Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1067/2025 20.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi iddia tələbinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şirvan şəhəri, X14 küçəsində yerləşən ev 28 saylı, 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** №-li çıxarışına əsasən Şirvan şəhəri, X14 küçəsində yerləşən ev 28 saylı, 21 nömrəli mənzil onun mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyət hüququnu həyata keçirmək istəsə də bu mümkün olmamışdır. Çünki Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3mənə məxsus mənzildə qeydiyyatdadır və mülkiyyət hüququnu həyata keçirməyə maneə törədir. Sual verə bilərsizki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kimdir? Cavabdeh2 mənim qardaşıdır. Cavabdeh1 isə qardaşının yoldaşıdır. Cavabdeh3 isə digər qardaşı uşağıdır. Müəyyən məsələlərlə bağlı Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan, qardaşı Cavabdeh2 xahişi ilə onu və həyat yoldaşı Cavabdeh1, digər qardaşının xahişi ilə isə Cavabdeh3 ona məxsus mənzilə qeydiyyatdadır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzildə qeydiyyatda olsalar da, onlar həmin mənzildə heç zaman yaşamamışlar və orada faktiki olaraq heç bir istifadə hüququna malik deyillər. Onların qeydiyyata alınması yalnız qohumluq münasibətləri və müəyyən hallarda ehtiyac səbəbi ilə onun razılığı əsasında həyata keçirilmişdir. Lakin qeyd olunan şəxslər həmin mənzildə nə yaşayış sürüblər, nə də oradan istifadə ediblər. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunduğu kimi, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına, mülkiyyətçinin inzibati orqana müraciəti əsasındaxitam verilə bilər. Halhazırkı vəziyyətdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzilində olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Birincisi onun mənzilində qeydiyyatda qalması onun həmin mənzili ilə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması mənim üçün əlavə problemlər yarada bilər. Bu səbəbdən onun ona məxsus mənzilindən pasport qeydiyyatından çıxarılmasını istəyir. Lakin oradan rəsmi olaraq ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarmaq mümkün olmadığını bildirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.1994-cü il tarixli bəxşiş Müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəsinin çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “Şirvan şəhəri, X14 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi hazırda məhkəmə icraatındadır. Hazırda Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunmuş hüquq normasına əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. İlkin iddia tələbi əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri X14 küçəsində yerləşən 28 saylı evdə yerləşən mübahisəli 21 nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan Cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı Cavabdeh1 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. İlkin iddia tələbi üzrə iddiaçının qeyd etdiyi faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, Cavabdeh1 xx.xx.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X7 adlı şəxsdən almışdır. Həmin müqavilə Əli-Bayramlı şəhər ( indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir və hazırda da qüvvədədir. Müqavilə bağlanarkən ilkin iddia üzrə İddiaçı evin satıcısı X3 etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 ( otuz beş milyon ) rubl pul vermişdir. İkincisi, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşlar. Bu barədə onlara qarşı “Şirvan şəhəri, X14 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X14 küçəsi, ev 28 21 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil İddiaçı ,o , Cavabdeh1 tərəfindən 17 dekabr 1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, müqavilə o, Cavabdeh1 tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmışdır. Eyni zamanda, onların rəsmi nikahı xx.xx.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı Cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. İş materiallarından göründüyü kimi mübahisəli mənzili o, Cavabdeh1 xx.xx.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Sual olunur əgər o evi alqı-satqı müqaviləsi əsasında alımışdırsa və həmin tarixdə onların başqa evləri olmayıbsa ,o halda hansı səbəbdən 14 gün sonra mənzili digər bir şəxsə bağışlasın və ya hansı səbəbdən mənzil İddiaçı yox, ona satılmışdır. Üçüncüsü,o, Cavabdeh2 mübahisəli məzili mülkiyyətçi rus vətəndaşı olan X7 adlı şəxsdən alqı-satqı məqsədi ilə almışdır. Həmin dövrdə adı çəkilən mənzil alqı-satqı predmeti olmadığından onun satılması mümkün deyildi. Bu səbəbdən də mübahisəli mənzili 1992-ci il avqust ayında etibarnamə əsasında alqı-satqı məqsədi ilə almış və həmin ilin dekabr ayında da həmin ünvana pasport qeydiyyatına düşməklə köçmüşdür. Övladları da həmin mənzildə dünyaya gəlmişdir. Onların mənzilin qeydiyyatına düşməklərinə İddiaçı razılıq verməsinə heç bir zərurət olmamışdır. O, həmin tarixdə adıçəkilən mənzilin qeydiyyatında olmamışdır. Onlar xx.xx.1995-cil tarixinə kimi orada yaşamışlar. Həmin tarixdə Sabirabad rayon İcra Şöbəsinə ədliyyə polisi vəzifəsinə təyin olunduğundan ailəvi olaraq Sabirabad şəhərinə köçmüşlər, onlar ailəvi olaraq mübahisəli mənzildən çıxdıqdan sonra Sabirabad rayonun Şıxsalahlı kəndində atalarının evində yaşayan İddiaçı 1993-cü ildə ailəvi olaraq həmin ünvana köçmüşdür. Həmin tarixdə İddiaçı həyat yoldaşının Cəbrayıl rayonunda yaşayan və rayon ərazisi erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olan yaxın qohumları Sabirabad rayonun Şıxsalahlı kəndində yerləşən atalarının evinə köçdükləri üçün evdə yaşayış şəraiti çətinləşmiş, bu səbəbdən də, İddiaçı ailəvi olaraq mübahisəli evə köçməsini məsləhət bilmişlər. Onlar onun həmin evə köçməsinə razılq vermişlər. İddiaçı təxminən 2000-ci ilə kimi orada yaşamışdır. O, 2000-ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüş, həmin tarixdən mənzildə hər hansı bir şəxs yaşamamışdır. O, 2002-ci ildə Şirvan şəhər İcra Şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Şirvan şəhərinə köçərkən həmin ünvana deyil, Şirvan şəhərində başqa ünvanda yerləşən özlərinə məxsus həyət evinə köçmüşlər. Hal-hazırda da həmin ünvanda yaşayırlar. İddiaçı nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə xx.xx.2025-ci il tarixli etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsindən görünür ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddi üzrə cavabdeh İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** N-li Çıxarışına əsasən Şirvan şəhəri, X14 küçəsində yerləşən 28 saylı evin 21 nömrəli mənzilinin qanuni mülkiyyətçisidir. 17 dekabr 1994-cü il tarixli bəxşiş müqaviləsinə əsasən, Əli-bayramlı şəhəri, A.Əhmədov küçəsində yerləşən B nömrəli evin 21 nömrəli mənzili (indiki Şirvan şəhəri, X14 küçəsi, ev 28, mənzil 21) Cavabdeh1 tərəfindən İddiaçı hədiyyə edilmişdir. Bundan sonra İddiaçı mənzilə dair mülkiyyət hüququ Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən rəsmi qaydada qeydiyyata alınmışdır. İlkin iddia ərizəsinin 6-cı abzasında “mənzili 1997-ci ildə bir rus vətəndaşından alqı-satqı yolu ilə almışam” ifadəsi texniki səhv nəticəsində qeyd olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçıların tələblərinə münasibət: Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, “ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşuq. Bu barədə bizə qarşı “Sirvan şəhəri, X14 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişik ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Əruzi İdarəsinin xx.xx.2023ci il tarixli, ********** №-li Çıxarışına əsasən Şirvan şəhəri, X14 küçəsi, ev 28, 21 nömrəli mənzil İddiaçı müilkiyyətindədir". Mübahisəli mənzil uzun illər boyu (30 ildən çox) İddiaçı istifadəsində və mülkiyyətində olmuşdur. Bu qədər uzun müddət ərzində ilkin iddia üzrə cavabdehlərin Cavabdeh2 və Cavabdeh1 bu əmlakın İddiaçı Mus oğlunun mülkiyyətində olduğunu bilməmələrinin mümkünsüz olduğunu aşkar şəkildə göstərir. Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixlİ məktubundan aydın görünür ki, Cavabdeh2 2006-cı ildən, payramova Nəzakət Əli qızı isə 2013-cü ildən qeydiyyatdadır. Qanunvericiliyə görə, yaşayış yerinə qeydivvat üçün mülkiyyətçinin (İddiaçı) yazılı razılığı tələb olunur. Bu o deməkdir ki, hər iki şəxs qeydiyyat zamanı mənzilin Abbas Musa oğluna məxsus olduğunu bilərək, onun razılığı əsasında hərəkət etmişlər. Xüsusi diqqət yetirmək lazımdır ki, qarşılıqlı iddiaçılar həm ümumi 10 illik iddia müddətini, həm də 1 illik kəsici müddəti qanuni şəkildə buraxmışlar. Mülki Məcəllənin 375.2-ci maddəsinə uyğun olaraq iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır və qanunla nəzərdə tutulan xüsusi hallar istisna olmaqla, dayandırıla və ya kəsilə bilməz. Konstitusiya Məhkəməsinin xx.xx.2021 tarixli qərarında və Ali Məhkəmənin xx.xx.2022 tarixli qərarında bu müddətlərin tətbiqi məsələləri ətraflı şərh olunmuşdur. Həmin qərarlardan da göründüyü kimi, hüquq pozuntusu baş verdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilmədikdə, bu, iddianın təmin olunmaması üçün əsas yaradır. Bütün bu hüquqi və faktiki mülahizələr nəzərə alınmaqla aydın şəkildə müəyyən etmək olar ki, qarşılıqlı iddianın heç bir hüquqi əsası yoxdur. Bundan başqa qarışılıqlı iddia ərizəsində qeyd olunur ki, xx.xx.1995-ci il tarixinədək mübahisəli mənzildə yaşayıblar. Bu hissədə tamam ilə əsasızdır ona görə ki, bu halın təsdiqi ilə bağlı məhkəməyə möhtəbər sübut təqdim edilməmişdir. Əksinə olaraq 2025-ci il tarixində qonşuların və Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsin əməkdaşının (sahə inspektorunun) iştirakı ilə akt tərtib olunmuş, həmin aktda Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamadıqları öz əksini tapmışdır. Əlavə olaraqda qeyd edim ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1994-cü İl tarixli qərarın çıxarışdan görünür ki, xx.xx.1983-cü il tarixədək tikilib başa çatdırılmış Xanlar küçəsi, 82 nömərli, 2 mərtəbəli 5 otqalı fərdi yaşayış evi və 6 sof torpaq sahəsi həmin sahədə yaşayan Cavabdeh1 adınız rəsmiləşdirilmişdir. Bu fakt da onun mübahisəli mənzildə deyil, başqa ünvanda yaşadığını sübut edir. Yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslara istinadən, qarşılıqlı ” iddia ərizəsinin əsassız, iddia və kəsici müddətlər buraxılmaqla verildiyi, mübahisəli əmlakın uzun illər ərzində İddiaçı qanuni mülkiyyətində və istifadəsində olduğu, qarşı tərəfin isə bunu bildiyi halda bu gün iddia irəli sürməsinin hüquqi nəticə doğurmadığı qənaətinə gəlmək mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizə üzrə iddia tələbinə dair iddia müddəti keçmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq olunmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı etiraf etmədi izahat verərək bildirdi ki, “Şirvan şəhəri, X14 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X14 küçəsi, ev 28 21 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil İddiaçı o və Cavabdeh1 tərəfindən 17 dekabr 1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. Onlar xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, müqavilə onlar tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmış, əslində onu aldadıb ağ kağıza imza etdirmişlər . Eyni zamanda, Cavabdeh1 və onun rəsmi nikahı xx.xx.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı kimi onun razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. Odur ki, iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişi geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Porssesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh3 qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişi geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Porssesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı etiraf etmədi, qarşlıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri X14 küçəsində yerləşən 28 saylı evdə yerləşən mübahisəli 21 nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan Cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı Cavabdeh1 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. İlkin iddia tələbi üzrə iddiaçının qeyd etdiyi faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, Cavabdeh1 xx.xx.1994ci il tarixli alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X7 adlı şəxsdən almışdır. Həmin müqavilə Əli-Bayramlı şəhər ( indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir və hazırda da qüvvədədir. Müqavilə bağlanarkən ilkin iddia üzrə İddiaçı evin satıcısı X3 etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 ( otuz beş milyon ) rubl pul vermişdir. İkincisi, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşlar. Bu barədə onlara qarşı “Şirvan şəhəri, X14 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X14 küçəsi, ev 28 21 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil İddiaçı Cavabdeh1 tərəfindən 17 dekabr 1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, cavabdehlər müqaviləni imzalayarkən oxumamış, nəyə imzaladığını bilməmişdir. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh2 rəsmi nikahı xx.xx.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı Cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. İş materiallarından göründüyü kimi mübahisəli mənzili Cavabdeh1 xx.xx.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, vəkillərin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 61 №-li reyestr kitabında 12 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Şirvan şəhəri X11 küçəsi 28 saylı evin 21 nömrəli mənzilinin hüququ subyekti İddiaçıdur. Tərtib edilmə tarixi xx.xx.2023-cü il. Mənzilin yerləşdiyi binanın tikildiyi il 1967-ci il. Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 48 nömrəli mənzilində yaşayan X9, Mənzil Təsərrüfat İdarəsinin işçisi X2, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 23 nömrəli mənzilində yaşayan X1 iştirakı ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində rəsmi qeydiyyatda olmasına baxmayaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qeyd olunan mənzildə yaşamamışdır. Aktı öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.1994-cü il tarixli 3M-403 №-li alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili X6 (onun adından etibarnamə ilə İddiaçı) X10 35000000 (otuz beş milyon) rubla satmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzil Əli-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır . Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsinin surətindən görünür ki, X4-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X5 bəxşiş qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzil Əli-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özəlləşdirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2013-cü il tarixdən hazıradək ünvan 5 ünvanında, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Əli-Bayramlı şəhəri a.Əhmədov küçəsi ev 6 mənzil 21, xx.xx.2006-cı il tarixdən hazıradək , ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Şirvan şəhər Polis Şöbəsindən məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində Cavabdeh1 2013-cü il tarixdən, Cavabdeh2 2006-cı il tarixdən, Cavabdeh3 2016-cı il tarixdən qeydiyyatdadır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzili İddiaçı adına qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1994-cü qeydə alınmış, ona görə də məhkəmə hesab edir ki, mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mübahisəli evdə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları onların yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun hüquqi əsaslarını yoxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun ,bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin İİİ hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin fakiti hallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ilə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində birlikdə yaşamamış, onunla ümusi təsərrüfat aparmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbi baxımından ailə üzvü olmadığından, onun Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə həmin mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Nəzərə alınsa ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş ailə üzvü (əri, arvadı, valideyni, uşağı) olmadığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi İddiaçı ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarana bilər. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan belə bir yazılı razılaşmanın olması müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə mübahisənin həlli zamanı xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci və 30.2-ci maddələrinin müddəalarını da nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar,mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsindən istifadə etmək hüququna malik olması üçün 1) şəxs yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü (arvadı,əri,uşaqları və valideynləri) olmalı, 2) ailə üzvü mülkiyyətçi ilə birlikdə həmin yaşayış sahəsində yaşamalıdır. İş üzrə tədqiq edilmiş sübutlardan isə nə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ailə üzvü, nə də ki, onunla birlikdə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində yaşaması müəyyən olunmamışdır . Belə olan halda isə məhkəmə hesab edir ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzlindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nə Mülki Məcəllənin 228.2-ci maddəsi ilə istifadə hüququ və nədə Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə yaşayış sahəsindən istifadə etmək hüququ yaranmadığından mövcud olmayan hüquqa xitam verilə bilməz. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzlindən istifadə hüququna xitam verilməsinə dair ilkin iddia tələbi təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən İddiaçı mübahisəli mənzilə dair verilmiş xx.xx.2023-cü il tarixli,********** №-li çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4- Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X5 bəxşiş kimi qəbul etmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Göründüyü kimi, əmlakın iddiaçıya bağışlanmasına dair bəxşiş müqaviləsi hər hansı şərtlə şərtləndirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları qarşılıqlı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Rəsmi sənədlərlə və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırkı mübahisə üzrə bağışlama müqaviləsinin notariat qaydada bağlanmasına əməl edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçi kimi sərəncam hüququndan istifadə etməklə, öz iradəsi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daşınmaz əmlakı bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatdan keçirmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Məhkəmə həmçinin, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizəyə əsasən iddia müddətinin tətbiqi məsələsinə baxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, X4-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli 3M-403 №-li reyestrlə verilmiş alqısatqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X5 bəxşiş qəbul etmişdir. Həmin müddətdən xeyli müddət , təqribən 31 il müddət keçdikdən, yəni İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi iddia tələbi ilə məhkəmə müraciət etdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini və ya hüquqlarının pozulduğunu yalnız iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bildiklərini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişlər. Yəni qarşılıqlı iddia tələbi əsaslı olduğu təqdirdə belə, artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə iddianın qaldırılması aşkardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPMnin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1067/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1067/2025
20.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver