Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1074/2023 21.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, iddiaçı 8 saylı X1 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı 8 saylı X1 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muğanlı meşəbəyliyində 8-a saylı dolayın Meşə fonduna aid torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində əkilmiş fındıq ağaclarının (çoxillik əkmələr) cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə (ağacların əkilməsi, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Müəyyən etdim ki, ərizə buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 152.1-ci və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, iddia ərizəsi iddiaçı 8 saylı X1 Mərkəzinin direktoru İddiaçı tərəfindən imzalansa da, onun həqiqətən iddiaçı 8 saylı X1 Mərkəzinin direktoru olmasına dair sənəd, əsas iş yeri həmin hüquqi şəxsdə olmasına dair əmək kitabçasının surəti və ya səlahiyyətlərini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Buna görə də, iddiaçı 8 saylı X1 Mərkəzinin iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı 8 saylı X1 Mərkəzinə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı 8 saylı X1 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-1074/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1074/2023
21.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver