Məhkəmə qərarları › İş №e-2(032)-612/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-612/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-612/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən 2876.27 manat əsas, 21.77 manat cərimə borcu olmaqla, cəmi 2908.04 manat borcu, xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən 2829.04 manat əsas borc, 12.11 manat cərimə borcu olmaqla, cəmi 2841,15 manat borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5749,19 manat borcun, ödənilmiş 77.50 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh Məmmədov Elçin Adil oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən ona electron təsdiq vasitəsi ilə 17.9%-lə 44 ay müddətinə 3200 manat məbləğində kredit, xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən ona electron təsdiq vasitəsi ilə 21.9%-lə 48 ay müddətinə 3100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu Məmmədov Elçin Adil oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh Məmmədov Elçin Adil oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən 2876.27 manat əsas, 21.77 manat cərimə borcu olmaqla, cəmi 2908.04 manat borcu, xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən 2829.04 manat əsas borc, 12.11 manat cərimə borcu olmaqla, cəmi 2841,15 manat borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5749,19 manat borcu yaranmışdır. Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İİ №376169 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Məmmədov Elçin Adil oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024cü il tarixli, 2V-164 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Məmmədov Elçin Adil oğlundan qalmış mirası Cavabdeh qəbul etmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə borclu Məmmədov Elçin Adil oğlunun vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı «Azərbaycan Beynəlxalq Bankının» nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC ilə cavabdeh Məmmədov Elçin Adil oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana- Məmmədov Elçin Adil oğluna illik faiz dərəcəsi 17,9% olmaqla 44 ay müddətinə 3200 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş kreditin ödəniş cədvəlindən görünür ki borclu hər ay 99,71 ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2027-ci il tarixə kimi ödəməlidir. "xxxx" ASC ilə cavabdeh Məmmədov Elçin Adil oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana- Məmmədov Elçin Adil oğluna illik faiz dərəcəsi 21.9% olmaqla 48 ay müddətinə 3100 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş kreditin ödəniş cədvəlindən görünür ki borclu hər ay 97,51 ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2027-ci il tarixə kimi ödəməlidir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Elçin Adil oğlu xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonunda ölmüş,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 12 ayının 25 günündə 480 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023cü ildə vəfat etmiş Məmmədov Elçin Adil oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakdan tam pay almalıdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit üzrə borcun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla Məmmədov Elçin Adil oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə bank tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik tam olaraq icra edilmişdir. Lakin kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, və borclunun bank qarşısında yuxarıda göstərilən məbləğdə (əsas) icra edilməmiş pul öhdəliyi qalmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məmmədov Elçin Adil oğlu xx.xx.2023-cü il tarixdə ölmüş və ondan miras qalmış əmlak üzrə vərəsəlik işi açılmışdır. Miras əmlak üzrə borclunun vərəsəsi qismində oğlu Cavabdeh tanınmışdır. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsəsi olan oğlu Cavabdeh tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. "xxxx" ASC ilə mərhum Məmmədov Elçin Adil oğlu arasında xx.xx.2023 və xx.xx.2023 tarixlərində iki ayrı kredit müqaviləsi bağlanmış və kredit vəsaiti təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə borcalanın vəfat etməsi şəxsi xarakter daşımayan əmlak öhdəliklərini ortadan qaldırmamışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1153-cü maddələrinə əsasən, belə öhdəliklər mirasın tərkibinə daxil sayılır və vərəsəyə keçir.Şirvan şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli şəhadətnaməsinə əsasən, mərhumun vərəsəsi kimi Cavabdeh mirası qəbul etmişdir.Mülki Məcəllənin 1306.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən, mirası qəbul etmiş vərəsə mirasın dəyəri miqdarında kreditor qarşısında birgə məsuliyyət daşıyır.Bank tərəfindən vərəsəyə yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq, öhdəlik yerinə yetirilməmişdir.Təqdim olunmuş kredit müqavilələri, ödəniş qrafikləri, ölüm və vərəsəlik şəhadətnamələri iddianın hüquqi və faktiki əsaslara söykəndiyini sübut edir.Mülki Məcəllənin 445 və 449-cu maddələrinə əsasən, öhdəliyin icra edilməməsi həm cərimə, həm də istifadə olunan vəsait üçün faiz tutulmasına əsas verir. Yuxarıda göstərilən hallar və hüquqi normalar nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən 2876.27 manat əsas borc və xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən 2829.04 manat əsas borc hissəsinə münasibətdə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən 21.77 manat cərimə borcunun və xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən 12,11 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən iddiaçının xeyrinə 21, 77 manat deyil, 1 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Həmçinin, qeyd olunan mövqedən çıxış edərək xx.xx.2023-cü il tarixli, CL- EE001346704 saylı kredit müqaviləsinə əsasən 12.11 manat deyil, 1 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 77,50 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da, Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən 2876.27 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 2877,27 manat borcu, xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən 2829.04 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi 2830,04 manat borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5705,31 manat əsas borc, 2 manat cərimə borcu, həmçinin, ödənilmiş 77.50 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, CL-EE001279031 saylı kredit müqaviləsinə əsasən 2876.27 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 2877,27 manat borcu, xx.xx.2023-cü il tarixli, CL-EE001346704 saylı kredit müqaviləsinə əsasən 2829.04 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi 2830,04 manat borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5705,31 manat əsas borc, 2 manat cərimə borcu, ödənilmiş 77.50 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar