Məhkəmə qərarları › İş №e-2(032)-957/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-957/2025

07.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-957/2025 07.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Şirvan şəhəri M.Əsədov küçəsi 5/1 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə el adəti üzrə toy etməklə, nikahlarını Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci ildə 102 nömrə ilə rəsmi qeyd etdirmişlər. Onların birgə nikahından xx.xx.2002-ci ildə X8, xx.xx.2006-cı ildə X10 və xx.xx.2009-cu ildə X12 adlı üç övladı anadan olmuşlar. Tərəflər arasında olan nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)-166/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, İddiaçı cavabdeh X11 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci ildə 102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci ildə anadan olmuş X3, xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2009cu ildə anadan olmuş X6 ataları İddiaçı yanında qalmaları müəyyən edilmiş, cavabdeh X2 xx.xx.2002-ci ildə anadan olmuş X3, xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq ataları İddiaçı verilməsi qərara alınmışdır. Daha sonra cavabdeh məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(032)-498/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə iddiası rədd edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-129/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı sahibliyində olan və faktiki yaşadığı Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 36 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 137 nömrəli ev təsərrüfatlarının uçotu kitabının, səhifə 90, 13142 şəxsi hesab nömrəsində olan məlumatlara əsasən ünvan 2 ünvanı 4 otaqlıdır və ümumi sahəsi 48 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2881 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olmuşdur və hal-hazırda qeydiyyatdan çıxmışdır. 20 oktyabr 2023-cü il tarixli Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin nümayəndəsi N.Balayev tərəfindən təsdiq olunmuş aktdan görünür ki, həqiqətən də Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı ilə birgə nikahlarından doğulmuş üç nəfər uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən 600.0 kv.m (06 sot) həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evində 2003-cü il tarixindən 2019-cu il tarixinədək yaşamışlar. Hal-hazırda da həmin fərdi yaşayış evində İddiaçı uşaqları ilə birgə yaşayırlar. İddiaçı yaşadığı 600.0 kv.m (06 sot) torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evindən əlavə həmin torpaq sahəsində 06 ədəd balaca otaqlar da inşa edilmişdir. Həyət dörd bir tərəfdən daş hasarla hasarlanıb. Fərdi yaşayış evinin üstü yaşıl dəmir kirəmitlə örtülüb və həyət giriş qapısına yaşıl dəmir darvaza qoyulub. İddiaçı yaşadığı fərdi yaşayış evinə giriş qapısı ilə üzbəüz olan qonşu Sahib (həyat yoldaşı Qızılgül), həyət darvazasından solda olan qonşu Fərqanə, sağda olan qonşu Mehman (Şəhid oğlu) adlı şəxslərdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli X29 Təchizatı və Satışı İdarəsinin məktubundan görünür ki, İddiaçı abonent olaraq X16 ünvanı M.Əsədov küçəsi göstərilməklə **********3 saylı kodla qeydiyyatdadır. Belə ki, abonent İddiaçı M.Əsədov küçəsində yerləşən yaşayış evinə 2009-cu il tarixdə enerji təchizatı müəssisəsi hesabına Smart kart tipli sayğac quraşdırılmış və hal-hazırda da abonent göstərilən ünvanda həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli X33 İstismar İdarəsinin məktubundan görünür ki, Şirvan şəhəri, M.Əsədov 7 ünvanına xx.xx.2012-ci il tarixində G-4 markalı, ******* nömrəli sonradan ödənişli qaz sayğacı quraşdırılaraq təbii qaz istifadəçisi kimi İddiaçı adına abonent qeydiyyatına alınmışdır. AQİS proqramında İddiaçı ünvanı Şirvan şəhəri, M.Əsədov 7 olaraq qeyd edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və qəbulu haqqında aktda İddiaçı adı qeyd olunmuş, digər ailə üzvlərinin adı qeyd olunmamışdır. Mülki iş üzrə cavabdeh İddiaçı həmin ünvandakı fərdi yaşayış evinin 2018-ci ildə inşa edildiyini və iddiaçı Cavabdeh həmin ünvanda yaşamadığını, bu səbəbdən də yerli baxışın keçirilməsinə icazə vermədiyini bildirmişdir. Hazırda cavabdeh ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan cehiz əmlakını çıxarmışdır. Hazırda övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamaqla 2020-ci il tarixdə X18 ilə nikahı rəsi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2020-ci il tarixdə X13 adlı bir övladı anadan olmuşdur. Onlar hazırda övladları ilə xoşbəxt olmaqla birlikdə yaşayırlar. Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi ailə daxili münaqişələrə səbəb olur. Bu səbəbdən hazırda ünvan 1 ünvanında yerləşən fədi yaşayış evindən Cavabdeh çıxarılması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı ilə 2001-ci ildə nikaha daxil olmuşlar, nikahları rəmi olaraq xx.xx.2005-ci ildə qeyd edilmişdir. Birgə nikahından xx.xx.2002-ci ildə X8, xx.xx.2006-cı ildə X10 və xx.xx.2009-cu ildə X12 adlı üç övladı anadan olmuşdur. Onların nikahı Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)-166/2019 saylı qətnaməsinə pozulmuşdur. Şirvan şəhər M.Əsədov küçəsində yerləşən torpaq sahəsini 2003-cü ildə əldə etmişlər və həmin torpaq sahəsində fərdi yaşayış evini iddiaçı birlikdə inşa etmişlər, nikahları pozulanədək o həmin ünvanda yaşamışdır. İddiaçı ona həmin evdə yaşamasına imkan vermədiyindən evdən çıxmalı olmuş, evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra mərhələsindədir. Belə ki, o icraçı tərəfindən həmin evə köçürüldükdən sonra cəmi bir gün həmin evdə qala bilmiş, səhəri günü onu evdən qovmuşlar. O, özü istəyi ilə evi tərk etməmişdir. Hesab edir ki, iddiaçının hmin evdə yaşamaq hüququ olduğu kimi onun da var. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)-166/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı cavabdeh X11 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci ildə 102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci ildə anadan olmuş X5, xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X6 ataları İddiaçı yanında qalmaları müəyyən edilməsi, cavabdeh X2 xx.xx.2002-ci ildə anadan olmuş X3, xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq ataları İddiaçı verilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(032)-129/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh X1 olan və faktiki yaşadığı Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(106)-1043/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(032)-129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinin icra məmuru X14, Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinin icra məmuru X9, iş üzrə tələbkar Cavabdeh, iş üzrə borclu İddiaçı, hal şahidi X15 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “Şirvan şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(032)-129/2024 saylı icra sənədinə əsasən tələbkar Cavabdeh borclu İddiaçı sahibliyində olan Şirvan şəhər M.Əsədov küçəsində yerləşən 60 km torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayı evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməlidir. İcra sənədinin icrası bu günə yəni xx.xx.2025ci ilə təyin edilmişdir. Bu gün tərəflərin və hal şahidinin iştirakı ilə icra yerində olduq. İcra sənədinin icrası ilə əlaqədar tələbkar icra sənədində olan cehiz əmlakının yerləşdiyi otağı göstərdi. Öz növbəsində borclu İddiaçı otağın cehiz əmlakın yerləşdiyi otaq olduğunu təsdiqlədi. Göstərilən icra sənədi üzrə tələbə əsasən tələbkar Cavabdeh icra sənədində göstərilən otağa yerləşdirildi. Tələbkarın həmin yaşayış sahəsinə köçürülməsinə heç bir etirazlar və ya tələblər olmadı.” Borclu və tələbkara birgə yaşayış qaydaları izah olunmuşdur. Aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər. Məhkəmənin sorğusuna cavab olaraq Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 344888/10-24 saylı məktubdan görünür ki, Şirvan şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(032)-129/2024 saylı icra sənədi Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinin icraatındadır. Hazırda qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(032)- 129/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı ilə 2011-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaqları olmuşdur. Birgə nikah dövründə Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən fərdi yaşayış evini inşa etdirərək həmin evdə yaşamışlar. Münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, iddiaçı əri ilə birlikdə nikahları dövründə inşa edərək yaşadıqları, əmlakları yerləşdirilmiş həmin evi tərk edib valideynlərinin yanına getmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus əmlaklar hal-hazırda həmin evdə qalmaqdadır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və tikiliyə dair tərəflərin hüquqmüəyyənedici sənədləri yoxdur, ev özbaşına tikilidir. Evə quraşdırılan qaz və elektrik sayğacları cavabdehin adına qeydiyyata alınmışdır. Sözügedən (hazırda da qüvvədə olan) qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, tikilinin birgə nikah dövründə inşa edilməsi həmin evə köçərək, cavabdehlə (2003-2019-cu il) birgə təsərrüfat aparması, habelə, cavabdeh tərəfindən iddiaçıya qarşı məhrumetmə (evə buraxmama) halı mübahisəsiz olaraq müəyyən edilmişdir. İşdə olan və qanuni qüvvəsini almış həm Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1043/2024 saylı qətnaməsi ilə belə nəticəyə gəlinmişdir ki, tərəflər ər-arvad olduqları birgə nikah dövründə sözügedən evə faktiki sahibliyə nail olmaqla sahiblik etmişlər və hazırda mübahisə predmetini təşkil edən mübahisəli fərdi yaşayış evi hər hansı hüquq müəyyənedici sənədi olmasa da , özlərinin inşa etdikləri evə münasibətdə tərəflər bərabər statusdadırlar. Bu faktlar qanuni qüvvədə olan qətnamə ilə təsdiq olunur. Lakin hazırki mübahisə eyni tərəflər arasında olsa da, iddia tələbi “mənzilə köçürmə” deyil, “mənzildən çıxarılma” yəni əvvəlki iddia tələbinə zidd tələb olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa) iş üzrə icraata xitam verilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) : 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, qanunvericilikdə istifadə, sahiblik və sərəncam hüququ hüquqi cəhətdən təmin edilmiş imkandır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, qeyd edilməlidir ki, mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsi də vacibdir. Belə ki, mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları müxtəlif hüquqi qüvvəli qanunvericilik aktlarında təsbit edilmişdir. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında öz əksini tapmış müddəaları iddianın həllində tətbiq etməli olmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Həmin qərara əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə, iddia predmeti olan fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına tikilməsi, bu faktın, həmçinin mənzilə köçürülmə tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqini tapdığını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə kompensasiya ödənilmək şərti ilə verildiyi halda baxıla bilər bu baxımdan hazırda iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar