Məhkəmə qərarları › İş №e-2(031)-961/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-961/2025

21.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-961/2025 21.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,40 hektar torpaq sahəsində yerləşən evdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan əşyaların, yəni 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd stol, 7 ədəd stul, 2 ədəd televizor, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yastıq, 4 ədəd yorğan, 4 ədəd pərdə, 3 ədəd divanüstü, 1 ədəd şifoner, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “Samsung” markalı avtomat paltaryuyan, bir ədəd “Regular” markalı mətbəx qaz plitəsi, 2 ədəd şkaf, mətbəx şkafı, 1 ədəd çörək bişirən elektrik sobası, 2 ədəd qəfədan və mətbəx ləvazimatlarının (qabqacağın) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,40 ha torpaq sahəsini alğı-satqı yolu ilə əldə etmişdir. Belə ki, daşınmaz əmlakın xx.xx.2024-cü il tarixli, reyestrdə 4Ə-1503 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.40 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə verir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,40 ha torpaq sahəsi hazırda tam pay hüquq üzrə ona məxsusdur. ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,40 ha torpaq sahəsi üzərində yerləşən və ona məxsus olan iki otaqlı və aynabəndli evdə cavabdehlərə məxsus olan köhnə ev əşyaları hələ də qalmaqdadır. O, torpaq sahəsinin mülkiyyətçisi olduqdan sonra torpağın əvvəlki mülkiyyətçisi Cavabdeh2 və onun həyat yoldaşı X2 evdə qalan əşyaların mənzildən çıxarılmalı olduğunu və həmin əşyaların evdən çıxarılaraq mənzilin boşaltılmalı olduğunu bildirmişdir. Cavabdeh2 isə həmin əşyaların başqa bir şəxsə Cavabdeh1 məxsus olduğunu bildirmişdir. Cavabdeh2 bildirirdi ki, torpaq sahəsinin mülkiyyətçisi olduğu dövürdə orda yerləşən evi müvəqqəti olaraq qalmaq üçün Cavabdeh1 veribmiş. Və bundan sonra o, hər iki cavabdehdən evdəki əşyaların çıxarılmasını dəfələrlə şifahi şəkildə onlardan tələb etsə də, onlar həmin əşyaları könüllü şəkildə evdən çıxarmaq istəməmişdirlər. Ona görə də ona məxsus olan evdən cavabdehlərə məxsus olan əşyaların çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. ünvan 1ində ona məxsus olan 0,40 ha torpaq sahəsində yerləşən evdə cavabdehlərə məxsus olan köhnə ev əşyaları aşağıdakılardır: 1 ədəd divan və 2 ədəd kreslo-rəng solğun bənövşəyi; 1 ədəd stol; 7 ədəd stul; 2 ədəd televizor (stolüstü); 3 ədəd xalça; 4 ədəd döşək; 6 ədəd yastıq; 4 ədəd yorqan; 4 ədəd pərdə; 3 ədəd divanüstü; 1 ədəd şifoner; 1 ədəd soyuducu (TOSHİBA), 1 ədəd avtomat paltaryuyan (SAMSUNG); bir ədəd mətbəx qaz sobası (REGULAR), 2 ədəd şkaf; mətbəx şkafları; 1 ədəd çörək bişirən elektrik sobası; 2 ədəd qəfədan; və mətbəx ləvazimatları (qab-qacaq və sairə). Qeyd edir ki, ona məxsus olan torpaq sahəsi üzərində yerləşən evi yenidən tikərək bərpa etmək istəyir. Lakin evin içərisindəki əşyalara görə heç bir təmir tikinti işləri görə bilmir. Qeyd etdiyi kimi dəfələrlə cavabdehlərə əşyaları evdən çıxarmalarını təklif etmişdir. Lakin cavabdehlər bugünədək əşyaları mülkiyyətində olan evdən çıxarmamışlar. Bu da, ona məxsus olan əmlakı üzərində öz sahiblik, istifadə hüquqlarını həyata keçirməyə maneçilik törədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasa gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın xx.xx.2024-cü il tarixli, reyestrdə 4Ə-1503 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,40 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,40 torpaq sahəsinə İddiaçı hüququ rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilən torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, ünvan 1i ərazisində yerləşən 0,40 torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, fotoşəkillər sözügedən əşyalara aiddir. İş materiallarında olan DVD diskdəki videogörüntüdən görünür ki, sözügedən əşyalar İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,40 ha torpaq sahəsinin üzərində tikilən evdədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin şərhinə görə, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Göründüyü kimi iş materiallarına əsasən İddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutları, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışı və xx.xx.2024-cü il tarixdə tərtib edilən torpaq sahəsinin planı və ölçüsünə dair sənədi məhkəməyə təqdim etsə də, cavabdeh tərəf evin onlara məxsus olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bununla da mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan əşyalar - 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd stol, 7 ədəd stul, 2 ədəd televizor, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yastıq, 4 ədəd yorğan, 4 ədəd pərdə, 3 ədəd divanüstü, 1 ədəd şifoner, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “Samsung” markalı avtomat paltaryuyan, bir ədəd “Regular” markalı mətbəx qaz plitəsi, 2 ədəd şkaf, mətbəx şkafı, 1 ədəd çörək bişirən elektrik sobası, 2 ədəd qəfədan və mətbəx ləvazimatları (qab-qacaq) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,40 ha torpaq sahəsinin üzərində tikilən evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan əşyalar - 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd stol, 7 ədəd stul, 2 ədəd televizor, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yastıq, 4 ədəd yorqan, 4 ədəd pərdə, 3 ədəd divanüstü, 1 ədəd şifoner, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “Samsung” markalı avtomat paltaryuyan, bir ədəd “Regular” markalı mətbəx qaz plitəsi, 2 ədəd şkaf, mətbəx şkafı, 1 ədəd çörək bişirən elektrik sobası, 2 ədəd qəfədan və mətbəx ləvazimatları (qab-qacaq) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,40 ha torpaq sahəsinin üzərində tikilən evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan əşyalar - 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd stol, 7 ədəd stul, 2 ədəd televizor, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yastıq, 4 ədəd yorqan, 4 ədəd pərdə, 3 ədəd divanüstü, 1 ədəd şifoner, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “Samsung” markalı avtomat paltaryuyan, bir ədəd “Regular” markalı mətbəx qaz plitəsi, 2 ədəd şkaf, mətbəx şkafı, 1 ədəd çörək bişirən elektrik sobası, 2 ədəd qəfədan və mətbəx ləvazimatları (qab-qacağın) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,40 ha torpaq sahəsinin üzərində tikilən evdən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar