Məhkəmə qərarları › İş №e-2(032)-1851/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1851/2024

22.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1851/2024 22.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı iddia ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyətindədir. Hazırda isə həmin yaşayış sahəsində ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da qeydiyyatı mövcuddur. Cavabdehlər bu günə kimi həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə cavabdehlər həmin mənzildə deyil, tamamilə fərqli ünvanda yaşayır. Onların mənzildə qeydiyyatı isə formal olaraq qalıb və mənzildən istifadə etmək hüququ da mövcu deyil. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. İnzibati prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı inzibati aktın qəbul edilməsi və ya ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməli, nəticə etibarı ilə inzibati orqanın qərarından və ya inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı inzibati qaydada yuxarı inzibati orqana və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia tələbi inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı olduğundan, həmçinin mübahisə mülki hüquq subyektlərinin hüquq və vəzifələrin icrası ilə bağlı yaranmadığından mübahisəyə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin faktiki hallarından görünür ki, iddiaçı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları ilə bağlı hərəkətlərini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı mübahisə üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasıları tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin müvafiq inzibati aktı qəbul (və ya ləğv edilməsi) ilə bağlı iddiaçı əsaslandırıcı hissədə qeyd edilmiş aidiyyəti üzrə inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar