Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-103/2023 17.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən Zaqatala rayonu, Faldarlı kəndində ailə üzvlərinə verilmiş 7300 kv.m ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5777 ha hissəsinə dair cavabdehlər Cavabdeh1, X10, Cavabdeh2 və X11 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən Zaqatala rayonu, Faldarlı kəndində ailə üzvlərinə 7300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Müraciətinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən Zaqatala rayonu, Faldarlı kəndində ailə üzvlərinə verilmiş 7300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5777 ha hissəsi mülki iş üzrə cavabdehlər tərəfindən zəbt olunmuşdur. Cavabdehlər tərəfindən 7300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5777 ha hissəsinin ölçülməsinə maneələr törədilir. Bunun üçün 0.5777 ha torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRXnin Zaqatala rayon 18 saylı ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə imtina olunmuşdur. Cavabdehlərə ölçmə işlərin aparılmasına olan maneələrin aradan qaldırılmasına dair müraciət etmələrinin nəticəsi olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyvətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, o, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində aparılan ölçmə işlərinin aparılmasına maneə yaratmamışdır. İddiaçının iddiasında qeyd etdiyi 57 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair sənəd var. Onlar özlərinə məxsus torpaq sahəsindən istifadə edir, uzun illərdir həmin torpaq sahəsində tikdikləri evdə yaşayırlar. Sənədlərdə dəyişikliklər olduğundan torpaq sahələri üst-üstə düşməklə qarışıqlıq yaranıb. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxsin idarənin rəisi məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatalla Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 1072 nömrəli arxiv arayışından görünür ki, 1996-2000-ci illərdə Qandax kənd İƏVN-nin təsərrüfatbaşına 3 nömrəli kitabın 85 nömrəli səhifəsində ailə başçısı X1 ailə tərkibi özündən, yoldaşı X6, oğlu X5, qızı X2, oğlu İddiaçı ibarətdir. Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X25 kitabında xx.xx.2009-cu il tarixdə 568 nömrə ilə uçota alınmış A196562 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə X3 mülkiyyətinə verilmiş Zaqatala rayonu Faldarlı kəndində yerləşən 7300 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli **********26 nömrəli məktubdan görünür ki, Zaqatala rayonu Faldarlı kəndi ərazisində yerləşən 00 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X3 və ailə üzvlərinin (subyekt sayı – 5 nəfər) adlarına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsi barədə çıxarışdan görünür ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,1501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, X15, X14, X12 və İddiaçı adına xüsusi mülkiyyət növü kimi daşınmaz əmlakın dövlət reyestrində 283 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 1a torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd edilən əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri mümkündür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 7300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X3 ailə tərkibi yoldaşı X6, oğlu X5, qızı X2, oğlu iş üzrə İddiaçı ibarətdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 may 2004cü il tarixli 113 saylı qərarına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,1501 ha hissəsinə dair Daşınmaz əmlakın Dövlət reyestrində 283 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydə əsasən həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X1, X13, X8, X4, iş üzrə İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı atası-X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5777 ha hissəsinin Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından zəruri inventarlaşdırma işlərinin aparılması və həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd edilən əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən Zaqatala rayonu, Faldarlı kəndində onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7300 kv.m ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5777 ha hissəsinə dair cavabdehlər Cavabdeh1, X10, Cavabdeh2 və X11 tərəfindən ölçmə işlərinə yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə həmin torpaq sahəsinə dair sənədlərinin olduğunu, həmin torpaq sahəsində ev tikməklə uzun müddətdir ki, orada yaşadıqlarını, iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən Zaqatala rayonu, Faldarlı kəndində X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7300 kv.m ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5777 ha hissəsinə İddiaçı Carullah oğlunun müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsinin ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh tərəf mübahisələndirilən torpaq sahəsinin onlara məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Həmçinin cavabdehlərin torpaq sahəsindən uzun müddətdir istifadə etmələri hazırki iddianın rədd olunması üçün əsas ola bilməz. Eyni zamanda torpaqların üst-üstə düşməsi ölçmə işləri tamamlandıqdan sonra müəyyən ediləcəkdir. Bundan başqa torpaq sahəsi iddiaçıya və ailə üvlərinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarına əsasən verilib. Nə qədər ki, həmin qərar qüvvədədir cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini mübahisələndirə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X3 mülkiyyətinə verilmiş əmlak üzərində mülkiyyətçinin ailə üzvü olan İddiaçı hüquqlarını həyata keçirmələrinə yaratdıqları maneələr aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etdiyinə görə və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 196562 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş Zaqatala rayonu Faldarlı kəndində yerləşən 7300 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5777 ha hissəsinə iddiaçının və digər mülkiyyətçilərin mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 100 (bir yüz) manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-103/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-103/2023
17.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver