Məhkəmə qərarları › İş №e-2(032)-1825/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1825/2025

24.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1825/2025 24.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus daşınar əşyaların mülkiyyətindən çıxarılması tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus daşınar əşyaların mülkiyyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixdə, saat 11:15-ə təyin edilmiş, lakin iddiaçılar X2 və İddiaçı məhkəmə iclası barədə məlumatlanmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, nəticədə hazırlıq iclası 24 noyabr 2025-ci il tarixə, saat 10:05-ə təxirə salınmışdır. Göstərilən tarixdə tərəflərin məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunmalarına (elektron qaydada sms və məhkəmə bildirişi göndərilmişdir) baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, X2 tərəfindən 50 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 50 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus daşınar əşyaların mülkiyyətindən çıxarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Ödənilmiş (qəbzin nömrəsi: **********) 50 manat dövlət rüsumu iddiaçı X1 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar