Məhkəmə qərarları › İş №e-2(032)-158/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-158/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-158/2025 13.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə payların naturada bölünməsi və irəli gələn öhdəliklərin icrası” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 10, 77 nömrəli mənzilin İddiaçı 3/14 hissədə, Cavabdeh 11/14 hissədə payların naturada bölünməsi və bundan irəli gələn öhdəliklərin icrası barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlərə daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspetlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə,tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 100 manat məbləğində ekspertiza tədqiqatının dəyərindən və 100 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə iddia ərizəsi baxılmamış saxlanıldıqda ekspertlərə verilməli olan məbləği isə ekspertizanın təyin edilməsi barədə vəsatət vermiş şəxs əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı mühəndis texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verdiyindən, lakin əvvəlcədən məhkəmənin depozit hesabına ekspertlərə verilməli olan məbləği keçirtmədiyindən, habelə iş üzrə qətnamə qəbul edilmədən iddia ərizəsinin geri qaytarılması ilə icraat başa çatdırıldığından, ekspertlərə verilməli olan məbləğ iddiaçıdan tutulmalı, dövlət rüsumu isə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildə payların naturada bölünməsi və irəli gələn öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar