Məhkəmə qərarları › İş №e-2(032)-2203/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2203/2025

17.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2203/2025 17.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Mətləb oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə2, cavabdeh Şirvan şəhəri Məftun Osmanov adına 20 saylı tam orta məktəbəbin nümayəndəsi direktor vəzifəsini icra edən Nümayəndə3, cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Müşfiq qızının cavabdehlər Şirvan şəhəri 20 saylı orta məktəbə və Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək funksiyalarına dair hərəkətlərin qanunsuz hesab edilməsi, əvvəlki vəzifə üzrə əmək funksiyalarının bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Müşfiq qızı cavabdehlər Şirvan şəhəri 20 saylı orta məktəbə və Şirvan- Salyan Regional Təhsil İdarəsinə qarşı əmək funksiyalarının dəyişdirilməsinə dair cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Salyan Regional Təhsil İdarəsinin hərəkətlərionoin qanunsuz hesab edilməsi, əvvəlki və ya ona bərabər vəzifə üzrə əmək funksiyalarının bərpası öhdəliyinin iş üzrə digər cavabdeh Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbinə həvalə edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbilə arasında xx.xx.2009-cu il tarixdə bağlanmış əmək müqaviləsi üzrə icra etdiyi “operator” vəzifəsi xx.xx.2022-ci il tarixdə məşğulluq təsnifatı üzrə daha aşağı təsnifatda yer alan “kiçik xidmətedici işçi” vəzifəsi ilə əvəzlənmiş və əmək funksiyaları dəyişdirilmişdir. Lakin bu barədə nə yeni əmək müqaviləsi bağlanmaqla, nə də digər formada razılığım alınmış, eyni zamanda buna dair əmrləşmə işləri aparılmamışdır. Bundan başqa, dəyişdirilmiş əmək funksiyalarının icrası ötən müddət ərzində ondan tələb edilməmiş, bu barədə tələb yalnız cari ilin noyabr ayında irəli sürülmüşdür. Mübahisənin məhkəməyə qədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdehlə hər hansı bir razılaşma əldə edilməmiş, nəticədə proses davam etdirilə bilməmişdir. Belə olduğu təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əmək funksiyalarının dəyişdirilməsinə dair cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Salyan Regional Təhsil İdarəsinin hərəkətləri qanunsuz hesab edilməli, əvvəlki vəzifə üzrə əmək funksiyalarının bərpası öhdəliyi iş üzrə digər cavabdeh Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbinə həvalə olunmalıdır. Məhkəmə iclasında İddiaçı Müşfiq qızı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı Müşfiq qızının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək bildirdi ki, iddia tələbi əmək funksiyalarının xx.xx.2022-ci il tarixdə dəyişdirilməsinin qanunsuzluğu barədə olduğundan tələbə cavab verməli olan şəxslərin hərəkətlərinin qanuniliyi məhz həmin tarixə münasibətdə qiymətləndirilməlidir. Belə ki, cavabdeh (işəgötürən) öncə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən işçinin əmək funksiyasının dəyişdirilməsi məzmununda əmr (sərəncam) qəbul etməli, daha sonra Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddiaçıdan yazılı razılıq almaqla ya əmək müqaviləmə dəyişiklik etməli ya da yeni əmək müqaviləsi bağlamalı idi. Lakin iş materiallarından görünür ki, göstərilən normaların tələblərinə riayət olunmamış, əmək funksiyaları sözügedən təminat normativlərinə zidd olaraq qanunsuz dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixdə ƏMAS vasitəsilə təklif edilmiş əmək müqaviləsi “SİMA imza” tipli elektron imzadan istifadə edilməklə imzalanması barədə cavabdehin dəlilinə tənqidi yanaşaraq bildirir ki, AR ƏM-in 59-cu maddəsinin 2-ci hissəsində işçinin başqa işə keçirilməsinin işçi tərəfindən əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsindən ibarət olması qeyd edilmişdir. Göründüyü kimi, qanunverici “başqa işə keçirmə” anlayışını işçinin başqa pesə, ixtisas və vəzifə üzrə yeni əmək funksiyasının verinə yetirilməsi elementləri ilə ehtiva etməklə kompleks tədbirlər sistemini nəzərdə tutmuşdur. Yəni, işçi başqa işə keçirilərkən onun dəyişdirilmiş peşə, ixtisas və vəzifəsi üzrə icra edəcəyi əmək funksiyası aydın ifadə edilməli və yeni əmək müqaviləsinin rejiminə tərəflərin etimadı aşkar bəyan olunmalıdır. Lakin xx.xx.2024-cü il tarixdə ƏMAS vasitəsilə təklif edilmiş əmək müqaviləsinin 3-cü paraqrafında işçiyə icrası həvalə olunan əmək funksiyasının nədən ibarət olması göstərilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını başqa işə keçirən zaman yalnız vəzifə adının dəyişdirilməsi ilə kifayətlənmiş, ixtisaslı peşədən ixtisassız peşəyə keçirməsinə baxmayaraq yeni əmək funksiyasını minimal təfsilatla belə olsa sadalamamış (halbuki əmək funksiyası tam təfsilatı ilə sadalanmalı idi), eyni zamanda yeni əmək müqaviləsi üzrə vəzifələrin icrasını 2025-ci ilin noyabr ayına qədər iddiaçıdan tələb etməmişdir. Nəticədə, hesab edir ki, ötən ilin noyabr ayınadək onunla bağlanmış ilkin əmək müqaviləsi üzrə vəzifələrim faktiki dəyişdirilmədən icra edildiyi və “SİMA imza” tipli elektron imzadan istifadə edilməklə imzalanan yeni əmək müqaviləsində əmək funksiyalarının nədən ibarət olması göstərilmədiyi üçün iddiaçıdan başqa işə keçirilməməklə bağlı gəlinən qənaət haqlı olmuşdur. İşə davamiyyətin tabel uçotunda iddiaçıya münasibətdə “texniki işçi” ifadəsindən istifadə olunması fərqli gümanın formalaşması üçün kifayət etməmişdir. Belə ki, “kompüterçi” vəzifəsi də “texniki işçi” təsnifatına daxil olduğundan və həmçinin işçinin başqa işə keçirilməsinin tabel uçotunda qeydlər aparılmaqla rəsmiləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmadığından cavabdehin bu istiqamətdə etirazı əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X5 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şirvan şəhəri Məftun Osmanov adına 20 saylı tam orta məktəbəbin nümayəndəsi direktor vəzifəsini icra edən Nümayəndə3 iddia tələbinə qarşı etiraz ərizəsini təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi.Bildirdi ki, o 03 dekabr 2025-ci il tarixdən Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edir. Məlumat üçün bildirir ki, Qasımova (Qocayevə) Türkan Zakir qızı ərizə ilə müraciət edərək ehtiyaca görə ona uyğun işlə təmin edilməsini xahiş etmişdir. Məktəb rəhbərinin 01 noyabr 2009-cu il tarixli 54/1 nömrəli əmri ilə məktəbin “kiçik xidmətedici işçi” vəzifəsinə qəbul edilmişdir.(əmr və ərizə qoşma şəklində əlavə edilir). Ümumtəhsil məktəblərində rəhbər işçilərin, inzibatitəsərrüfat, tədris yardımçı və xidmət işçilərinin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli qərarı ilə müəyyən edilir və həmin qərarda konkret olaraq “operator” ştatı mövcud deyildir və məktəbdə operator ştatının yaradılması haqqında hər hansı əmr verilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi iki tərəfli olaraq imzalanmışdır. Əmək müqaviləsi bildirişi reystrində İddiaçı əmək müqaviləsi üzrə vəzifəsi “kiçik xidmətedici işçi" olaraq qeyd edilmiş və özü tərəfindən “Sima” imza vasitəsi ilə təsdiq edilmişdir.Eyni zamanda 2022-ci ilin noyabr ayında ondan xəbərsiz əmək müqaviləsində dəyişklik edildiyini iddia edən İddiaçı o dövr üçün işçilərin gündəlik işə davamiyyət jurnalında vəzifəsi (texniki işçi) göstərilmiş və həmin kitaba gündəlik öz imzasını çəkmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatlarına əsasən sinif komplektlərinin miqdarından asılı olaraq ştat vahidlərinin sayına uyğun olaraq 2025-ci il sentyabr ayında məktəbdə 30 və daha çox sinif sayı olduğu üçün 12 oklad kiçik xidmətedici işçi,əlavə olaraq məktəbdə sinif sayı 30 və daha çox olduğu üçün hər sinif üzrə 0,5 ştat vahid xadimə ştatı müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respubliaksı Əmək Məcəlləsinih 296-cı maddəsinə əsasən qeyd edilən vaxt müddətində aidiyyəti üzrə müraciət etmədiyi üçün, onun tələbinin yerinə yetirilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahat verərək bildirdi ki, 1995ci il tarixdən 2022-ci il tarixdək Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsində işləmişdir. İddiaçı Müşfiq qızı 01 noyabr 2009cu il tarixli 54/1 nömrəli əmri ilə məktəbin “texniki işçi” vəzifəsinə qəbul edilmiş, operator kompyuterçi vəzifəsinin funksiyalarını yerinə yetirmişdir. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli qərarda kiçik xidmətedici işçi vəzifəsinə -xadimə, paltarsaxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s vəzifələr daxil olduğundan İddiaçı Müşfiq qızını “və s” qeydinə əsasən texniki işçi olaraq işə qəbul etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini dinləyib, cavabdehin ərizəsini təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, X1 şəhəri M.Osmanov adına 20 nömrəli tam orta məktəbə operator vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 22 aprel 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X1 şəhəri M.Osmanov adına 20 nömrəli tam orta məktəbə operator vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 məktubundan görünür ki, ümumtəhsil məktəblərində rəhbər işçilərin, inzibati-təsərrüfat, tədris yardımçi və xidmət işçilərinin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli qərarı ilə müəyyən edilir və həmin qərarda “operator” ştatı mövcud deyildir. Qasımova (Qocayeva) Türkan Zakir qızının ərizəsi əsasında məktəb rəhbərinin 01 noyabr 2009-cu il tarixli, 54§1nömrəli əmri ilə texniki işçi olaraq məktəbə qəbul edilmişdir. Odur ki, Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbində “operator”ştatının olmadığı üçün və eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən qeyd edilən vaxt müddətində aidiyyatı üzrə müraciət etmədiyi üçün tələbinin yerinə yetirilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Məktuba əlavə edilmiş əmrdən çıxarışdan görünür ki, Qasımova (Qocayeva) Türkan Zakir qızının ərizəsi əsasında məktəb rəhbərinin 01 noyabr 2009-cu il tarixli, 54§1nömrəli əmri ilə ehtiyaca görə texniki işçi olaraq məktəbə qəbul edilmişdir. İş materiallarında olan Şirvan 1 saylı Mediasiya təşkilatının 15 dekabr 2025-ci il tarixli arayışından görünür ki, arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsinə dair əmək müqaviləsinin surətindən görünür ki, Qasımova (Qocayeva) X10 şəhəri M.Osmanov adına 20 nömrəli tam orta məktəbə kiçik xidmətedici işçi vəzifəsinə işə qəbul edilmişdir.(işçinin iş ili xx.xx.2024-xx.xx.2025) İş materiallarında olan davamiyyət jurnalından çıxarışda görünür ki, Qasımova (Qocayeva) Türkan Zakir qızı texniki işçi kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 12 fevral 2026-cı il tarixli məktubundan görünür ki, məktəbdən araşdırmaya daxil olan sənədlər əsasında Məktəb rəhbərliyinin xx.xx.2009- cu il tarixli 54 nömrəli əmri ilə məktəbdə texniki işçi kimi işə qəbul olunduğu, məktəbdə, ona aid yazılı əmək müqaviləsinin mövcud olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə (bundan sonra-ƏMAS) baxış keçirilərkən məktəbin həmin dövrdəki rəhbərliyi tərəfindən ƏMAS-a “laborant” vəzifəsi üzrə “əmək müqaviləsinin bağlanması ilə bağı” xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli, “laborant” vəzifəsindən “operator” vəzifəsinə keçirilməyinizə dair “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağı” xx.xx.2017-ci il tarixli xxxxxxx000101 nömrəli, “operator” vəzifəsindən “kiçik xidmətedici işçi” vəzifəsinə keçirilməyinizə dair “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağı” xx.xx.2022-ci il tarixli xxxxxxx000108 nömrəli əmək müqaviləsi bildirişlərinin daxil edilmiş olduğu müəyyən edilmişdir. Vəzifələrinizin dəyişdirilməsi zamanı razılığınız alınmamaqla məktəb rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 59-cu maddəsinin 1-ci hissəsinin (İşçinin başqa işə keçirilməsinə onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir) tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin həmin dövrdəki (xx.xx.2009-cu il tarixə münasibətdə) qüvvədə olan redaksiyasına görə, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranırdı. xx.xx.2009-cu il tarixdən məktəbdə faktiki olaraq işləməyinizə, habelə mövcüd əmək münasibətlərinə dair ƏMAS-a müxtəlif vaxtlarda ona dair əmək müqaviləsi bildirişlərinin (yuxarıda göstərilən əmək müqaviləsi bildirişləri) daxil edilmiş olduğuna baxmayaraq onunla kağız üzərində əmək müqaviləsi (əmək müqavilələri) bağlanılmamaqla məktəb rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsində (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan inzibati xətanın xx.xx.2009-cu il tarixində törədildiyi nəzərə alınmaqla, İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53.1.6-cı maddəsinin (bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda) tələblərinə müvafiq olaraq tərəfimizdən inzibati xətalar haqqında işlər üzrə icraat başlanılmamışdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. ƏMAS-a baxış keçirilərkən, altsistem vasitəsilə elektron sənəd qismində elektron kabinetinizə göndərilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin onun tərəfindən imzalandığı məlum olmuşdur. Əmək müqaviləsi və ya ona dəyişiklik gücləndirilmiş elektron imza ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi; Əmək Məcəlləsi 49cu maddə). İş materiallarında olan Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli qərarına əsasən operator ştat vahidi müəyyən edilməmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, Qasımova (Qocayeva) Türkan Zakir qızı məktəb rəhbərliyinin xx.xx.2009-cu il tarixli 54 nömrəli əmri ilə məktəbdə texniki işçi kimi işə qəbul olunduğu, əmək müqaviləsinə dəyişikliyə əsasən Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta məktəbə operator vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. Bundan başqa tərəflərin məhkəmədə verdiyi izahatlardan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 12 fevral 2026-cı il tarixli məktubundan məlum olmuşdur ki, Qasımova (Qocayeva) Türkan Zakir qızı 01 noyabr 2009-cu il tarixli, 54§1nömrəli əmri ilə ehtiyaca görə texniki işçi olaraq məktəbə qəbul edildikdən sonra dörd dəfə əmək müqaviləsinə dəyişiklik edilmiş, lakin əmək müqavilələri məktəbdə saxlanılmamış və iddiaçıda mövcud deyildir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli qərarına əsasən operator ştat vahidi müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək Qasımova (Qocayeva) X10 şəhəri M.Osmanov adına 20 nömrəli tam orta məktəbə kiçik xidmətedici işçi vəzifəsinə işə qəbul edildiyi, gücləndirilmiş elektron imza ilə imzalandığı məlum olmuşdur, hər hansı təziq və ya aldadılma halının mövcud olması halı sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə məhkəmə işəgötürəni real olaraq mövcud olmayan ştat vahidini yaratmağa məcbur edə bilməz. Məhkəmə tərəfindən vəzifə faktiki olaraq ləğv edilməməsi və ya başqa ad altında saxlanılması halı müəyyən etməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən qeyd edilən vaxt müddətində iddiaçının aidiyyatı üzrə müraciət etmədiyi üçün tələbin rədd edilməsi əsasına dair məhkəmə qeyd edir ki, tələb mahiyyətcə əsassızdırsa, artıq müddətin keçib-keçməməsinin nəticəyə təsiri olmur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Qasımova (Qocayeva) Türkan Zakir qızı tərəfindən xx.xx.2024-cü il tarixli müqavilədə dəyişikliyi elektron imza ilə, hər hansı təziq və ya aldadılma olmadan təsdiq etdiyindən razılıq qüvvədə sayılmalıdır. Son müqavilə şərtləri əsas götürülməlidir. İddiaçı Müşfiq qızı cavabdehlər Şirvan şəhəri 20 saylı orta məktəbə və Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı əmək funksiyalarının dəyişdirilməsinə dair cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Salyan Regional Təhsil İdarəsinin hərəkətlərionoin qanunsuz hesab edilməsi, əvvəlki və ya ona bərabər vəzifə üzrə əmək funksiyalarının bərpası öhdəliyinin iş üzrə digər cavabdeh Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbinə həvalə edilməsi tələbi təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Müşfiq qızının cavabdeh Şirvan şəhəri 20 saylı orta məktəbə və Şirvan- Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək funksiyalarının dair hərəkətlərin qanunsuz hesab edilməsi, əvvəlki vəzifə üzrə əmək funksiyalarının bərpası” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar