Məhkəmə qərarları › İş №e-2(033)-1021/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1021/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1021/2023 01.11.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh3 və Zaqatala rayonu Əliabad Bələdiyyəsinin nümayəndəsi X3 X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Zaqatala rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə, üçüncü şəxs Zaqatala rayonu İcra Hakimiyyətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Zaqatala rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə, üçüncü şəxs Zaqatala rayonu İcra Hakimiyyətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.0984 ha həyətyanı torpaq sahəsinə dair verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X4 öz valideynlərindən miras olaraq 0.30 ha həyətyani torpaq sahəsi qalmış (Əsas : xx.xx.2023 cü il tarixli 3-48-47RA-2M-740/2023 №-li Arxiv arayışı) və faktiki olaraq həmin mirasa sahiblik etmişdir. xx.xx.1961-ci ildə mərhum anası, atası X5 ilə ailə qurmuş və anası Mahmatəbənova kimi soyadı qəbul etmişdir. ( Nikah şəhadətnaməsinin surətiəlavə olunur). Atası 1977 –ci ildə, anası isə 1990-ci ildə vəfat etmişlər. (Ölüm şəhadətnamələriəlavə olunur). Valideynlərim vəfat etdikdən sonra həyatyanı sahələrində qonşu olan X1 ilə Cavabdeh3 güya 1996- ci ildə aparılan islahat zamanı ona 0.12 ha həyətyani torpaq sahəsi verildiyinə dair Əliabad bələdiyyəsindən saxta arayış götürərək DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə təqdim etməklə 0.0984 ha həyətyani sahəsini öz adına Çıxarış əldə etmişdir. Halbuki, Cavabdeh3 və ailəsinin əvvəldən təsərrüfat başı kitabında 0.20 ha həyatyani torpağı və 50 kv m. sahəsi olan evi vardır. Cavabdehə məhkəmədə iddia qaldıracağı barədə xəbərdarlıqdan sonra o, dərhal həmin sahədə ev inşasına başlamışdır. 1996-ci ildə Əliabad qəsəbəsində heç bir torpaq islahatı aparılmamış, 1980-ci ildən 2000-ci ilə qədər heç kəsə həyətyanı torpaq sahəsi ayrılmamışdır. Həyətyanı sahələr kolxozların mövcud olduğu dövrdə ümumi yığıncağın qərarı ilə, 1999-cu ildən sonra isə bələdiyyə şuraların qərarlarına əsasən verilmişdir. Cavabdeh3 adına həyətyanı torpaq sahəsinin ayrılması ilə əlaqədar heç bir qərar və ya başqa bir sənəd yoxdur. DƏDRXnin 18 saylı Zaqatala ərazi idarəsinin Çıxarışın verilməsinə əsas kimi göstərdiyi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-ci il tarixli 17/97 №-li iclas protokolu isə Cavabdeh3 həyətyani torpaq sahəsinin verilməsinə aid deyil, Zaqatala rayonun adları sadalanan 6 kolxoz təsərrüfatının aqrar islahatlara başlanması üçün proqramlarının təsdiq edildiyi iclasın protokoludur. Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ümumi xarakterlidir. Həmin qərarda subyektlərin siyahısı göstərilmir. Bu protokol heç bir halda çıxarışın verilməsi üçün əsas ola bilməz. Eyni zamanda verilmiş plan ölçü sənədində 0.12 ha sahə göstərilmiş, dövlət reyestrindən çıxarışda isə 0.0984 ha olduğu göstərilib. Bu fərqin özü sənədin qeyri düzgün olduğunun sübutudur. Digər tərəfdən Əliabad bələdiyyəsinin verdiyi arayış heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən Çıxarışın verilməsi üçün əsas kimi qəbul etmək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna ziddir. Qeyd edilən qanunun 8-ci maddəsinə görə - “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üşün əsaslar müvafiq icra hakimiyyəti tərəfindən verilmiş, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qərarlar və sairdi”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.) Mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olmadan çıxarış verilmişdir. Əfsus ki, qeyd edilənlərin heç biri, Cavabdeh3 tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə təqdim edilməməsinə baxmayaraq cavabdehin sözü gedən həyətyani torpaq sahəsi üzərində əsassız olaraq hüququn qeydiyyatı aparılmış və dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh3 DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. İddiaçı 25 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında göstərmişdir ki, AR MPM-nin 25 ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki Məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Digər tərəfdən məhkəmə aidiyyatı ilə bağlı AR Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında “Daşmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 2.1. və AR İPM-nin 2.2.1. maddələrinin şərh edilməsi ilə əlaqədar bir mənalı olaraq göstərilmişdir ki, “Əmlak hüquqları ilə bağlı mübahisələrdə AR ƏMDK vanında DƏDRX-nin ərazi idarələri tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reystrindən Çıxarışı”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında “ AR Qanunun 2.1,-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab eildiyindən, həmin islərə mülki məhkəmə icraatı qaydasında baxılır “. Cavabdeh3 ona anasından qalan miras torpağı, qanunsuz olaraq əldə edib. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanması və verilməsinin prosedur qaydaları AR Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 №li qərarı ilə təsdiqlənib. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8-ci maddəsində konkret olaraq göstərilmişdir ; “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar, müvafiq icra hakimiyyəti tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qərarlar və sairdir”. Halbuki iş materialiarındakı 18 saylı Zaqatala ərazi idarəsinə təqdim edilən sənədlərdən göründüyü kimi, onların heç biri sözü gedən qanunun 8-ci maddəsində göstərilən tələblərə cavab vermir. Əliabad bələdiyyəsinin verdiyi arayış və Zaqatala rayon AİK-nın qərarı Cavabdeh3 həmin torpaq üzərində hər hansı bir hüququnun olduğunu təsdiqləyən sənəd deyildir. Belə ki, bələdiyyənin arayışının hansı sənəd əsasında yazıldığı məlum deyil. Zaqatala rayon AİK-nın qərarında isə kolxozların ləğvi və islahatla əlaqədar müvafiq məsələlərin həllinə dair onların proqramları təsdiq edilmişdir. Əliabad bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş sxematik plandan çıxarışa gəldikdə isə, anlaşılmaz bir sənədin surəti olmaqla, heç bir qanuni əsası yoxdur. Ümumiyyətlə Əliabad bələdiyyəsi bu sənədləri hansı qanuni akt və şəhadətnaməyə istinadən verildiyi məlum deyildir. Məhz bu səbəbdən Cavabdeh3 verilmiş xx.xx.2018-ci il tarixli ********** №-li qeydiyyat və RX seriyalı, ******* saylı Çıxarış qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı mülki işin Zaqatala rayon məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Zaqatala rayonu Əliabad Bələdiyyəsinin nümayəndəsi X6 mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Zaqatala rayonu İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş qeydiyyat tarixi 01 fevral 2018-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,0984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3, X18, X19, X15, X13 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş AN 246067 saylı 01 fevral 2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən sənəd üzrə 0,12 ha, faktiki sahəsi 0,0984 ha olan torpaq sahəsinin hüquqi sahibi Cavabdeh3dır. Plan və ölçüsünün tərtib edilməsinə əsas Zaqatala rayonu Əliabad Bələdiyyəsinin 24 yanvar 2018-ci il tarixli 30 nömrəli arayışı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/97 nömrəli AİK-ın iclas protokolundan çıxarışdır. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/97 nömrəli qərarının surətindən görünür ki, rayonun “Dağıstan”, “Talabinələr”, “Əliabad”, “Sabir”, “İsmət” və “İmam Şamil” adına kolxozlarının sədrləri R.Davudov, Q.Orucov, Ö.Ömərov, M.Əskərov, R.Mirzəyev və Q.Abdullayevin məlumatlarının nəzərə alınması və həmin təsərrüfatların proqramlarının təsdiq edilməsi qərara alınmışdır. Kolxozların sədrlərinə tapşırılmışdır ki, bir həftə müddətində ərizənin alınması və kolxozların ləğv edilərək yeni təsərrüfat yaradılması məsələlərini həll etsinlər. Aqrar İslahat Komissiyasının üzvü E.Qazilova tapşırılmışdır ki, aqrar islahatları komissiyaları ilə birlikdə bütün təsərrüfatda bir həftə müddətində torpaqların püşkatma yolu ilə bölünməsini həll etsin. AİK-ın üzvləri S.H.Süleymanov və S.Qurbanov yoldaşlara tapşırılmışdır ki, YAİK ilə birlikdə iki həftə müddətində bütün təsərrüfatın püşkatma yolu ilə bölünməsi məsələsini həll etsinlər. təsərrüfat formalarının yaradılması üçün YAİK-na hərtərəfli göstərsinlər. Mülki işin materiallarında olan Zaqatala rayonu Əliabad Bələdiyyəsinin 24 yanvar 2018-ci il tarili 30 saylı arayışından görünür ki, Cavabdeh3 1996-cı ildə aparılan torpaq islahatı zamanı 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb edir. Hazırki vəziyyətdə iddiaçı tərəfindən mübahisələndirilən çıxarış, Zaqatala rayonu Əliabad Bələdiyyəsinin 24 yanvar 2018-ci il tarixli 30 nömrəli arayışı və Zaqatala rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/97 nömrəli qərarı əsasında verilmişdir. İddiaçının mübahisələndirdiyi və yanlış olaraq verildiyini iddia etdiyi çıxarış məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi, yəni inzibati orqan tərəfindən tərtib edilmiş və qeyd olunan hüquqmüəyyənedici sənədin verilməsi üçün əsas olmuş sənədlər də inzibati orqan tərəfindən qəbul edilmiş qərar olmuşdur. İddiaçının hazırki iddia tələbi inzibati orqanın qərarının mübahisələndirilməsi ilə əlaqədar iddia olduğundan həmin iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndindən görünür ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin tərəflərini və mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işə mülki mühakimə icraatında baxıla bilməz, bunun üçün mülki prosessual əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasına yaradır. DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Zaqatala rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə, üçüncü şəxs Zaqatala rayonu İcra Hakimiyyətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli, İddiaçı göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-in 261.0.1, 262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Zaqatala rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə, üçüncü şəxs Zaqatala rayonu İcra Hakimiyyətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar