Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1012/2024 18.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X14 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, xx.xx.1989-cu ildə doğulmuş X24, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 doğma oğlu (övladı) olması barədə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşamış və xx.xx.2016-cı il tarixdə vəfat etmiş X10 ilə xx.xx.1988-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1988-ci ildə X30, 1989-cu ildə X27, 2000-ci ildə X32, 2002-ci ildə X28 və 2004-cü ildə X33 doğulmuşdur. Uşaqların hamısı hal-hazırda sağdır və yaşayır. Uşaqların anası vəfat etdiyinə görə “Əmək Pensiyaları haqqında Qanun”un 8.1-ci maddəsinə əsasən 5 və daha çox uşağı olan uşaqların 8 yaşadək sağ olması şərti ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ vardır. Həmin hüquqdan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin təşkilat ona pensiya verməkdən imtina məktubu verərək imtinasında qeyd etmişdir ki, uşaqlarından X24 doğum haqqında şəhadətnaməsində ana adının Gülarə olduğu halda, Gülnarə kimi qeyd edildiyi faktı aşkar edilmişdir və X3 X24 anası olması və yaxud da X24 mərhum X3 övladı olması faktını təsdiq edən sənəd tələb olunur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. X24 doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının adı səhvən “Gülnarə” yazılmışdır. Həmin şəhadətnamə Gürcüstan Respublikasının Tibilisi şəhərində yazıldığına görə həmin səhvin düzəldilməsi qeyri-mümkün olduğuna görə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizə ilə müraciət etməli olmuşlar. X10 1961-ci ildə Zaqatala rayonu Əliabad kəndində doğulmuş və ölən günədək orada yaşamışdır. Ərizəyə əlavə etdiyi Zaqatala rayon İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 1258 saylı arayışdan da məlum olur ki, X24 doğum şəhadətnaməsində adı qeyd olunan mərhum X7 ilə X10 eyni şəxs olmuşdur. Ərizəyə əlavə edilən arayışlarla və şahidlərlə təsdiq olunur ki, X27 X3 doğma oğludur. Buna görə də hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi İsgəndər Əlixadə və departament müdiri Nicat Məsili məhkəməyə 25 sentyabr 2024-cü il tarixdə etiraz ünvanlayaraq bildrimişlər ki, e-2(033)-1012/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Ərizəçi məhkəməyə müraciət edərək 18 fevral 2016-cı il tarixdə vəfat etmiş X3 xx.xx.1989-cu il tarixdə doğulmuş X24 doğum haqqında şəhadətnaməsində qeyd olunan X8 ilə eyni şəxs olması ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi maraqlı şəxs Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi X21 doğum haqqında şəhadətnaməsinin surətində ana adının Gülərə olduğu halda, Gülnarə kimi qeyd edildiyi faktı aşkar edilmişdir. Həmçinin T.İmanovun mərhum X3 övladı olması faktını təsdiq edən sənədi təqdim edəcəyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacağı bildirilmişdir. Məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər. Bununla yanaşı bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən bir sıra hallarda maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilir, prosessual qanunvercilıyin tələblərinə əməl edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu ıl tarixli 03 saylı qərarı) Belə ki, ərizələrə lazımı sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Eləcədə hüquqi faktın müəyyən edilməsində maraqlı şəxslərin dairəsi müəyyən edilərək onlar işə cəlb edilmir, bəzən faktın müəyyən edilməsi ilə əlaqədar məsələlər məhkəmələr tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmır, iş üzrə qəbul edilmiş məhkəmə aktları prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmir. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən huquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Alı Məhkəmə Plenumunun 12 aprel 2019-cu ıl tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki. həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun ad, soyad və ata adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə huquqmüəyyənedicı sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib - edilmədiyi araşdırılmalıdır. Bundan başqa Alı Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və va sovadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda huquqmüəyyənedicı sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi ucun aşağıdakı şərtlərin olması zəruridir 1) Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir) 2) Həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır, 3) Məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi arayışı verən müvafiq orqana sənəddəki səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin orqan tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Həmçinin sözügedən qərarın 6.1-ci maddəsinə əsasən qanunvenci şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmələr şəxsin sənəddə göstərilən adı, alasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyalann bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən venlən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyqunsuzludun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və va həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barəda cavab mövcud deyildir. Ərizəçi X34 lazımı sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə ışın gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki. onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Odur ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, arvadı 18 fevral 2016-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra beş övladına özü tək baxmış və onların bütün qayğılarını özü çəkmişdir. O, pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin övladı Temurinin doğum haqqında şəhadətnaməsində arvadının adı “Gülnarə” yazıldığı üçün bundan imtina olunmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X22 məhkəmə iclasında bildirdi ki, etirazlarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarına istinad etmişlər. Həmin qərarda bir başa MPM-in 307.2.5-ci maddəsinə toxunulmuşdur. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün bəzi şərtlər vacibdir. Həmin şərtlər birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir, ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır, üçüncüsü isə məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Yəni bu nəzərdə tutulmuş səhvin aradan qaldırılması üçün heç bir yolla mümkün olmaması barədə sənəd ərizəçi tərəfindən ərizəsinə əlavə edilməli idi. Bu səbəbdən ərizəçinin tələbi əsassızdır. Ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 15 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, ərizəçi yeznəsidir. Bacısının adı Gülarə olmuşdur. Bacısı oğlu Timurinin doğum sənədində səhv olaraq ana adı Gülnarə yazılmışdır. 15 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X33 bildirmişdir ki, Gülarə Ramazanova onun anası olmuşdur. O, 18 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Timuri onun qardaşıdır. Anasının adı Gülnarə olmamışdır. Onun adı doğum şəhadətnaməsində səhv olaraq belə yazılmışdır. Yazılı sübutlar Mülki iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin portalından əldə edilmiş şəxsi məlumatlardan görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə doğulmuşdur. Ünvanı Zaqatala rayonu Əliabad qəsəbəsidir. Mülki iş materiallarına əlavə edilmiş Kəlbəcər rayon XDS İK-sı tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X11 nikahlarını 04 yanvar 1988-ci ildə bağlamışlar və nikahları nikahın bağlanması akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Ramazanova soyadında qalmışdır. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən 05 avqust 1965-ci il tarixdə verilmiş AZ-0938057 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 fevral 1961-ci ildə doğulmuşdur. X1 və X17r. Mülki iş materiallarına əlavə edilmiş Tbilisi şəhəri Lenin rayon VVAQ Şöbəsi tərəfindən 28 sentyabr 1988-ci il tarixdə verilmiş Vİİİ-Tİ 404118 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 18 sentyabr 1988-ci ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X5r. Mülki iş materiallarına əlavə edilmiş Tbilisi şəhəri Lenin rayon VVAQ Şöbəsi tərəfindən 15 noyabr 1989-cu il tarixdə verilmiş İX-Tİ 271702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 12 noyabr 1989-cu ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X4r. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən 29 dekabr 2000-ci il tarixdə verilmiş AZ-İ 015385 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 30 noyabr 2000-ci ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X5r. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən 14 mart 2002-ci il tarixdə verilmiş AZ-İ 133743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 10 mart 2002-ci ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X5r. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbəsi üzrə ərazi nümayəndəliyi tərəfindən 18 yanvar 2005-ci il tarixdə verilmiş AZ-İ 543123 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 23 dekabr 2004-cü ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X5r. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 fevral 2016-cı ildə verilmiş AZ-İ797898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 fevral 2016-cı ildə ölmüşdür. Mülki iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 25 iyul 2024-cü il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 3 saylı Şəki-Zaqatala regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 8.1-ci maddəsinin tələblərinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş X21 doğum haqqında şəhadətnaməsinin surətində ana adının Gülarə olduğu halda, Gülnarə kimi qeyd edildiyi faktı aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq T.İmanovun mərhum X3 övladı olması faktını təsdiq edən sənədi Fondun 3 saylı Şəki-Zaqatala regional filialına təqdim etdikdən sonra müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacağı bildirilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X26 ailə tərkibi qızı X30, oğlu X27, oğlu X32, qızı X28 və oğlu X25 ibarətdir. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X24 doğum şəhadətnaməsində adı qeyd olunan mərhum X7 ilə X10 eyni şəxs olmuşdur. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi ilə X10 xx.xx.1988-ci ildə nikah bağlamaqla evlənmişlər. Ər-arvadın birgə nikahdan xx.xx.1988-ci il təvəllüdlü X35, xx.xx.1989-cu il təvəllüdlü X27, xx.xx.2000-ci il təvəllüdlü X32, xx.xx.2002-ci il təvəllüdlü X28 və xx.xx.2004-cü il təvəllüdlü X33 doğulmuşdur. Gürcüstan Respublikasının Tbilisi şəhəri Lenin rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə aparılmış doğum haqqında akt əsasında verilmiş İX-Tİ 271702 nömrəli şəhadətnamədə X24 anası X3 adı yanlışlıqla “X7” olaraq qeyd edilmişdir. X10 xx.xx.2016-cı ildə vəfat etmişdir. xx.xx.1988-ci il təvəllüdlü X35, xx.xx.1989-cu il təvəllüdlü X27, xx.xx.2000-ci il təvəllüdlü X32, xx.xx.2002-ci il təvəllüdlü X28 və xx.xx.2004-cü il təvəllüdlü X33 hazırda sağdırlar. Ərizəçinin yaşa görə əmək pensiyası təyin etməsi üçün müraciət etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, X24 doğum haqqında şəhadətnaməsində ana adının “Gülnarə” olaraq qeyd edilməsi əsası ilə ərizəçinin müraciətini təmin etməkdən imtina etmişdir. X24 doğumu barədə qeydiyyat başqa ölkənin ərazisində aparıldığından, ərizəçi həmin faktı təsdiq edən sənədi əldə edə, pensiya almaq hüququnu həyata keçirə bilmir. Məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin arvadı, xx.xx.1989-cu il təvəllüdlü X24 isə anası X10 ilə İX-Tİ 271702 nömrəli şəhadətnamədə qeyd edilmiş “X2” eyni şəxs olmaları, bununla da X24 anasının xx.xx.2016-cı il tarixdə vəfat etmiş X10 olması faktı tam təsdiq olunduğundan və ərizəçinin yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu həyata keçirə bilməsi hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, faktı təsdiq edən sənədi isə başqa qaydada ala bilmədiyindən fakt müəyyən edilmiş hesab olunmalı, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12 noyabr 1989-cu ildə doğulmuş X24 18 fevral 2016-cı il tarixdə vəfat etmiş X3 doğma oğlu (övladı) olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1012/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1012/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver