Məhkəmə qərarları › İş №e-2(032)-340/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-340/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-340/2025 08.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 20 nömrəli mənzilinə köçürülməsi və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pulun, vəkil xidmətləri üçün ödənilən 330 (üç yüz otuz) manat məbləğində xərcin ümumilikdə, 430 (dörd yüz otuz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Məmmədova (Qədirova) Aynurə Ramiz qızı, Cavabdeh ilə ailə həyatı qurub, nikahlarını rəsmi olaraq Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2006-cı il tarixdə 483 nömrə ilə qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri ilk əvvəllər yaxşı olmuş, sonradan ailə münasibətləri pozulmuş və nəticədə İddiaçı məhkəməyə nikahın pozulması barədə iddia tələbi ilə müraciət etmiş və Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-167/2024 saylı qətnaməsi ilə tərəflər arasında baglanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 3 uşaq ananın himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaga 100 manat olmaqla cəmi-300 manat sabit pul məbləgində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu barədə tərəflər arasında məhkəmə gedişatında xx.xx.2024-cü il tarixdə notarial qaydada saziş də baglanmışdır. Bundan sonra, həmin məhkəmə qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)- 796/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-167/2024 saylı qətnaməsi qismən “uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və iş üzrə yeni qətnamə qəbul edilərək tərəflərin birgə nikahlarından dogulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Allahverdi və xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşaqlar iş üzrə cavabdeh olan atalarının himayəsinə verilmiş və onların saxlanılması üçün sabit pul məbləğində hər uşaga 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından dogulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 həmin vaxt artıq yetkinlik yaşına çatmışdır. Şirvan şəhər Məhkəməsində nikah pozulandan sonra keçmiş əri Cavabdeh iddiaçını ona məxsus və qeydiyyatda olduğu ünvan 1 ünvandan xx.xx.2024-cü il tarixdə qovmuş və uşaqları ilə ünsiyyət saxlamaqda ona mane olmuşdur. Bütün bu qeyd olunanların nəticəsidir ki, Cavabdeh maneçilik törətdiyinə görə iddiaçı nə özünə məxsus mənzilinə daxil olub rahat yaşaya bilmir, nə də uşaqları ilə ünsiyyət saxlaya bilmir. Belə olduğu təqdirdə İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə ilkin olaraq Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediator X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2024-02634 nömrəli X3 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış verilmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində dəqiqləşdirmə barədə ərizə təqdim edərək İddiaçı ona məxsus Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 23 nömrəli mənzilinə köçürülməsi və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pulun, vəkil xidmətləri üçün ödənilən 330 (üç yüz otuz) manat məbləğində xərcin ümumilikdə, 430 (dörd yüz otuz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verib bildirdi ki, cavabdehlə münasibətləri yaxşı deyildir. İddiaçını məcburi olaraq mənzildən çıxarmamışdır. İddiaçı özü evi tərk edib getmişdir. İddiaçı ilə ailə münasibətləri pozulduğundan nikahları pozulmuş, uşaqları onun himayəsində qalmışdır. Hal-hazırda qeyd olunan mənzildə uşaqları ilə birlikdə yaşayır. İddiaçının həmin mənzilə köçürülməsinə razı deyil. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı ildə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 483 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmış, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, 28 May küçəsi 3 saylı binada yerləşən 23 saylı, 4 otaqlı, yaşayış sahəsi 68.8 kv.metr, köməkçi sahəsi 22.29 kv.metr, ümumi sahəsi 91.09 kv.metrdən ibarət mənzili 50000 manat qiymətinə İddiaçı satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, 28 may küçəsi, ev 3, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 293, M2, m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 02 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı ildə nikaha daxil olmuşlar. Onların birgə nikahından iki övladı anadan olmuşdur. Onlar arasında olan ailə münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, 28 may küçəsi, ev 3, mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 293, M2, m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına 02 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə arasında baş vermiş mübahisələrə görə evdən çıxmışdır. İddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İİ hissəsi və 43cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklədə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı mülkiyyətində olan Şirvan şəhəri 28 May küçəsi, 3 saylı evin 23 nömrəli mənzilinə köçürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşə əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilədən və mədaxil qəbzindən görünür ki, İddiaçı Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil1 ilə hüquqi yardım göstərilməsi ilə əlaqədar müqavilə bağlamış və 330 manat məbləğində ödəniş etmişdir. İşə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 50 manat, mediasiya üçün 50 manat məbləğində məbləğində pul ödəmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu çəkdiyi xərc həddində azad olunduğundan məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməli, ödənilmiş olan dövlət rüsumu üçün 50 manat məbləğində, mediasiya üçün ödənilmiş olan 50 manat məbləğində və hüquqi yardıma görə ödənilmiş 330 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Şirvan şəhəri 28 May küçəsi, 3 saylı evin 23 (yeni qaydalarla Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 293, M2, m1) nömrəli mənzilinə köçürülsün. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh hüquqi yardıma görə ödənilmiş 330 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar