Məhkəmə qərarları › İş №e-2(032)-70/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-70/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-70/2025 03.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6579 manat 54 qəpik məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 85 manat 80 qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 08 aprel 2024-cü il tarixli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ73AZEN********************saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda Müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği bank tərəfindən akseptsiz qaydada Müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pozmuşdur. Belə ki, Cavabdeh cari hesabında xx.xx.2024-cü tarixdən bu günədək 1478.86 manat vəsait mədaxil edilmişdir. Kart vasitəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024 il tarixinədək 8058.4 manat məbləğində müxtəlif əməliyyatlar aparılmışdır. xx.xx.2024-cü il tarixdə ölkə ərazisində AzəriCard və Anipay əməliyyat sistemlərində texniki xətalar olduğundan həmin tarixdə edilən əməliyyatlar offline qaydada (şəbəkədən xaric) aparıldığına görə cari hesab üzrə online balans yenilənmirdi. Odur ki, yenilənmə aparılmadığına görə cari hesabda pul vəsaiti olmasa da borclunun onlayn balansında pul vəsaitinin olması əks olunurdu. Ona görə də, yaranmış vəziyyətdən istifadə edərək onlayn balans yenilənədək borclu müxtəlif əməliyatlar aparmışdır. Sonradan məlumatlar yeniləndikdə kartda kifayət qədər pul vəsaiti olmadığına görə borclu tərəfindən edilmiş əməliyyatların silinməsi bank hesabından aparılmış və bu səbəbdən də nəticədə 6579.54 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq bu hesaba mədaxil edilmiş məbləğdən artıq ödənişləri etmişdir. Odur ki, kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtlərinin 3.7.4.1-ci və 3.7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında bankı məlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli bank hesabı müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 08 aprel 2024-cü il tarixli bank hesabı müqaviləsinə əsasən cavabdehin adına plastik kart hesabı açılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq bank müştəriyə bank hesabı açır və hesaba daxil olan pul vəsaitini qəbul edir və hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını qanunvericiliklə, İddiaçı ASCnin kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin ümumi Şərtləri (bundan sonra Ümumi Şərtləri) və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada Bankın göstərdiyi xidmətlərə görə haqqı Bankın qüvvədə olan tarifləri ilə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda Müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği Bank tərəfindən akseptsiz qaydada Müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtlərinin 3.7.4.1-ci bəndinə görə bütün bank məhsulları üzrə bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək müştərinin vəzifələridir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli bank hesabı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə müştərinin Az73AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 6579 manat 54 qəpik məbləğində borcu mövcuddur. xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Həmin xəbərdalığa əsasən müəyyən olunur ki, Cavabdeh cari kart hesabında 6979 manat 54 qəpik mənfi qalıq (overdraft) yaranmışdır. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmış qaimə nömrəsi 185388 olan məktubu kuryer xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında Cavabdeh çatdırması üçün yollanmış, lakin məktubdan imtina edildiyi üçün məktubun çatdırılması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 85 manat 80 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08 aprel 2024-cü il tarixli bank hesabı müqaviləsi üzrə 6579 manat 54 qəpik overdraft borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh 08 aprel 2024-cü il tarixli bank hesabı müqaviləsi üzrə overdraft borcu - 6579 (altı min beş yüz yetmiş doqquz) manat 54 (əlli dörd) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, həmçinin hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 85 (səksən beş) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASCyə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 6579 (altı min beş yüz yetmiş doqquz) manat 54 (əlli dörd) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 85 (səksən beş) manat 80 (səksən) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar