Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1987/2025 16.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5, Cavabdeh1 Müşfik qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdehlər Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən kredit üzrə 13273,61 manat əsas borc, 109,66 manat vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 13383,27 manat, xx.xx.2021-ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsinə əsasən kart kredit limiti üzrə 129,8 manat əsas borc, 2,64 manat faiz borcu olmaqla, cəmi 132,44 manat kart kredit borcu olmaqla, cəmi 13515,71 manat borcun, ödənilmiş 130,55 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müdətinə 14.600 manat məbləğində nəğd kredit, xx.xx.2021-ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən kredit üzrə 13273,61 manat əsas borc, 109,66 manat vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 13383,27 manat, xx.xx.2021-ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsinə əsasən kart kredit limiti üzrə 129,8 manat əsas borc, 2,64 manat faiz borcu olmaqla, cəmi 132,44 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 13.515.71 manat borcu yaranmışdır. Hacıqabul rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 2V-122 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X3 qalmış mirasa Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə borclu X4 vərəsələri Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Müşfik qızı məhkəmə iclasında iştirak edərək izahatında yas mərasimi üçün götürdüyü 3000 manatı ödüyəcəyini, qalan pulu ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Cavabdeh2 hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müdətinə 14.600 manat məbləğində nəğd kredit, xx.xx.2021-ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. İşə əlavə edilmiş kreditin ödəniş cədvəlindən görünür ki borclu hər ay 431,36 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2029-cu il tarixə kimi ödəməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 may 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 Müşfik qızı miras əmlakdan 2/3 hissədə irs almalıdır, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: “Azərsilah” X7” QSC "xxxx" X1 İdarəetmə şöbəsində olan 2957 manat 91 qəpik vəsaitdən ibarətdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 Müşfik qızına və Cavabdeh2 kredit üzrə borcun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla X6 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə bank tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik tam olaraq icra edilmişdir. Lakin kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, və borclunun bank qarşısında yuxarıda göstərilən məbləğdə (əsas) icra edilməmiş pul öhdəliyi qalmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüş və ondan miras qalmış əmlak üzrə vərəsəlik işi açılmışdır. Miras əmlak üzrə borclunun vərəsələri qismində qızı Cavabdeh1 Müşfik qızı və oğlu Cavabdeh2 tanınmışdır. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsələri olan qızı Cavabdeh1 Müşfik qızı və oğlu Cavabdeh2 tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) digər şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli, o cümlədən pul ödəməli, kreditor isə borcludan öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Kredit müqaviləsi də bu mahiyyətə malik olmaqla borcalanın bank qarşısında pul öhdəliyinin yaranmasına səbəb olur. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 59 ay müddətinə 14.600 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsi bağlanmış və həmin müqavilə əsasında borcalana 300 manat məbləğində kredit limiti müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan verilmiş kredit məbləğini və ona hesablanan faizləri müqavilədə nəzərdə tutulmuş müddətlərdə ödəməli idi. İş materiallarında olan ödəniş qrafikindən də görünür ki, borclu hər ay müəyyən edilmiş məbləğdə ödəniş etməklə kredit borcunu və hesablanmış faizləri müqavilədə göstərilən müddət ərzində banka qaytarmalı idi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və bundan sonra kredit müqaviləsi üzrə ödənişlər aparılmamışdır. Nəticədə kredit müqaviləsi üzrə 13273,61 manat əsas borc və 109,66 manat faiz borcu, kart kredit limiti üzrə isə 129,8 manat əsas borc və 2,64 manat faiz borcu olmaqla ümumilikdə 13.515,71 manat məbləğində borc yaranmışdır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən borclu öhdəliyini icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır və ona dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 445.1 və 445.2.1-ci maddələrinin mənasına görə isə öhdəliyin müəyyən edilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və belə halda borclu kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş, yəni kredit məbləği borcalana verilmiş, lakin borcalan tərəfindən müqavilə üzrə ödənişlərin tam və vaxtında həyata keçirilməməsi nəticəsində bank qarşısında pul öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər həmin borcun mövcudluğunu və məbləğini təsdiq edir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan X6 vəfat etdikdən sonra onun mirası üzrə vərəsəlik işi açılmışdır. İş materiallarında olan 29 may 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras qoyanın vərəsələri qismində Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 tanınmış, onların müvafiq olaraq miras əmlakdan 2/3 və 1/3 pay aldıqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən vərəsəlik hüququ təmin edilir və bu hüquq miras qoyanın əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada vərəsələrə keçməsini nəzərdə tutur. Vərəsəlik institutu yalnız miras qoyanın əmlak hüquqlarının deyil, həm də onun öhdəliklərinin müəyyən həddə vərəsələrə keçməsini təmin edir. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt hesab edilir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasın tərkibinə miras qoyanın ölüm anınadək malik olduğu əmlak hüquqları ilə yanaşı onun öhdəlikləri də daxildir. Beləliklə, borcalanın bank qarşısında yaranmış pul öhdəliyi şəxsi xarakter daşımadığından və maddi dəyərə malik olduğundan mirasın passivi kimi qiymətləndirilməli və miras qoyanın vərəsələrinə keçən öhdəliklər sırasına daxil edilməlidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə hər birinin payına mütənasib surətdə birgə borclu kimi ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.4-cü maddəsinə görə isə mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan aldıqları aktiv həddində məsuliyyət daşıyırlar. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən etibarən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 mirası qəbul etmiş və bu barədə notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Belə olan halda onlar miras qoyanın kreditorları qarşısında mirasdan əldə etdikləri pay həcmində məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən borcun könüllü qaydada ödənilməsi üçün vərəsələrə xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq borcun ödənilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh1 Müşfik qızı məhkəmə iclasında borcun yalnız müəyyən hissəsini ödəməyə maddi imkanının olduğunu bildirsə də, bu hal onun qanunla müəyyən edilmiş öhdəlikdən azad olunmasına əsas vermir. Çünki borcun mövcudluğu və məbləği iş materialları ilə təsdiq edilmişdir və vərəsələr miras qoyanın kreditorları qarşısında qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin tələbi hüquqi və faktiki əsaslara malikdir və təqdim edilmiş sübutlar həmin tələbin əsaslı olduğunu təsdiq edir. Buna görə də kredit müqavilələri üzrə yaranmış 13.515,71 manat borcun, habelə ödənilmiş dövlət rüsumu və xidmət haqqının cavabdehlərdən tutulması barədə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 130,55 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da, cavabdehlər Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən kredit üzrə 13273,61 manat əsas borc, 109,66 manat vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 13383,27 manat, xx.xx.2021-ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsinə əsasən kart kredit limiti üzrə 129,8 manat əsas borc, 2,64 manat faiz borcu olmaqla, cəmi 132,44 manat kart kredit borcu olmaqla, cəmi 13515,71 manat borcun, ödənilmiş 130,55 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Müşfik qızı və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, BPM**********56 saylı kredit müqaviləsinə əsasən kredit üzrə 13273,61 manat əsas borc, 109,66 manat vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 13383,27 manat, xx.xx.2021ci il tarixli, BPM**********70 saylı X11 müqaviləsinə əsasən kart kredit limiti üzrə 129,8 manat əsas borc, 2,64 manat faiz borcu olmaqla, cəmi 132,44 manat kart kredit borcu olmaqla, cəmi 13515,71 manat borcun, ödənilmiş 130,55 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-1987/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1987/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver