Məhkəmə qərarları › İş №e-2(032)-1010/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1010/2024

26.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1010/2024 26.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi (direktoru) X3, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin müəllimi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbə, Cavabdeh1 Radiq qızına qarşı “intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X10 iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbin sabiq direktor əvəzi Cavabdeh1 tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli 58 nömrəli intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğv edilməsini tələb etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdən etibarən 82 nömrəli əmr əsasında Şirvan şəhəri B.Aslanov adına 16 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsində çalışır. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daima məsuliyyətlə yanaşıb, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Barəsində 26 aprel 2024-cü il tarixdə Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbin direktoru Cavabdeh1 tərəfindən 58 nömrəli intizam tənbehinin tətbiq edilməsi barədə şiddətli töhmət əmri verilmişdir. İntizam tənbehinin verilməsində onun heç bir məsuliyyəti və ya günahı olmamışdır. Belə ki, intizam tənbehinin verilməsinə əsas kimi “16 aprel 2024-cü il tarixində həftənin 2-ci günü 4-cü saat fiziki tərbiyə dərsində məktəbin 8 - ci sinif şagirdi X5 barmağı sınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, “Fiziki tərbiyə” müəllimi İddiaçı üzürsüz səbəbdən dərsdə olmamışdır, dərsin sonunda gəlib hadisədən xəbərdar olmuşdur. Lakin olan hadisə ilə bağı məktəb rəhbərliyinə məlumat verməmişdir. Səhlənkarlıq edərək hadisəni gizlətmişdir. Müəllimdən izahat tələb olunmuşdur. Müəllim izahat yazmaqdan imtina etmişdir” qeyd edilmişdir. Əmrin verilməsinə əsas məktəbin 8 - ci sinif şagirdi İlham Cahangirovun valideyni Vasif Cahangirovun xx.xx.2024-cü il tarixdə müraciəti olmuşdur. Qeyd edilən müraciət əsasında məktəbin sabiq direktoru Cavabdeh1 mənə qarşı qərəzli şəkildə heç bir araşdırma aparmadan mübahisəli şəkildə ondan izahat almağa çalışmışdır. O, hadisənin dərs saatlarına təsadüf etməməsini, əlavə olaraq qeyd edilən halın araşdırlmasını təklif etmiş, lakin məktəbin sabiq direktor əvəzi Nurlan xanım Həsənova mübahisə zəmnində izahat yazılmasını tələb etmişdir. O da bu halda yazılı izahat verə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən əmr verilərkən müəllimin izahat verilməsindən imtina etməsi qeyd edilmişdir. Qeyd edilən müraciət tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktəbin bir neçə müəllimi tərəfindən müraciəti əsasında yoxlama aparılmışdır. Əmrin əsassız verilməsinə dəlil kimi bildirir ki, çalışdığı müddət ərzində heç bir intizam tənbehi almamışdır. Müqəddəs müəllim adını həmişə uca tutulması üçün səylə çalışmışdır. Əmək müqaviləsi üzrə öhdəliklərin və rəhbərlik tərəfindən verilən tapşırıqları daim vaxtında və dəqiq icra etmişdir. Məktəbin nüfuzunun artırılması, təhsil səviyyəsinin, şagirdlərin davamiyyətinin və təhsil səviyyələrinin artırılması istiqamətində əməyi danılmazdır. Belə ki, daima bir çox müəllimlərlə yanaşı ən nümunəvi müəllim kimi rəftarı tələbkarlığı əvvəllər çalışdığı Ağsu rayonu H.M.Hüseynov adına Qaraqoyunlu kənd orta məktəb tərəfindən barəsində verilmiş xasiyyətnamədən, bir neçə təhsildə inkişaf və innovasiyalar üzrə qrant müqavilələrinin bağlanması, qrant layihələrinin icrası və müxtəlif idman növləri üzrə keçirilən yarışmaların nümayəndəliyi, fəxri fərmanları, fəxri diplomlar, təşəkkürnamələr, sertifikatlar və s. sənədlərlə sübuta yetirilir. 16 aprel 2024-cü il tarixdə məktəbin 8 C sinifi cədvəl üzrə 4-cü dərs saatı olan fiziki təbiyə dərsi şagirdlər iki qrupa bölünməklə digər fiziki tərbiyə müəllimi Şahid5 ilə keçirilmişdir. Hava şəraiti əlverişli olduğundan məktəbin həyətində yerləşən idman meydançasında nəzarəti və hakimliyi ilə keçirilən oğlanların futbol yarışmasından sonra şagirdlər növbəti Şıxaliyeva Şahnaz müəllimənin tədris etdiyi Azərbaycan tarixi dərsində yekdilliklə iştirak etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən dərslər zamanı məktəbin 8 C sinifin şagirdləri və ya X11 tərəfindən dərs zamanı hər hansı bir xəsarət alması halı (faktı) aşkar edilməmiş və ya müraciət edilməmişdir. Növbəti günlərdə məktəbin 8 C sinif şagirdi X5 əl bağmağının sarılmış vəziyyətdə dərslərdə iştirakı aşkar edilmişdir. İlham Cahangirovun bildirdiyinə görə axşam vaxtı həyətdə oynayarkən yıxılıb barmağının çıxmasını bildirmişdir. Qeyd edilən hallar məktəb direktoru tərəfindən xx.xx.2024-cü il tarixində qabardılması və hadisəyə aidiyyəti olmadan barəsində intizam tənbehinin verilməsi hesab edir ki, əsassız və qanusuzdur. Barəsində çıxarılmış əmrdən məlumatı olan kimi qeyd edilən əmrin ləğv edilməsi ilə əlaqədar müvafiq olaraq məktəbin direktoruna və Şirvan-Salyan Regional Təhsil İdarəsinə şifahi müraciəti müsbət həllini tapmamışdır. Bununla əlaqədar qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında işin müsbət həlli üçün ilkin mediasiyanın keçirilməsinə təklifi də müsbət həll edilməmişdir. Hesab edir ki, barəsində intizam tənbehinin verilməsinə görə cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Odur ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, həmin gün səhər saat 08:00-da məktəbdə olmuşdur. Saat 10:30-da dərs saatını icra etmişdir. Onun qrupuna həmin gün təxminən 12 uşaq düşmüşdür ki, hamısı da dərsdə olmuşdur. Nazirlik tərəfindən qarşılarına qoyulan dərs proqramı uğurla yerinə yetirilmişdir. Həmin dərs 10:30-dan 11:15-ə kimi davam etmiş, 15 dəqiqə sonra yəni saat 11:30-da başqa sinifə dərsi olmuşdur. Dərs saatında məktəbi tərk etməmişdir. Lakin onun dərsi bitəndən sonra tənəffüs zamanı Ümid adında şagird ona yaxınlaşmış və bildirmişdir ki, onun dərsindən çıxan tələblər mağazaya getmişlər, dərs başlamamışdan öncə onları gedib gətirib məktəbə təhvil vermişdir. Dərs zamanı hər hansı hadisə baş verməmişdir. Ümumiyyətlə, məktəbdə onların tibb çantaları olur ki, kimdəsə hər hansı zədə olduqda ilkin tibbi yardım göstərilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı şiddətli töhmət alması ilə bağlı məlumatsız olmuşdur. Həmin əmrin surəti ona təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə valideyinin şikayətinə əsasən heç bir araşdırma aparmadan, qərəzli şəkildə yüksək nailiyyətləri olmuş bir müəllimə şiddətli töhmət verilməsi qanunsuzdur. Məlumatı olandan sonra əmrin surətini alıb mediasiya prosesindən keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Eyni zamanda uşağın dərsə davamiyyəti ilə bağlı müəyyən olunmuşdur ki, həmin tarixdən sonrakı dərslərdə iştirak etmiş, davamiyyət jurnalında onun iştirak etməməsi barədə qeyd edilməmişdir. Hesab edirlər ki, qanunsuz olaraq qərəzli şəkildə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi (direktoru) X6 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə bağlı hazırda heç nə deyə bilmir. Belə ki, o həmin dövrdə məktəbin direktoru olmamışdır. İddiaçı ilə iş yoldaşı kimi münasibətləri normaldır. O, həmin məktəbə təyinat alandan sonra müəllimlərin məzuniyyət dövrü başlamış və qısa müddətdə birgə işləmişlər. Bu səbəbdən də hazırda iddiaçı barədə hər hansı fikir bildirə bilmir. Cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin müəllimi Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, hadisəni yoxlama ərəfəsində aydınlaşdırmışlar, sinif rəhbəri, sinifin şagirdləri izahatlarını yazmışlar. Aktın izahtı verməsindən əvvəl və ya sonra tərtib edilməsi barədə məlumatı yoxdur. Hadisə barədə 17 aprel 2024-cü il tarixdə başqa bir valideyndən eşitmiş, o da sinfin rəhbəri Vüsalə Abbasovadan soruşmuş, bundan sonra hadisə barədə məlumatı olmuşdur. Hadisə barədə yoxlama gəldikdən sonra 24 aprel 2024-cü il tarixdə akt tərtib edilmiş, müəllim izahat verməkdən və aktı imzalamaqdan imtina etmişdir. O, yenidən 26 aprel 2024-cü il tarixdə şagirdlərdən və müəllimdən izahat alınmış, akt tərtib edilmişdir, şagirdlərin izahatı alınan zaman Nuray müəllimin iştirakı ona görə təmin edilməmişdir ki, Nuray müəllim hadisəni etiraf etməmişdir. Şagirdlərin izahatı alınarkən sinif rəhbəri iştirak etmiş, sinif rəhbəri tərəfindən onların valideynlərinə məlumat verilsə də valideynlər iştirak etməmişlər, lakin bu barədə hər hansı sənədləşmə aparılmamışdır. Müəllimlərin davamiyyətinə tədris işləri üzrə direktor müavini nəzarət edir. Müəllim həmin vaxt dərdə iştirak etməmişdir, lakin hesab edir ki, bu hal gizlədildiyindən və müəllimin dərsdə iştirak etməməsini bilmədiklərindən bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. İddiaçıaya əvvəllər heç bir xəbərdarlıq edilməmişdir, lakin hadisə ağır olduğundan, yəni uşağın barmağı sındığından ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Oazis restoranında aşbaz işləyir. Bununla yanaşı sınıqçı kimi də xidmət göstərir. Təxminən 2-3 ay öncə aprel ayının 17-si saat 2-3 radələrində olardı bir uşaq yaxınlaşmış və barmağında zədə olduğunu bildirmişdir. Lakin uşağın barmağına baxdığında ciddi zədə aşkar olunmamış, bir az göyərmişdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, iddiaçı ilə 5 ildən artıqdır ki, birgə işləyirlər. Nuray müəllim işində həmişə nizamlı-intizamlı olub. Qeyd etdiyi illər ərzində iddiaçı ilə bağlı hər hansı bir problem yaşanmamışdır. Hazırki işlə bağlı isə 16 aprel 2024-cü ildə Nuray müəllimlə eyni vaxtda dərsləri olub və dərs saatlarında məktəbdə olaraq dərs saatını icra etmişdir. Bununla yanaşı 1 saat onun dərsini izləmiş, həmin vaxt uşaqlar dərsdə olub və heç bir hadisə baş verməmişdir. Təxminin 10-15 gündən sonra belə bir hadisənin baş verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, iddiaçı ilə 2017-ci ildən Nuray müəllimi tanıyır və birgə işləyirlər. Nuray müəllim hər zaman öz hörmətini qoruyub saxlayıb və sayılıb-seçilən müəllimlərdəndir. Uşaqlara qarşı çox mehriban və dərsinə hər zaman ciddi yanaşan müəllimdir. Həmin gün Abdulla müəllim, o və Hüseyn müəllimlə Nuray müəllim eyni dərs saatlarında dərslərini icra etmişlər. Həmin gün dərs vaxtı hər hansı hadisə baş verməmişdir. İdman müəllimlərin otağında xüsusi olaraq tibb çantaları vardır, əgər dərs zamanı hər hansı hadisə baş verərsə ilk yardım onlar tərəfindən göstərilir, bununla yanaşı məktəbində özünün tibb sahəsində xidmət göstərən əməkdaşı vardır. Hadisə ilə bağlı məlumatı isə məktəbdə yoxlama olan vaxt bilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, iddiaçı ilə 8 ildən artıqdır ki, birgə işləyirlər. İşlədiyi müddətdə Nuray müəllim hər zaman öz nizam-intizamı ilə öndə olub. Bununla yanaşı bir neçə layihələrdə yarışlar keçirilmiş və Nuray müəllim həmin layihələrin qalibi olmuşdur. Həmin gün Ceyhunə müəllimə ilə o və Hüseyn müəllimlə Nuray müəllim dərslərini icra etmişlər. Həmin gün heç bir hadisənin şahidi olmamışlar və təxminən 10 gündən sonra belə bir hadisənin baş verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 bildirdi ki, Nuray müəllimlə birgə işləyirlər. xx.xx.2024-cü ildə dərs saatını birgə bölmüşlər. Təxminən 12-13 uşaq onun qurupuna, digər uşaqlar onun qrupuna düşmüşdür. Saat 10:30 da dərsləri başlamış və 11:15-ə kimi birgə dərsdə olmuşlar. Dərsdə olduqları vaxt ərzində heç bir hadisə baş verməmişdir və Nuray müəllim məktəbi tərk etməmişdir. Həmin gün heç bir hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirdi ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbdə dərs hissə müdiri işləmiş, 2024-cü ilin may ayında işdən çıxardılmışdır. Hadisə baş verən vaxtı həmin məktəbdə işləmişdir. Dərs hissə müdiri olaraq onun vəzifəsi məktəbdə dərsi bölmək, cədvəli tutmaq idi, lakin Nurlan xanım işləyən zaman onun bu vəzifələri yerinə yetirməsinə imkan verməmişdir. Onun məktəbin şagirdinin barmağının zədələnməsindən məlumatı Nuray müəllimə töhmət verilməsi zamanı olmuşdur, dərs hissə müdiri olaraq onu məlumatlandırmamışlar. Hadisə baş verən gün müəllim dərsdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Abbasova Vüsalə bildirdi ki, xx.xx.2024-cü il tarixdə dərsdə olmuş, şagirdi ona telefonla zəng edərək özünü pis hiss elədiyini bildirərək evə getmək istədiyini bildirmiş, ondan nə baş verdiyini soruşanda telefonu söndürdüklərindən hadisədən məlumatı olmamışdır. Sonradan onun valideyni əsəbi halda ona zəng edərək bildirmişdir ki, oğlunun barmağı sınmışdır. Sonradan hadisənin necə baş verməsindən məlumatı olmuşdur, bilmişdir ki, uşağın barmağı sındığından müəllim onu sınıqçıya aparmışdır. Hadisədən 1 gün sonra məktəb rəhbərliyinə şifahi məlumat vermişdir. X18 təxminən 1 həftə ərzində dərsə gəlməmiş, dərsdə iştirak etmədiyindən jurnala bu barədə qeyd aparılmışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt ona görə tərtib edilmişdir ki, Nuray müəllim hadisə barədə onlara məlumat verməmişdir. Nuray müəllimi izahat vermək üçün dəvət etmişlər, lakin o izahat verməmiş, aktı imzalamaqdan imtina etmişdir. Aktın həqiqətən 24 aprel 2024-cü il tarixdə və ya xx.xx.2024-cü il tarixdə tərtib olunması yadında deyil, lakin izahat verdiyi tarixdə aktı da imzalamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 bildirdi ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı işləyir. Onun vəzifəsi sinifdən xaric, məktəbdən kənar bütün təşkilatı işlərə baxmaqdır. 8c sinfində azərbaycan dili ədəbiyyat fənnini tədris edir. Hadisədən valideynlərin və müəllimlərin olduğu qrupa uşağının əlinin əzilməsi barədə məlumat verdikdən sonra məlumatı olmuşdur. 17 aprel 2024-cü il tarixdə sinif rəhbəri və məktəbin rəhbərliyi ilə bu mövzu müzakirə olunmuşdur, sinif rəhbəri isə məruzə edərək bildirmişdir ki, uşağın valideyni ilə danışmış, heç bir narazılıq yoxdur, hər şey qaydasındadır. Uşaq təxminən 1-2 gün dərsə gəlməmişdir. Məktəbdə aparılan yoxlama zamanı valideyn məktəbə gələrək uşağının barmağından zədə alması barədə məlumat vermişdir. Monitorinq zamanı şagirdlərin izahatına əsasən akt tərtib edilmişdir. Monitorinqin gedişi zamanı müəllimdən izahat verməsi tələb olunsa da müəllim izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, X5 anasıdır. X23 hazırda Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 9 c sinfində təhsil alır. İddiaçı hadisə baş verərənə qədər tanımamış, görməmişdir. Hadisə olduqdan sonra uşağı ona zəng edərək bildirmişdir ki, bədən tərbiyəsi dərsində olan zaman əlinin əzilməsini, hansısa müəllimin onun barmağını dartaraq salmasını, daha sonra aptekdən “menovazim” adlı dərman alaraq barmağına vurmağını, dərsdən sonra sinif yoldaşlarının deməsi ilə çay evində işləyən bir qadının yanına gedərək barmağını həmin qadına göstərməsini bildirmişdir. O, həmin vaxt Sabirabad rayonunda işlədiyi məktəbdə dərsdə olmuş, evə gəlməsi təqribən saat 13.00 radələri olmuşdur. Uşağının dediyinə görə Nuray müəllim həmin vaxt orada olmamışdır. Bu halı bildikdən dərhal sonra o müəllimlərin və valideynlərin olduğu qrupa səsli mesaj atmış, sinif rəhbəri Vüsalə müəllimə ona zəng edərək nə baş verməsini soruşmuş, o da hadisə barədə müəllimə məlumat vermişdir. Uşağın əlində zədə olduğundan həkimə getmişlər, həkim ona uşağın barmağının vətəri qırılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə sinif rəhbəri Vüsalə müəllimə ona zəng edərək təcili məktəbə gəlmələrini bildirmiş, onlar da məktəbə getmişdir. Məktəbdə ona izahat yazmasını bildirmişlər, o da hadisə barədə izahat yazmışdır. Onların həmin müəllimdən şikayət etmək fikirləri olmamışdır, məktəbə çağırdıqlarından onlar məktəbə getmişlər, monitorinq zamanı müəllim hadisənin onun dərsində baş verməsini etiraf etmədiyindən onlar şikayət etmişlər. Oğlu təxminən 1 ay müddətində onun əli gipsdə olduğundan dərsə getməmişdir. Bununla bağlı məktəbdən hər hansı sənəd tələb edilmədiyindən, onlar da belə bir sənəd verməmişlər. Məhkəmə iclasında X2 iştirakı ilə izahat vermiş X11 bildirdi ki, hazırda Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 9 c sinfində təhsil alır. xx.xx.2024cü il tarixdə fiziki tərbiyə dərsinə dərsin başlamasından 15-20 dəqiqə keçdikdən sonra gəlmişdir. Fiziki tərbiyə dərsində müəllim olmadığı dövrdə sinif yoldaşları futbol oynamışlar, o kənarda olmuş, onlar oynadıqları zaman top onun əlinə dəymişdir. Top əlinə dəydikdən sonra əlində ağrı hissə etdiyindən Mehdiyə yaxınlaşmış,həmin vaxt artıq əli çıxmışdır. Nuray müəllim gəldikdən sonra ona bildirmişdir ki, get Abdulla müəllimin yanına o sınıqçıdır. O, Abdulla müəllimin yanına getmiş, Abdulla müəllim onun barmağını dartmış, lakin barmağının ağrısı keçməmişdir. O, ağrı keçmədiyindən aptekə getmiş, “menovazin” dərmanı alaraq barmağına vurmuşdur. O, tarix dərsində sinif rəhbəri Vüsalə müəllimə zəng edərək barmağını əzilməsini deməsə də özünü pis hiss elədiyini, evə getmək istədiyini bildirmiş, müəllim evə getməsini bildirmişdir. Atası evdə olmadığından həmin gün həkimə gedə bilməmişlər, səhəri gün həkimə getmişlər. Həkimdə əlinə nə olduğunu soruşulduqda müəllimə hansısa ziyan gəlməsin deyə həyətdə topla oynayarkən əlini əzməsini bildirmişdir. Qolu gipsdə olduğundan ən azı 9 gün müddətində məktəbə getməmişdir. Yoxlama zamanı Nuray müəllim hadisənin onun dərsində olmadığını, onun yalan danışdığını bildirdiyindən o hirslənib həqiqəti söyləmiş, ərizə yazaraq hadisənin necə baş verməsini bildirmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin, şahidlərin izahatını, vəkili çıxışını, dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 əmək kitabçasının surətindən görünür ki, X1 şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə məktəbə xx.xx.2017-ci il tarixli 82 saylı əmrlə Şirvan şəhəri Təhsil Şöbəsinin xx.xx.2017-ci il tarixli 140 nömrəli göndəriş məktubuna əsasən məktəbə fiziki tərbiyə müəllimi təyin edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə dəyişlik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 ilə Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbə müəllim, ümumi təhsil məktəbi/bədən tərbiyəsi vəzifəsinə xx.xx.2017-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Xasiyyətnamənin surətindən görünür ki, İddiaçı Ağsu rayon H.M.Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəbində işləyərkən özünü kollektivin ən nümunəvi müəllimi kimi göstərmişdir. Müəllim öz şəxsi tərbiyəsi, savadı ilə seçilir və eləcə də içtimai işlərdə daim fəalliğı ilə fərqlənir. Müəllimlərin diaqnostiq qiymətləndirilməsində 53 bal toplamışdır. Məktəbin bütün tədbirlərində tədris etdiyi siniflərin şagirdləri daima xüsusilə fərqlənmişdir. İşlədiyi müddət ərzində RTŞ-si və məktəb i rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmana layiq görülmüşüdür. İşlədiyi qısa müddət ərzində rayonda keçirilən tədbirlərin ən fəal iştirakçısına çevrilmişdir. 2016-2017-ci tədris ilində valeybol yarışı üzrə rayon birinciliyində şagirdləri 1-ci yer tutaraq rayon rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. İl ərzində keçirdiyi bütün tədbirləri RTŞ-nin saitində paylaşır. Nizam intizamlıdır, azərbaycan müəliminə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirir. İşçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında xx.xx.2024-cü il tarixli 58 nömrəli əmrdən çıxarışdan görünür ki, 16 aprel 2024 - cü il tarixində həftənin 2 - ci günü 4 - cü saat “Fiziki tərbiyə” dərsində məktəbin 8 - c sinif şagirdi X5 barmağı sınmışdır . Araşdırma zamanı məlum olmuşdur ki , “ Fiziki tərbiyə " müəllimi İddiaçı üzürsüz səbəbdən dərsdə olmamışdır , dərsin sonunda gəlib hadisədən xəbərdar olmuşdur . Lakin olan hadisə ilə bağı məktəb rəhbərliyinə məlumat verməmişdir. Səhlənkarlıq edərək hadisəni gizlətmişdir. Müəllimdən izahat tələb olunmuşdur. Müəllim izahat yazmaqdan imtina etmişdir. Azərbaycan Republikası Əmək Məcəlləsinin 186.2 maddəsinin b bəndini əsas götürərək məktəbin fiziki tərbiyə müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas kimi 8-c sinif şagirdlərinin izahatları və valideynin izahatı göstərilmişdir. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Cavabdeh1, məktəbin təşkilatçısı Günay Rzayevanın, 8 c sinfinin rəhbəri Vüsalə Abbasovanın iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 10:30-11:15 radələrində 4-cü saat, 8 c sinfində fiziki tərbiyə dərsi zamanı fənn müəllimi İddiaçı dərsdə olmamış və başsız qalan şagirdlər özləri məktəbin həyətində futbol oynamağa başlamışlar. Bu zaman həmin sinfin şagirdi Cahangirli İlham yıxılaraq əl nahiyəsindən xəsarət almışdır. Şagirdlərin verdiyi izahata əsasən həmin vaxt müəllim İddiaçı məktəbin yaxınlığındakı dükanda olmuşdur. Hadisədən xəbər tutan müəllim İddiaçı ilk tibbi yardım göstərməyə çalışıb şagirdi sınıqçıya və aptekə yönləndirmişdir. Bundan əlavə müəllim İddiaçı məktəb rəhbərliyindən də məlumatı gizlətmişdir. Müəllim onunla bağlanmış əmək müqaviləsinə və müəllimlərin etik davranış qaydalarına zidd olaraq bu faktı məktəb rəhbərliyindən gizlətmişdir. Beləliklə şagirdin xəstəxanaya müraciət etməsinin qarşısı bilərəkdən alınmışdır. Nəticədə həkim müayinəsindən kənarda qaldığı üçün Cahangirli İlhamın əl nahiyəsinin xəsarət aldığı hissəsində ciddi fəsadlar yaranmış və onun barmağının tibbi əməliyyat olunmasına ehtiyac yaranmışdır. Yuxarıda qeyd olunan faktlarla bağlı müəllim İddiaçı yazılı izahat tələb olunsa da, o, izahat yazmaqdan imtina etmişdir. Aktı öz imzaları təsdiq etmişlər. Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Sektorun müdiri Aqil Bəşirovun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Keyfiyyət Sektorunun məsləhətçisi Elməddin Bəşirovun, Neftçala rayon Qaraqaşlı kənd ümumi orta məktəbin direktoru Ruslan Sayadovun, Hacıqabul rayonu üzrə təhsil sektorunun məsləhətçisi Ləman Talıbovanın, Şirvan şəhər 2 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Sayadxanım Rəhbərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin Vİİİ sinif şagirdi X5 16 aprel 2024-cü il tarixdə fiziki tərbiyə dərsi zamanı sol əlinin barmağı sınıb. Hadisə baş verən gün fiziki tərbiyə müəllimi İddiaçı dərsdə iştirak etmədiyi halda sinif jurnalını yazmışdır. Xəsarət alan şagirdlə maraqlanmamış, valideynlərlə əlaqə saxlanmamışdır. Bu barədə Mehraliyev Nuraydan izahat tələb olunsa da , o izahat yazmaqdan imtina etdi. Aktı öz imzaları təsdiq etmişlər. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “ Şirvan şəhər Mərkəzi Xəstəxanası” X24 vəkil müraciətinə xx.xx.2024-cü il tarixli, 18- 1-35/2-740/2024 saylı cavab məktubundan görünür ki, 04 sentyabr 2009-cu il təvəllüdlü Şirvan şəhəri B.Aslanov adına tam orta məktəbin Vİİİ sinif şagirdi İlham Cahangirov xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in X26 Bölməsinə “sol əlin İİl barmaq dırnağının dırnaq falanqasının qopması” diaqnozu ilə daxil olub, həkim-travmatoloq cərrah Ş.Əhmədov tərəfindən ambulator müalicə olunmuşdur. Xəstənin deməsinə görə həyətdə əlinə top dəyib. İ.Cahangirovun Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-də stasionar müraciəti qeydə alınmamışdır. Xəstə İ.Cahangirova yaşadığı ərazi üzrə Poliklinika şöbəsinə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğundan daxil olmuş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 2023-2024 tədris ili üzrə 8 c sinfinin sorğuda göstərilən tarixlər üzrə davamiyyət jurnalından çıxarışdan görünür ki, sinfin şagirdi İlham Cahangirov 2024-cü ilin may ayının 7,8,13,14,15,20 günlərində azərbaycan dili dərsində, 24 may 2024-cü ildə fizika dərsində, 16 aprel 2024-cü ildə biologiya dərsində, 24 may 2024-cü ildə təsviri incəsənət dərsində iştirak etməmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğundan daxil olmuş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbdə aparılmış yoxlama ilə bağlı Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır. Sorğunuza əsasən qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə 2023-2024 tədris ili üzrə məktəbin 8c sinifinin aprel ayının davamiyyət juralından çıxarılmış surətlər Sizə göndərilmişdir. Məktəbin pedaqofi heyətinin davamiyyət jurnalı məktəbdə saxlanıldığı üçün həmin jumaldan surətlərin çıxarılması və göndərilməsi mümkün deyil. Məktəbin 2023-2024 tədris ili üzrə əmrlər kitabında İddiaçı xx.xx.2024-cü il tarixli, 58 nömrəli əmrin təqdim edilməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən məktəbdə aparılan yoxlama zamanı xx.xx.2024cü il tarixdə 8c sinifinin şagirdləri, sinif rəhbəri Vüsalə Abbasova, məktəbin təşkilatçısı Günay Rzayeva və direktor əvəzi Cavabdeh1 izahatları alınmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin riyaziyyat müəllimi 8 c sinfnin sinif rəhbəri Vüsalə Abbasovanın xx.xx.2024-cü il tarixli izahatında görünür ki, xx.xx.2024-cü il tarixində Cahangirov İlham 8c sinifinin şagirdi fiziki tərbiyyə dərsində oynayan zaman nəzarətsiz olduqları üçün barmağı sınıb.O, bu barədə məktəb rəhbərliyinə məlumat vermişdir. Amma onunla və İlham Cahangirovla heç bir əlaqə yaratmamışlar. Hal-hazırda İlham Cahangirov əlindən əməliyyat olunmalıdır. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayevanın xx.xx.2024-cü il tarixli izahatında görünür ki,xx.xx.2024-cü il tarixdə 8 c sinfnin şagirdi Cahangirov İlham fiziki tərbiyə dərsində barmağı zədələnmişdir. Bu barədə məktəbin direktor əvəzi Cavabdeh1 xəbər vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinifnin şagirdi Cahangirov İlhamın valideyni X4 tərəfindən X21 Təhsil İdarəsinə yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə oğlu fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə iştirak etmədiyindən dərs boş keçmiş, oğlu İlham Cahangirov barmağından zədə almışdır. Bundan 20 dəqiqə sonra İddiaçı oğlunun barmağından zədə almasını bilib barmağına baxması üçün Həmdulla müəllimin yanında göndərmiş, Həmdulla müəllim də oğlunun barmağına dərman alıb vurmasını tövsiyyə etmiş, oğlu aptekə gedərək dərman almış və barmağına vurmuş, daha sonra məktəbə qayıtmışdır. Lakin barmağının ağrısına dözə bilmdəyindən oğlu evə getmişdir. Bütün bu hallarda məktəbdə heç kim oğlu ilə maraqlanmamış, valideyn kimi onları xəbərdar etməmişlər. Səhəri gün onlar özləri uşağı həkimə aparmış, məlum olmuşdur ki, oğlunun barmağının vətəri qırılmışdır. Polis işə qarışmış, hətta onları cərimələmişlər. Oğlunun sinif rəhbərindən başqa heç kim oğlunun səhhəti ilə maraqlanmamışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Cavidan Mustafayevin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığından dəsr boş keçmiş, bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. 5-ci saat Nuray müəllim İlhamın barmağının öz dərsində sınmağını bilib, tez ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Zəhra Qayıblının xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar “Party shop” mağazasına getmişlər və o mağazada Nuray müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının öz dərsində sınmağını bilib, tez ona ağrıkəsici vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Mehdi İsmiyevin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzarətsiz qaldığına görə barmağı sınmışdır. 5-ci saat Nuray müəllim İlhamın barmağının öz dərsində sınmağını bilib , tez ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Nicat Vəliyevin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. 5-ci saat Nuray müəllim İlhamın barmağının öz dərsində sınmağını bilib , tez ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Anar Məmmədlinin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. 5-ci saat Nuray müəllim İlhamın barmağının öz dərsində sınmağını bilib , tez ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Lamiyə Həşimovanın xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar mağazaya getmişlər və o mağazada Nuray müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, müəllim, onun barmağının sınmağını bilib , tez ona ağrıkəsici alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Məhəmməd Bağırzadənin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. 5-ci saat Nuray müəllim İlhamın barmağının öz dərsində sınmağını bilib , tez ona ağrıkəsici alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Ayla Abbaszadənin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar “ Party shop” mağazasına getmişlər və o mağazada Nuray müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının öz dərsində sınmağını bilib , tez ona ağrıkəsici vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Əminə Həsənlinin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənara çıxmışlar və orada müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının sınmağını bilib , ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Səbinə Abdullayevanın xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar “Party shop” mağazasına getmişlər və o mağazada Nuray müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının sınmağını bilib , tez ona ağrıkəsici vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Əminə Həsənlinin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənara çıxmışlar və orada müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının sınmağını bilib , ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Ümid İsmayılovun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənara çıxmışlar və orada müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının sınmağını bilib , ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Əkbərli Xədicənin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar mağazaya getmişlər və Nuray müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, müəllim onun barmağının sınmağını bilib , ona dərman alıb vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Aişə Mehraliyevanın xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar “Party shop” mağazasına getmişlər və o mağazada Nuray müəllimi görmüşlər. Məktəbə qayıtmışlar, 5-ci saat müəllim onun barmağının sınmağını bilib , tez ona ağrıkəsici vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Namid Nəbiyevin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. 5-ci saat müəllim onun barmağının sınmağını bilib, tez ona ağrıkəsici vermişdir. İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 8 c sinif şagirdi Ayşə Quliyevanın xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə 4-cü saat fiziki tərbiyə dərsində müəllim İddiaçı dərsdə olmadığı halda dərs boş keçmiş və bu zaman sinif yoldaşları İlham Cahangirov nəzrətsiz qaldığına görə barmağı sınmışdır. Müəllim olmadığına görə məktəbdən kənar “Party shop” mağazasına getmişlər və o mağazada Nuray müəllimi görmüşlər. İlhamın əlinə Nuray müəllim dərman vermişdir . İzahat onun tərəfindən imzalanmışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 2023-2024 tədris ili üzrə müəllimlərin davamiyyət jurnalından çıxarışdan görünür ki, həmin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə məktəbdə olmaq “gəldi” “ getdi” qrafasına imza etmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə (DİSK) baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə saat 11:17-də “Party shop” mağazasından uşaqları götürərək məktəbə qaytarmışdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ƏM-in 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. ƏM-in 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. ƏM-in 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. ƏM-in 187-ci maddəsinin 2-ci hissəsinə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. ƏM-in 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. ƏM-in 190-cı maddəsinin 1-3-cü hissələrinin tələblərinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrini düzgün icra edib-etməməsinin müəyyən olunması zəruri hesab edilməlidir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Belə ki, işin halların müəyyən olunur ki, İddiaçı hadisənin baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə məktəbdə olmuşdur. Bu hal məhkəməyə təqdim edilmiş tədris verənlərin davamiyyət jurnalında olan imzalarla və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Həmçinin məktəb rəhbərliyi tərəfindən iddiaçıya intizam tənbehi verilərkən bir sıra nöqsanlara yol verilmişdir. Belə ki,

1. Hadisə xx.xx.2024-cü il tarixdə baş versə də bununla bağlı məktəb rəhbərliyi tərəfindən hər hansı sənədləşmə işi aparılmamış, yalnız hadisə baş verdiyi gündən 8 gün keçdikdən sonra hadisə şahidlərinin və müəllimlərin izahatı alınmadan xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir.

2. xx.xx.2024-cü il tarixli aktda şagirdlərin verdikləri izahata istinad olunmasına baxmayaraq iş materiallarında olan şagirdlərin izahatları 2 gün sonra yəni xx.xx.2024-cü il tarixdə alınmışdır.

3. Həmçinin müəyyən edilmişdir ki, şagirdlərin izahatı alınan zaman onların qanuni nümayəndələrinin və ya məktəb psixoloqunun iştirakı təmin edilməmiş, bu da şagirdlərin izahatlarının təsir altında yazılmasına əsas verir .

4. xx.xx.2024-cü il tarixdə məktəb rəhbərliyi tərəfindən həmin məktəbin 8 c sinif şagirdi X5 valideynləri (özünün ifadəsinə əsasən) məktəbə çağırılaraq ondan ərizə yazmaları tələb edilmiş, şagirdlərin və müəllimlərin izahatı alınmış, yenidən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. X5 valideyni X2 və 8 ç sinfinin sinif rəhbəri Abbasova Vüsalənin izahatı xx.xx.2024-cü il tarixdə alınsa da, sözügedən məktəbin təşkilatçısı Günay Rzayevanın izahatı isə xx.xx.2024-cü il tarixdə alınmışdır.

5. İddiaçı izahatına əsasən müəyyən edilmişdir ki, o, 26 aprel 2024-cü il tarixli 58 nömrəli əmrlə tanış olmamışdır, həmçinin cavabdeh tərəfindən onun əmrlə tanış edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. ƏM-in 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə həmçinin İddiaçı şəxsiyyətini, onun barəsində təqdim edilmiş xasiyyətnaməni, müəllimlik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri nəzərə alaraq hesab edir ki, B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Cavabdeh1 tərəfindən İddiaçı barəsində 26 aprel 2024-cü il tarixli 58 nömrəli əmrin verilməsi zamanı ƏM-in 186-cı maddəsində qeyd olunan hallar nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Cavabdeh1 26 aprel 2024-cü il tarixli 58 nömrəli “işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” əmri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin olunsun. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Cavabdeh1 26 aprel 2024-cü il tarixli 58 nömrəli “işçiyə şiddətli töhmət verilməsi haqqında” əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar