Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1232/2023 13.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsız hesab olunması və əmək müqaviləsi bildirişinin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsız hesab olunması və əmək müqaviləsi bildirişin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı AZ 4900, Saatlı rayonu, Ü.Hacıbəyov küçəsi ev 14-dür. Məhkəmə iclasında İddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, "xxxx" MMCnin (VÖEN №**********1) hüquqi ünvanı AZ 4900, ünvan 2.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Saatlı rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsız hesab olunması və əmək müqaviləsi bildirişinin ləğvi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1232/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1232/2023
13.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver