Məhkəmə qərarları › İş №e-2(032)-42/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-42/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-42/2024 27.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı ASC ilə cavabdehl Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli L002/2021/26 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanmış “RM/98598/88/26” saylı, xx.xx.2022-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə,illik 20 faiz olmaqla 38713 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Şirvan şəhəri, 28 May küçəsi,ev 6,mənzil 8 Cavabdeh3 ilə “Bank” arasında xx.xx.2021-ci tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh3 ödəniş ədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aramızda imzalanmış “Kredit Müqavilə”sinə əsasən “Ödəniş Cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan ərəfindən gecikdirildikdə,habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2023cü il tarixinə cavabdehin RM/98598/88/26 saylı,xx.xx.2022-ci tarixli Kredit müqaviləs üzrə “Bank”a 33320.62 manat əsas,1926.08 manat faiz və 899.95 manat cərimə bocu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər Cavabdeh4 2015-ci il təvəllüdlü, Cavabdeh6 2010-cu il təvəllüdlü və Cavabdeh5 2012-ci il təvəllüdlü uşaq olduqları üçün və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci və 28.3-cü maddələrinə əsasən məhdud fəaliyyət qabiliyyəti olduğundan, onlar cavabdeh qismində tanına bilməzlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq (elektron qaydada sms və məhkəmə bildirişi göndərilmişdir) məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin, iddianın müəyyən hissəsinə isə xitam verilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli kredit sazişindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 38.713 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, “RM/98598/88/26” nömrəli kredit limitinin ayrılması müqaviləsindən görünür ki, Cavabdeh3 36 ay müddətinə kredit illik 20% olmaqla ilkin limiti 38713 manat məbləğində kredit təyin edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Şirvan şəhəri, 28 May küçəsi,ev 6,mənzil 8 Cavabdeh3 ilə “Bank” arasında xx.xx.2021-ci tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixinə 33320 manat 0.62 qəpik əsas, 1926 manat 0.08 qəpik faiz, 899 manat 0.95 qəpik cərimə borcu vardır. Kreditin ödəmə cədvəlindən görünür ki, borclu hər ay 1438 manat 0.71 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2025-ci il tarixə kimi ödəməli idi. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 50.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin surətindən və göndərilməsini təsdiqləyən xəbərnamədən görünür ki, İddiaçı ASC Cavabdeh3 mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(032)-42/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/16xx-xx/1645 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şirvan şəhəri, 28 May küçəsində yerləşən 6 saylı evin, 8 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 66000.0 manat məbləğində müəyyən edilir. Cavabdeh1 Midahətovna, Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq edilmiş ərizələrin surətindən görünür ki, onlar Şirvan şəhəri, 28 May küçəsində yerləşən 6 saylı evin, 8 saylı mənzilin ipotekaya qoyulmasına, həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə razılıq vermişlər. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. «İpoteka haqqında» Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir razılıq yoxdursa, qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasında keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi razılaşma məhkəmədə işə baxılan zaman olmalıdır 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən:

1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.

2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, bankın kredit öhdəlikəri üzrə bütün 1.cavabdehlərdən müştərək qaydada kredit borcunun tutulması barədə tələbi qismən təmin olunmalıdır. Belə ki, işin hallarından da məlum olduğu kimi Cavabdeh3 xx.xx.2022-ci il tarixli, “RM/98598/88/26” saylı Kredit sazişinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor İddiaçı ASC-yə ödəmədiyi üçün müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən də 33320.62 manat əsas və 1926.08 manat faiz borcu Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Digər cavabdehlər kredit alan şəxslə bank qarşısında nə zaminlik, nə də başqa bir öhdəlik götürmədiklərindən onlara münasibətdə tələb əsaslı ola bilməz. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilələrin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. İddianın - yuxarıda göstərilən öhdəliyin təmini məqsədilə tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olmuş ünvan 2 ünvanında yerləşən 2.mənzilinə tutma yönəldilməsi hissəsinə münasibətdə isə məhkəmə bank ilə Cavabdeh3 arasında kredit müqaviləsinin təminatı kimi ipoteka predmetinin müqavilədə qeyd olunduğu şərtlər daxilində kredit borcunun ödənilməsinin təminatı kimi açıq hərracdan satılaraq əldə olunan vəsaitin banka olan borcun ödənilməsinə yönəldilməsi qanunamüvafiqdir. Məhkəmə, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının rəyində əmlakın likvid dəyəri kimi göstərilmiş məbləğ ilə razılaşır, müqavilənin bağlanma dövrü və hazırki bazar qiymətlərinə nəzərən ədalətli hesab edir və ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyərinə uyğun olaraq 66000 manat məbləğində müəyyən edilməsini ədalətli sayır. O ki qaldı mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 3.əmlakdan çıxarılmaları və əmlakı boşaldaraq banka təhvil verilməsi hissəsinə isə yuxarıda adı çəkilən qanunvericiliyin normalarına və ali instansiya məhkəməsinin müvafiq qərarına əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 202 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri təmin olunan tələbə mütənasib Cavabdeh3 aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Nəticə hissəsi Q Ə T E T D İ :

İddia qismən təmin edilsin. Cavabdeh3 33320 (otuz üç min üç yüz iyirmi) manat 0.62 (altmış iki) qəpik əsas, 1926 (bir min doqquz yüz iyirmi altı) manat 0.08 (səkkiz) qəpik faiz və 500 (beş yüz) manat cərimə, cəmi 35746 (otuz beş min yeddi yüz qırx altı) 0.70 (yetmiş) qəpik borcu və dövlət rüsumu kimi ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat 0.24 (iyirmi dörd) qəpik alınaraq İddiaçı ASC-yə verilsin. Tələb Cavabdeh3 məxsus ünvan 1 ünvanına yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 66000 manat müəyyən edilməklə ünvan 1 ünvanı açıq hərracda satılsın və əldə olunan vəsait hesabına Cavabdeh3 bank qarşısında olan 33320 (otuz üç min üç yüz iyirmi) manat 0.62 (altmış iki) qəpik əsas, 1926 (bir min doqquz yüz iyirmi altı) manat 0.08 (səkkiz) qəpik faiz və 500 (beş yüz) manat cərimə, cəmi 35746 (otuz beş min yeddi yüz qırx altı) 0.70 (yetmiş) qəpik borcu və dövlət rüsumu kimi ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat 0.24 (iyirmi dörd) qəpik pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar