Məhkəmə qərarları › İş №e-2(032)-244/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-244/2024

19.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-244/2024 19.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Fərəcova (Əsədullayeva) Elnurə Marif qızına qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək ona məxsus olan Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 27 A saylı evin , 1A saylı mənzilindən cavabdeh Fərəcova (Əsədullayeva) Elnurə Marif qızının istifadə hüququna xitam verilməsini və cehiz əşyalarının mənzildən çıxarılmasını tələb etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda olan mənzil tam mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur. Həmin evdə o, iki oğlu, gəlini və iki nəvəsi ilə birlikdə yaşayır. Cavabdeh hazırda qanunsuz olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Belə ki, Cavabdeh oğlum X6 xx.xx.2008-ci il tarixdə evlənmişlər. Cavabdeh onun xəbəri və razılığı olmadan onun evinə qeydiyyata düşmüşdür. Cavabdeh oğlu X6 ilə ailə qurduqdan sonra onun evinin bir otağına köçərək həmin evdə oğlu ilə bir ay yarım birgə yayaşadıqdan sonra ata evinə çıxıb getmişdir. xx.xx.2012-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin 2(032)-271/2012 saylı qətnaməsi ilə onların nikahına rəsmən xitam verilmişdir. Nikah rəsmən pozulanadək oğlu X1 Elnurə Marif qızı ilə bir neçə dəfə barışsa da o, onlarla birlikdə yaşamaq istəməyib və ata evinə getmişdir. Gedərkən o, özü ilə ata evindən gətirib evinin bir otağına yığdığı cehiz əşyalarını aparmamışdır. Dəfələrlə ona tərəfindən cehiz əşyalarını götürüb aparmaq barədə təklif olunsa da o, cehiz əşyalarını götürüb aparmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-(032)-389/2012 saylı qətnaməsi ilə Cavabdeh mənə məxsus ünvan 1 ünvanda olan mənzilin bir otağına köçürülməsi və həmin mənzilə yaşayış hüququ tanınmışdır. Cavabdeh həmin vaxtdan bu günə kimi bir gün də onun evində yaşamamış, üç otaqdan ibarət olan evinin bir otağını 11 il müddətində cehiz əşyalarını yığaraq bağlı saxlayır. Cavabdehin cehiz əşyalarının onun evində qalması onlar üçün narahatçılıq törədir. Belə ki, cavabdeh tərəfindən cehiz əşyalarını götürüb aparmamasına görə, iki oğlu, gəlini, iki nəvəsi və onun birgə yaşadığı cəmi üç otaqdan ibarət olan evinin bir otağı bir neçə ildir ki, bağlı qalmışdır. Bu səbəbdən onun mülkiyyət hüququ pozulmuş və o öz evindən normal, istədiyi kimi istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Fərəcova (Əsədullayeva) Elnurə Marif qızı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi xüsusatlarla əlaqədar bildirdi ki, İddiaçı Cavabdeh qarşı mənzilə yaşayış hüququna xitam verilməsi və cehiz əmlaklarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürüciət etmişdir. Belə ki, Cavabdeh 28 noyabr 2008-ci il tarixdə iddiaçı oğlu X6 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər və birgə nikahlarından bir nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazlığa görə nikahları Şirvan şəhər Məhkəməsinin 17 may 2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaq anasın himayəsində saxlanılmışdır. Cavabdeh həmin mənzildə yaşamasına maneəçilik törədildiyindən Şirvan şəhər Məhkəməsinin 12 iyul 2012-ci il tarixli qətnaməsi ilə cavabdehin həmin mənzilə köçürülməsi və yaşayış hüququnun tanınması qət edilmişdir. Lakin bundan sonra da İddiaçı və onun digər ailə üzvləri tərəfindən Cavabdeh həmin mənzildə yaşamasına maneçilik törədilmişdir. İddiaçı hazırki iddia tələbini qəbul etmirlər. Belə ki, Cavabdeh bir azyaşlı uşağı ilə birlikdə valideyinlərinin yanında yaşayır. Valideyinlərinə məxsus evdə darısqaldır. Həmin evdə valideyinləri və qardaşı ailəsi ilə birlikdə yaşayırlar. Cavabdeh kirayə ev tutub qalmağa da imkanı yoxdur. Artıq uşağı da böyüyür. Onun həmin mənzilə istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinə razıdır. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir.Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansıya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Məhkəmə iddiaçının, nümayəndələrin izahatını, vəkillərin çıxışını dinləyib,iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan : - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X23 küçəsi ev 27 A mənzil 1 A ünvanında yerləşən mənzili xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - AZ-İ № 229622 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X12 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 may 2013-cü il tarixdə 42 nömrə ilə qeyd edilmişdir; - xx.xx.2023-cü il tarixli 8 saylı MİS-in rəisi C.İskəndərov , ünvan 3 ünvanında yaşayan X16, ünvan 4 ünvanında yaşayan X13, ünvan 3 ünvanında yaşayan X8 iştirakı tərtib edilmiş aktdan görünür ki, həqiqətən İddiaçı ünvan 5 ünvanında ailə üzvləri X9, X17, X14, X10, X11 ilə birlikdə yaşayır. Aktı imzaları ilə təsdiq etmişlər; - Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli ,2(032)-389/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X4 azyaşlı uşağı X15 ilə birlikdə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 27 A saylı evin, üç otaqdan ibarət 1 A saylı mənzilin bir otağına köçürülməsi və onun həmin mənzilə yaşayış hüququ tanınması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli ,2(032)-389/2012 saylı qətnaməsi ilə cavabdehin Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 27 A saylı evin, üç otaqdan ibarət 1 A saylı mənzilin bir otağına köçürülməsi və onun həmin mənzilə yaşayış hüququ tanınması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh özünə məxsus əşyaları mənzildən çıxarmamış, həmin mənzilə köçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Hazırda iddiaçı cavabdehin mənzildə uzun illərdir ki, yaşamamasını, onun mənzildən istifadə hüququnun saxlanılması məqsədinin yalnız mənzildən istifadə etməsinə maneə yaratmaq olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdehin mübahisəli mənzildə istifadə hüquqları tanınmışdır. Hazırda cavabdeh həmin ünvanda yaşamasa da, məhkəmə araşdırması zamanı cavabdehin uzun illərdir ki, mübahisəli mənzildə yaşamadığı müəyyən edilsə də, bunun səbəbləri məhkəməyə aydın olmamışdır. Belə ki, iddiaçı tərəfindən bununla bağlı hər hansı bir maenələrin yaradılması halı istisna edilmir. Həmçinin, iş materialları ilə cavabdehin yaşayış hüquqlarını təmin edəcək başqa bir mənzilinin olması müəyyən edilməmişdir. Cavabdehin vəkili cavabdehin uzun illərdir ki, anasına məxsus mənzildə yaşadığını, kirayə ev tutmaq üçün maddi imkanın olmamasını qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mənzilə istifadə hüququnun tanınmasını və onun yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasının müəyyən edilməməsini və tərəflər arasında kompensasiya məbləğinin ödənilməsi ilə bağlı razılaşma əldə olunmadığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Mülki qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla da, müəyyən olundu ki, iddiaçı X3 iddia tələbində göstərdiklərinin ümumilikdə hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbləri ilə bağlı məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının “cavabdehin mənzilə istifadə hüququnun əldə etməsini zəruri edən əsasın arada qalxması” halı tam sübuta yetirilmədiyindən və cavabdehin mənzilə olan huquqlarından imtina etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Fərəcova (Əsədullayeva) Elnurə Marif qızına qarşı “cavabdehin Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 27 A saylı evin, 1 A nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Fərəcova (Əsədullayeva) Elnurə Marif qızına qarşı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 27 A saylı evin, 1 A nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar