Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1413/2024 10.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, eyni zamanda digər Cavabdeh2 nümayəndəsinin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya, həmçinin ödənilmiş 135 manat dövlət rüsumunu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildə Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evi alınarkən İddiaçı ilə Cavabdeh1 rəsmi nikahda olmuşdurlar. İddiaçı atası mərhum Mirsəmid özünə məxsus evi sataraq qızı Abdullayeva (Səmədova) Miranəyə pul vermişdir ki, özlərinə ev alsınlar. Həmin evin alınmasına İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 evin satış qiymətinin 70% dəyərində pul vermişdir ki, sözügedən evi alsınlar. Cavabdehlər tərəfindən həmin evin alınmasına 30% həcmində pul vəsaiti xərcləmişdirlər. Hətta evi aldıqdan sonra iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı tərəfindən evin təmir bərpa işlərinə vəsait xərcləmişdir. xx.xx.1999-cu ildə alınmış Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızının faktiki mülkiyyət payı vardır. Çünki sözügedən evin alınmasında iddiaçı tərəfindən vəsait qoyulmuşdur. Lakin bu faktları cavabdehlər tərəfindən gizlədilmişdir, iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı isə hesab etmişdir ki, evin ona düşən payı ayrılıb veriləcəkdir. 15 aprel 1999-cu il tarixdə X5 ilə mərhum X9 arasında alğı-satqı müqaviləsi bağlanarkən mərhum X9, Cavabdeh2 və Cavabdeh1 tərəfindən Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı almışdır. Cavabdehlər sözügedən alğı-satqı müqaviləsini mərhum X4 adına ona görə rəsmiləşdirmişdirlər ki, Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızını nə vaxtsa nikahı pozulsa, Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evi məhkəmə qaydasında tələb edə bilməsin. Məhz elə bu məqsədlə sözügedən evi mərhum X4 adına çıxarış əldə edilmişdir, mərhum Q.Səlimovun ölümündən sonra xx.xx.2022-ci il tarixli, 2V-116 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və eyni tarixli 3M-316 nömrəli “Miras payın bağışlanması müqaviləsi” əsasında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçı Cavabdeh2 adına qeydiyyata alınmaqla tam mülkiyyətçi olmuşdur. İşin faktiki hallardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 aldatma yolu ilə yalan alğı-satqı müqaviləsi bağlanmasına nail olmuşdurlar. 2019-cu ildə cavabdeh tərəf sözügedən evdən iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızını qovmuşdurlar və heç bir cehiz əmlakını götürə bilməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 1373/2019 saylı qətnaməsinə əsasən Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı ilə Cavabdeh1 arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Nəticədə Cavabdeh2 və Cavabdeh1 qanunsuz əməlləri nəticəsində iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı əsassız olaraq əmlakından məhrum olmuşdur. Bundan başqa xx.xx.2019cu il tarixindən bugünə kimi, yəni xx.xx.2024-cü il tarixə qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən heç bir qanuni əsas olmadan iddiaçı Abdullayeva (Səmədova) X8 şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evində yaşamaq hüququndan məhrum olaraq, müxtəlif yerlərdə şəraitsiz evlərdə kirayədə yaşmışdır. ünvan 1 ünvanında Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızı qeydiyyatda olmasına baxmayaraq cavabdehlərin qanunsuz hərəkətlərinə görə 4 ildən coxdur ki, Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızına maddi ziyan dəymişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 43cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilən Konstitusiyanın tələblərinə baxmayaraq cavabadehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bugünə kimi qanunsuz hərəkətlər davam edir. Qeyd edilənlərə əsasən Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, həmçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinə kimi iddiaçıya yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün kompensasiya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, atası mərhum X9 46 il neft sənayesində işləmiş, ona dövlət tərəfindən 1967-ci ildə 3 otaqlı ev verilmiş, həmin evin çıxarışı olmamış, orderlə atasının istifadəsinə verilmişdir. Daha sonra alğı-satqı yolu ilə hal-hazırda yaşadıqları mübahisəli evi, yəni Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 saylı fədi yaşayış evini üstündə pul verməklə almışlar. Atası xx.xx.2002-ci il tarixdə vəfat etmiş, daha sonra mənzil anası Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 15 aprel 1999-cu il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bayramlı şəhəri TİB-in reyestr kitabı № 04-08, inventar işi № 2288,13 aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən özünə məxsus Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi 7 saylı evi X1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X4 mülkiyyət hüquqları qeydə alınmışdır. Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci ildə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dur. Onların hər biri miras əmlakdan ½ irs almışdır. xx.xx.2022-ci il tarixli miras payın bağışlanması barədə müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-116 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını anası Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə X4 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 2V-116 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və eyni tarixli, 3M-316 nömrəli “Miras payın bağışlanması müqaviləsi” əsasında Cavabdeh2 miras əmlak olan həmin fərdi yaşayış evindən tam hissədə pay almaq hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixində isə fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh2 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X3 ünvan 3 ünvanına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1596/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ünvan 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğısatqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya pulunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi üzrə ilkin olaraq ünvan 2 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 Bayramlı şəhəri TİB-in reyestr kitabı № 04-08, inventar işi № 2288,13 aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən ona məxsus olan Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi 7 saylı evi 15 aprel 1999-cu il tarixli alğı-satqı müqaviləsi əsasında X1. Həmin əmlaka sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeylərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi üzrə tərəflər X5 və X7r. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə tərəflərin iradə ifadəsini təsbit edir. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Hazırda isə müqavilənin etibarsızlığı tələbi ilə məhkəmə müqavilə üzrə tərəf olmayan şəxs müraciət etsə də, bağlanmış olan müqavilə üzrə onun hansı hüquqlarının pozulmuş olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçının iddia tələbinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən etdi ki, xx.xx.2002-ci ildə X9 vəfat etmiş və ondan miras qalmış əmlaka Cavabdeh2 və X14 hər biri miras əmlakdan ½ irs almışdır. Həmçinin sonradan Cavabdeh1 Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-116 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını anası Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, mübahisə predmeti olan əmlak Cavabdeh2 mülkiyyətindədir. Belə olduğu halda Cavabdeh2 qarşı qeydiyyatın və dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən əmlakın Cavabdeh2 mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Beləliklə, məhkəmə iddianın əsasını nəzərə alaraq həmçinin qeyd edir ki, Cavabdeh2 mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. İddiaçının iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya pulunun tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “... mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; mənəvi zərərin ödənilməsi; habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi.” Məhkəmə qeyd edir ki, iddia tələbindən göründüyü kimi hazırkı halda iddiaçının tələb etdiyi kompensasiya əmlakdan istifadə ilə bağlıdır. Lakin mülki qanunvericiliyin tələblərindən və məhkəmənin yuxarıda qeyd etdiyi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi kompensasiya hüququ mülkiyyətçiyə məxsus olan subyektiv hüququdur. Hazırkı mülki iş üzrə əmlakın mülkiyyətçisi isə mülki iş üzrə Cavabdeh2dır. İddiaçının isə qeyd edilən tələblə müraciət etmək üçün subyektiv hüququ müəyyən edilmir. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycn Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında əldə edilmiş hüquqlar, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək onun yaşadığı mənzildən qanunsuz olaraq məhrum olduğu üçün 50 ay müddətinə görə (50 ay x 300 manat (1 aylıq kirayə haqqı) = 15000 manat) 15000 (on beş min) manat kompensasiya, həmçinin ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı Abdullayeva (Səmədova) Miranə Mirsəməd qızına ödənilməsi barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1413/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1413/2024
10.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver