Məhkəmə qərarları › İş №e-2(032)-1147/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1147/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1147/2024 11.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı İB) Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə yaranmış 587.18 manat əsas borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı İB-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan rayon Məhkəməsinin e-2(057)-978/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Salyan rayon Məhkəməsinin e-2(057)-978/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq "Azəriqaz" İB ilə Cavabdeh Əlimirzə oğlu arasında mübahisənin məhkəmədənkənar həlli (borcun hissəhissə ödənilməsi barədə) ilə bağlı razılıq əldə olunduğunu, İddiaçı İB-nin Cavabdeh Əlimirzə oğluna qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı iddia ərizəsinin və əlavə olunmuş sənədlərin məhkəmə hazırlıq iclasından geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan AsanPay vasitəsi ilə ödənilmiş olan ********** nömrəli ödənişdən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı İB tərəfindən 30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat (qəbzin nömrəsi **********, xx.xx.2024-cü il tarixli) İddiaçı İB-nə geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar