Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1752/2024 30.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , abunə müqaviləsi üzrə xidmtə müqablində 155 manat 64 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdeh X1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən ********* nömrəsində kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 155.64 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh Huseyn oğlunun adına olan ********* nömrədə borc hazırkı tarixədək kimi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizədə X2 yaşadığı ünvan Şirvan şəhəri , 1 May küçəsi ev 141 ünvanında qeydiyyatda olması, həmçinin X2 şəxsiyyət vəsiqəsinin seriya nömrəsi (AZE********) kimi göstərilmişdir. Lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan X2 eyniləşdirmə məlumatını, onun hansı ünvanda qeydiyyatda olmasını müəyyən etmək mümkün olmamış, ərizədə göstərilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrəsinə (AZE********) uyğun məlumatın tapılmadığı müəyyən edilmişdir. Bu da ərizəyə baxılması zamanı ərazi aidiyyətinin müəyyənləşdirilməsində qeyri-müəyyənlik yaranmasına səbəb olur. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat pul iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci, 263-cü, 264-cü, 268-ci, 284-3.5-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçı "xxxx" MMC-yə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1752/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1752/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver