Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-97/2025 31.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X19 Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “beh müqaviləsinin ləğv edilməsi, verilmiş behin iddiaçıda qalması, əmlakın boşaldılması və əmlakın iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqısı məqsədilə bağlanmış beh müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin şərtlərinin Cavabdeh4 tərəfindən pozulduğu üçün 1000 (bir min) manat behin iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əşyaları ilə birlikdə həmin evdən çıxarılmasını və evin boşaldılmasını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanın yerləşən fərdi yaşayış evini açıq hərracdan almışdır. Nəzərinizə çatdırırıq ki, tam mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X16 ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli notarial beh müqaviləsinin şərtlərinə görə 1000 (bir min) manat beh ödənilməklə, qalan məbləği, 60 ay müddətinə, hər ay 416 manat, sonuncu ödənişi 456 manat ödənildikdən sonra, müddətin sonunda 26000 manata X1 idi. Həmçinin şifahi razılaşmaya görə X16 və onun ailə üzvləri bu müddətdə həmin evdə yaşayacaqlar. Bu səbəbdən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1216/2018 saylı qətnaməsi əsasında cavabdehlər barəsində verilmiş icra vərəqəsi də icra edilmədən məktubumuz əsasında xitam olunmuşdur. X4 beh müqaviləsi üzrə qalan 25000 manat pulu vaxtında ödəməmişdir. Həmin beh müqaviləsinin müddəti xx.xx.2026-cı ildə bitsə də, satıcı İddiaçı ASC tərəfindən müştəriyə müqavilə məbləğini hər ay tamamlamalı olması barədə xəbərdarlıqlar edilsə də, həmin müddət ərzində də, X16 tərəfindən beh müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Bu səbəbdən tərəfimizdən dəfələrlə xəbərdarlıq ilə X12 və ailə üzvlərinə müraciət edilmiş və beh müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmasını nəzərə alaraq behin qaytarılmayacağını və onunla ailə üzvlərinin evdən çıxarılacağını bildirmişlər. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqısatqısı məqsədilə bağlanmış beh müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin şərtlərinin Cavabdeh4 tərəfindən icra edilmədiyi üçün 1000 (bir min) manat behin iddiaçıda qalması, cavabdehlər Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əşyaları ilə birlikdə həmin evdən çıxarılmasını və evin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh4 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı bank ilə 26000 manata razılaşma əsasında beh müqaviləsinə əsasən, ilkin olaraq 1000 manat ödəməklə qalan 25000 manatı, 60 (altmış) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkansızlıq səbəbindən ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Həmin ev əvvəlcə atasının adına olmuş, banka olan kreditin əvəzinə hərraca çıxarılmış və bankın balansına keçmişdir. Həmin evdə onlar ailəsi ilə birlikdə yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1216/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər X3,Cavabdeh3,Cavabdeh4, X10 və X11 qarşı Şirvan şəhər Əzizbəyov küçəsində mülkiyyətində olan 2 otaqlı 37.8 kv.m yaşayış, 52.24 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin boşaldılmasına, bütün ev əşyalarının çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə, Şirvan şəhəri, Əzizbəyov küçəsində mülkiyyətində olan 2 otaqlı 37.8 kv.m yaşayış, 52.24 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən cavabdehlər X2, Cavabdeh3,Cavabdeh4, X5 və X6 istifadə hüququnun itirilmiş hesab olunmasına dair iddia ərizəsinin təmin edilməsi, Şirvan şəhər Əzizbəyov küçəsində İddiaçı ASC-nin mülkiyyətində olan 2 otaqlı 37.8 kv.m yaşayış, 52.24 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi cavabdehlər X7, Cavabdeh3,Cavabdeh4, X14 və X15 tərəfindən boşaldısın, bütün ev əşyalarının çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, Şirvan şəhər Əzizbəyov küçəsində mülkiyyətində olan 2 otaqlı 37.8 kv.m yaşayış, 52.24 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən cavabdehlər X2, Cavabdeh3,Cavabdeh4, X5 və X8 istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli beh müqaviləsinin nortariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq olunmuş və xx.xx.2021-ci il tarixdə reyestrdə 3M-3803 sayla qeyd edilmiş beh müqaviləsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş, qeydiyyat nömrəsi ********** reyestr nömrəli **********06-10301 olan çıxarışa əsasən Şirvan şəhəri Əzizbəyov küçəsində yerləşən, ümumi sahəsi 90.0 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh4 xx.xx.2026-cı il müddətinə kimi rəsmiləşdiriləcək alqı-satqı müqaviləsi üçün verəcəyi 26000 (iyirmi altı min) manat pul məbləğindən 1000 (bir min) manat pul məbləğini notariusun bankda açılan deposit hesabı vasitəsi ilə İddiaçı ASCyə beh vermiş, Cavabdeh4 qalan 25000 (iyirmi beş min) manatını 60 ay müddətinə, 59 ay 416 manat, 60-cı ay 456 manat ödəmək şərti ilə əsas alqı-satqı zamanınadək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qeyd olunan əmlakın alqı-satqı müqaviləsini bağlamaqdan imtina edərsə və alqı-satqı üçün lazımı sənədləri vaxtında təqdim edə bilməzsə Cavabdeh4 iki qat, yəni 2000 manat ödəyəcəyi, müqavilə Cavabdeh4 üzündən baglanmazsa 1000 manat məbləğində olan behin İddiaçı Açıq Səhmdar Cəmiyyətində qalacağı göstərilir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın nortariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri Əzizbəyov küçəsi ev 4 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1415 saylı məktubun surətindən görünür ki, qanunvericiliyin tələbinə əsasən müqavilənin ləğv edilməsi üçün müqavilədə tərəf olaraq iştirak edən alıcı da notariat ofisinə gələrək müqavilənin ləğv edilməsi imzalanmalıdır. Müraciət qanunvericiliyə və müqavilənin şərtlərinə uyğun olmadığından notariat hərəkətlərini aparmaqdan imtina edilmişdir. İddiaçı ASC-nin cavabdeh X13 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, X13 beh müqaviləsinin şərtlərinə əməl etməməsi qeyd edilmiş və beh müqaviləsinin ləğvi üçün Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2026-cı il müddətinə kimi rəsmiləşdiriləcək alqı-satqı müqaviləsi üçün verəcəyi 26000 (iyirmi altı min) manat pul məbləğindən 1000 (bir min) manat pul məbləğini notariusun bankda açılan deposit hesabı vasitəsi ilə İddiaçı ASC-yə beh vermiş, Cavabdeh4 qalan 25000 (iyirmi beş min) manatını 60 ay müddətinə, 59 ay 416 manat, 60-cı ay 456 manat ödəmək şərti ilə əsas alqı-satqı zamanınadək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 arasında beh müqaviləsi bağlandığından, Cavabdeh4 xx.xx.2021-ci il tarixli beh müqaviləsində nəzərdə tutulan müddətdə müəyyən edilmiş pul məbləğini ödəmək vəzifəsini icra etmədiyindən, eyni zamanda müqavilə üzrə mübahisənin həlli üçün tərəflər aralarında razılığa gəlmədiklərindən İddiaçı ASC beh müqaviləsinin ləğv edilməsi, beh müqaviləsinin şərtləri Cavabdeh4 tərəfindən icra edilmədiyi üçün 1000 (bir min) manat məbləğində behin iddiaçıda qalması, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və əmlakın iddiaçıya təhvil verilməsini tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinin üç dispozisiya şərti var ki, bunlar da ayrı-ayrılıqda yoxlanılmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalı, 2) əmlak cavabdehin faktiki sahibliyində olmalı və 3) cavabdehin əmlaka sahiblik hüququ olmamalıdır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinin üç dispozisiya şərti mövcud olmuşdur: 1) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmuş, 2) həmin fərdi yaşayış evi faktiki olaraq cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 sahibliyində olmuş və 3) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin əmlak üzərində sahiblik hüququ olmamışdır. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli beh müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən iddia əsaslı olduğuna görə təmin olunmalı, Şirvan şəhəri Əzizbəyov küçəsində yerləşən , ümumi sahəsi 90.0 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh4 xx.xx.2026-cı il müddətinə kimi rəsmiləşdiriləcək alqı-satqı müqaviləsi üçün verəcəyi 26000 (iyirmi altı min) manat pul məbləğindən 1000 (bir min) manat pul məbləğini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə İddiaçı ASC-yə verməsi barəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli beh müqaviləsi ləğv edilməli, Şirvan şəhəri Əzizbəyov küçəsi ümumi sahəsi 90.0 kv.metr olan 4 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılmalı, əmlak boşaldılmalı və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 (yüz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanılmış ünvan 3nvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2026-cı il tarixə kimi rəsmiləşəcək alqı-satqı müqaviləsi üçün bağlanmış xx.xx.2021-ci il tarixli beh müqaviləsi ləğv edilsin. xx.xx.2026-cı il tarixə kimi rəsmiləşəcək alqı-satqı müqaviləsi üçün bağlanmış xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən İddiaçı ASC-yə verilmiş 1000 (bir min) manat məbləğində beh İddiaçı ASC-də qalsın. Cavabdehlər Cavabdeh4 , Cavabdeh1 , Cavabdeh2 , Cavabdeh3 məxsus əmlaklar boşaldılaraq cavabdehlər ünvan 3nvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. ünvan 3nvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-97/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-97/2025
31.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver