Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1053/2025 27.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X2 qızının katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balabəy oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balabəy oğlu iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,13 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə, cavabdehlərdən 3200 manat dəymiş zərərin əvəzinin və 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsini icazəsiz və qanunsuz olaraq zəbt edərək öz məqsədləri üçün istifadə edirlər və onları öz torpaqlarından istifadə etməyə qoymurlar. Həmin torpaq sahələri onların mülkiyyəti kimi DƏDR-də xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alındıqdan sonra onun üzərində iddiaçıların sərəncam vermək hüququ yaranmışdır. Lakin cavabdehlər tərəfindən olunan maneələrə görə onlar öz torpaq sahələrindən istifadə edə bilməmişdir. Torpaq sahələri üzərində əkilmiş fındıq ağaclarının məhsulunu toplaya bilməmişlər. 2022-ci ildən bu günə qədər onlara məxsus torpaq sahələrinin üzərində yerləşən fındıq ağaclarının məhsulu cavabdehlər tərəfindən yığılaraq oğurlanmışdır. Həmin torpaq sahəsində 21 ədəd fındıq ağacı vardır. Hər il həmin ağaclardan 200 kq fındıq məhsulu toplanır. Deməli, cavabdehlər 200 kq 2022-ci ilə aid, 200 kq 2023-cü ilə aid, 200 kq 2024-cü ilə aid və 200 kq 2025-ci ilə aid fındıq məhsulunu oğurlayaraq qəsdən mənimsəmişlər. Ona görə də həmin məhsulun dəyərini tələb edilir. Fındıq məhsulunun qiyməti orta hesabla 1 kq fındıq 4 manata satılır. 4 ilin məhsulu olan 800 kq fındıq məhsulunun dəyəri 3200 manat təşkil edir. Həmin 3200 manat cavabdehlər tərəfindən vurulmuş ziyan hesab olunur. Göstərildiyi xərcləri isə sübut etməyə ehtiyac yoxdur. Ona görə ki, hamı üçün bəlli olan halın sübut olunmasına ehtiyac yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsində deyilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə də onların mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuşdur. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri torpaq sahəsindən çıxmaları tələb edilsə də, heç bir müsbət nəticə olmamışdır. Cavabdehlər könüllü olaraq torpaqdan çıxmadıqlarına görə məhkəməyə müraciət etməli olmuşdurlar. Qeyd edilən fakt ərizəyə əlavə edilən sənədlərlə bir daha təsdiq edilir. Bundan başqa, torpağın zəbt olunmasını həmin torpaq sahəsinə yerində baxış keçirməklə də subuta yetirmək mümkündür. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər və İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, bunu üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 Balabəy oğlu iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirmişdir ki, iddia ilə razı deyillər. iddia edilən torpaq sahəsi yaşadıqları evin həyətyanı sahəsidir. Çöldə onlara verilmiş torpaqları satıblar, belə olduğu halda bizdə satılan torpaqlardan öz paylarına düşən pulu istəyirlər. Qeyd edilənləri nəzərə alaraq. iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları xx.xx.2022-ci il tarixdə verilmiş A seriyalı 747350 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********4 olan faktiki sahəsi 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi DTXK Zaqatala Rayon şöbəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı3 Balabəy oğlu, İddiaçı2 və İddiaçı1 adına tərtib edilmişdir. Azərbaycan Respblikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 258 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən A seriyalı 477350 nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********4 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı3 Balabəy oğlu, İddiaçı2 və İddiaçı1 adına qeydiyyata alınmışdır. Zaqatala bazar ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı3 Balabəy oğlunun şifahi sorğusuna cavab olaraq bildirilir ki, xx.xx.2025-ci il tarixdə bazar ərazisində 1 kq fındığın orta satış qiyməti 4-5.60 manat arasında dəyişir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı3 Balabəy oğlunun izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 258 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən A seriyalı 477350 nömrəli çıxarışa əsasən, reyestr nömrəsi **********4 olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı3 Balabəy oğlu, İddiaçı2 və İddiaçı1 adına qeydiyyata alınmışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. Məhkəmə hesab edir ki, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxmaması, iddiaçıların mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özünə mülkiyyət hüququ ilə məxsus olan 0,13 ha torpaq sahəsinin sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbinin “3200 manat məbləğində dəymiş ziyanın ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar onlara məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaqlarda olan fındıq ağaclarından cavabdehlərin məhsul yığdıqlarını və onlara 3200 manat məbləğində zərər vurduqlarını və bunun nəticəsində qazanması ehtimal olunan qazancdan məhrum olduqlarını əsas gətirərək iddia tələbinin bu hissədə təmin edilməsini xahiş etsələr də, bu iddialarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və iddia tələbini əsaslandıran sübutlar qismində yalnız "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışını göstərmişlər. Həmin arayışa əsasən, xx.xx.2025-ci il tarixdə bazar ərazisində 1 kq fındığın orta satış qiyməti 4-5.60 manat arasında dəyişir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaqlarda torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçılara təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaqlarda torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balabəy oğluna təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya geri qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-1053/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1053/2025
27.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver