindəki tələblərinə uyğun şəkildə icra ediləcək.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
7. Tərəflər bəyan edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
8. Saziş 3 (üç) nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Şabran Rayon Məhkəməsinə təqdim olunur, digərləri isə tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır.
9. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2024-cü il tarixdə barışıq sazişi təsdiq edilsin.
1. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-750/2024 saylı mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçıya dəymiş ziyan olaraq 8684 manat 57 qəpik maddi ziyan vurmuşdur (məhkəmə və mediasiya xərci daxil).
3. Cavabdeh 8684 manat 57 qəpik borc öhdəliyini öz öhdəsinə götürür.
4. Cavabdeh sentyabr ayının 27 sindən başlayaraq, hər ayın 27-sinə kimi ayda 100 manat olmaqla "xxxx" MMC-nin bank hesabına köçürməyi öhdəsinə götürür.
5. Bu məbləğin ödənilməyəcəyi təqdirdə borcun cavabdehdən tutulması iddiaçının iddia ərizəsindəki tələblərinə uyğun şəkildə icra ediləcək.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
7. Tərəflər bəyan edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
8. Saziş 3 (üç) nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Şabran Rayon Məhkəməsinə təqdim olunur, digərləri isə tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır.
9. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov