Məhkəmə qərarları › İş №e-2(033)-1119/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1119/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1119/2025 11.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı X9 nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Rusiya Federasiyası Moskva şəhər VVAQ İdarəsinin Naqatinski Şöbəsində 15 noyabr 2014-cü il tarixində 3033 nömrəsi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, o Rusiya Federasiyası vətəndaşıdır və Rusiya Federasiyasında yaşayır. 2014-cü ildə ailə qurmaq niyyəti ilə anası ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir və anasının vasitəsilə Cavabdeh elçi getmişdirlər. Azərbaycan Respublikasında el adəti ilə toy etdikdən sonra, birgə yaşamaq üçün Rusiya Federasiyasına getmişlər və nikahlarını 15 noyabr 2014-cü ildə Moskva VVAQ idarəsi Naqatinski şöbəsində rəsmiləşdirmişdirlər. Evlililiklərinin günlərindən cavabdehlə münasibətləri kəskin şəkildə soyuq olmuşdur. Bunun səbəbi isə, Cavabdeh ona qarşı soyuq davranması, ailə münasibətlərinə girmək istəməməsi olmuşdur. Cavabdeh elə ilk gündən onunla müvəqqəti bir evdə yaşadığını deyir, onu ailə kimi qəbul etmədiyini bildirirdi. Cavabdeh 2017-ci ildə müxtəlif bəhanələrlə Azərbaycan Respublikasına gəlmişdir. Bir müddət sonra Cavabdeh hamilə olduğunu bilmişdir. Həmin ərəflərdə Cavabdeh onunla yaxınlıq etməyə başladığına görə, uşağın ondan olduğuna qətiyyən şübhə etməmişdir. Sofiya adlı qız uşağı dünyaya gəlmişdir. Buna baxmayaraq, cavabdehlə ailə münasibətlərindəki kəskin soyuqluq davam edirdi. 2023-cü ildə Cavabdeh şəxsiyyət vəsiqəsini dəyişmək adı ilə Azərbaycana gəlmişdir, geri qayıtdıqda isə, köçüb Azərbaycanda yaşamaq istədiyini bildirmişdir. Moskvadakı işlərini qaydaya qoya bilməyi üçün vaxta ehiyac var idi və köçmək məsələsinin 2024-cü ilin yaz aylarına təxirə salınmasına razılaşmışlar. 2024-cü ilin yanvar ayında Cavabdeh ona bildirmişdir ki, əmisi oğlu Moskva şəhərinə gəlib, qalmağa yeri olmadığına görə onlarla qalacaq. Sonradan adının Bəhruz olduğunu öyrənmişdir və əvvəllər tanımadığı şəxs Cavabdeh əmisi oğlu kimi özünü təqdim etməklə onların evdə qalmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, onlar geri qaytarmamaq niyyəti ilə Rusiyada müxtəlif banklardan kreditlər götürmüşlər. 2024-cü ilin mart ayında birlikdə Azərbaycana gəlmişlər və Bəhruz tək yaşadığına görə onunla qalmışdırlar. O, Bəhruzu Cavabdeh əmisi oğlu olduğunu düşünüb. Azərbaycanda iş tapa bilmədiyi üçün Rusiyaya qayıtmışdır. Həmin vaxt Bəhruzla Cavabdeh arasında mübahisə yaranmışdır, Cavabdeh Bəhruzun evini tərk etmişdir. Bundan sonra Bəhruz ona zəng edərək, Safiyanın əslində onun övladı olduğunu bildirmişdir. O, Azərbaycana gələrək Safiyanı özü ilə Rusiyaya aparmışdır və Bəhruzun dediklərinin duzgünlüyünü araşdırmaq üçün DNK testi etdirmişdir. Analizlərin cavabı olaraq, Safiyanın onun övladı olmadığı təsdiqləndi. Bundan sonra Cavabdeh ilə aralarında mübahisələr yaranmışdır və bu vaxt ona aydın olmuşdur ki, əslində Cavabdeh onunla ümumiyyətlə ailə qurmaq niyyəti olmayıb, ondan ayrılmağı və Bəhruzla evlənməyi hələ onunla evlənməzdən öncə planlaşdırıb, bu məqsədlə onunla ər-arvad münasibətində olmayıb, nikahda olduğu müddətdə Bəhruzla mütəmadi olaraq əlaqədə və ünsiyyətdə olub, hətta onun yanında və bir evdə onunla birlikdə yaşaya bilmək üçün Bəhruzu ona əmisi oğlu kimi tanıdıb, planlı şəkildə məhz ondan deyil, Bəhruzdan hamilə qalıb. Həm Bəhruz, həm Cavabdeh, həm də onun anası Gülçöhrə Əliyeva həqiqətən də Cavabdeh onunla alə qurmaq niyyətində olmadığını, onu təsir və təzyiq altında onunla nikaha girməyə məcbur etdiklərini, Gözəlin isə müvəqqəti olaraq onunla nikaha girməyə razılıq verdiyini, qısa müddətdə ondan ayrılıb Bəhruzla evlənəcəyini bildiklərini etiraf etmşlər. Yəni, Cavabdeh heç vaxt onunla ailə qurmaq niyyətində olmayıb. Onunla nikaha girərək bir evdə yaşamaqda məqsədi onun maddi vəziyyətindən istifadə etmək, həm özünün, həm də anasının maddi ehtiyaclarının onun vəsaiti hesabına qarşılanmasını təmin etmək olmuşdur. Nikahda olduğu müddətdə demək olar ki, hər ay anasına pullar göndərməyinə nail olmuş, Azərbaycan da yerləşən və atadan qalma evdən pay almağa çalışmış, hətta Safiyanın onun övladı olmadığını bilə-bilə ondan onun saxlanması üçün aliment tələb etmişdir. Safiyanın onun övladı oldmadığını məhkəmədə sübut etdiyi üçün cavabdehin bu cəhdi baş tutmamış və aliment tələbindən imtina etmişdir. Bütün bunlar, Cavabdeh onunla nikaha girərkən ailə qurmaq niyyəti olmadığını bir daha təsdiq edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. O iddia ərizəsində qeyd edilənlərin sübutu kimi Rusiya Federasiyasında yerləşən müxtəlif bankların, kredit təşkilatlarının və kollektor şirkətlərin cavabdehə ünvanlandığı tələb məktublarını, cavabdeh və Bəhruz adlı şəxsin səs yazılarını, cavabdehin iddiaçıya göndərdiyi ismarıcları əqdim edərək cavabdehin illərlə planlı hərəkət ediyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı X3 öz iradəsi əsasında ailə qurmuşdur. Düzdür onun Bəhruz adlı şəxslə nikaha qədər sevgi münasibətləri olmuşdur. Lakin Bəhruz başqa şəxslə evlənmiş və ondan sonra o da iddiaçı ilə evlənmişdir. Onun Bəhruzla sonradan sevgi münasibətləri olmamışdır. Onlar iddiaçı ilə evli olduqları dövr ildə bir dəfə Azərbaycana gəlmiş və bu zamanda iddiaçı da onunla birlikdə gəlmişdir. Onun qızı süni mayalanma yolu ilə dünyaya gəlmişdir. İddiaçı uşağı qanunsuz Azərbayacan gətirməkdə onu ittiham edir, lakin o təyyarə ilə qanuni yollarla Azərbaycana qayıdıb. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi birgə nikahda əldə edilmiş əmlakın bölünməsinin qarşısını almaqdır.Onlar birgə nikah dövründə Bakı şəhərində mənzil əldə etmiş və Rusiya Federasiyasında iki mərtəbəli evin inşasına başlamışdırlar. İddiaçı Rusiyadakı evi icazəsiz bacısının adına rəsmiləşdirmiş və o buna etiraz etdiyi üçün iddiaçı hazırda bu üsulla əmlakın bölünməsinin qarşısını almağa çalışır. O özü Rusiyada da vəkillə müqavilə bağlamış və əmlakla bağlı iddialar veriləcək. O, uzun illər Rusiya Federasiyasında tikişlə məşğul olmuş, ondan əvvəl xadimə də işləmişdir. O, paltar tikərək vaylberis adlanan proqram vasitəsi ilə satışını həyata keçirmişdir. İddiaçı Elçin isə proqramlaşdırma ilə məşğuldur, birgə nikah dövründə o yüksək gəlirli işə qəbul edilmişdir. İddiaçının nümayəndəsinin təqdim etdiyi səs yazılarının bir qismini qəbbul etmir və iddiaçının həmin səsləri xüsusi proqram vasitəsilə hazırladığını qeyd edir. O, iddianın əsassız olduğunu bildirərək onun rədd edilməsini xahiş edir. İşin halları X4 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 50 manat ilkin mediasiya xərci və 10 manat poçt və dəftərxana xərci X8 tərəfindən ödənilmişdir. Rusiya Federasiyası tərəfindən verilmiş Pasportdan görünür ki, X10 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Moskva höküməti 62 nömrəli VVAQ orqanı Tsaritsino rayon Dövlət Xidmətlərinin göstərilməsi üzrə Çoxfunksiyalı mərkəz tərəfindən verilmiş Nikahın bağlanması haqqında xx.xx.2025-ci il tarixdə verilmiş şəhadətnamədən görünür ki, X2 ilə Cavabdeh arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Whatsapp tətbiqində +**********... nömrəsinə ünvanlanmış ismarıcdan görünür ki,orada aşağıdakı məzmunda mətn öz əksini tapıb “Amma sən öz fikirlərini deyəndə, mən də demək istəyirəm ki, bəli, mən onu uşaqlıqdan sevirdim. O, evli idi. Məni ondan ayırmaq istəyirdilər. Buna görə də məni səninlə tez bir zamanda evləndirdilər. Mənim bir böyük səhvim oldu – o da budur ki, ilk dəfə görüşəndə sənə başqasını sevdiyimi demədim. "İmtina et, beləcə bitər" (deyə bilərdim). Niyə elə etmədiyimi bilmirəm. O vaxt gənc idim, ağlım çatmadı, ya da elə qorxdum ki, "aşkar edəcəksən, hamıya deyəcəksən". Səni isə heç tanımırdım. Toydan əvvəl bir daha onunla birlikdə Bakıya qaçmaq qərarına gəlmişdim. Artıq Bakıya gedən "qazel"-də idim. Anam zəng etdi: "Haradasan?" Mən də "Ona qaçıram. Heç bir toy olmayacaq," – dedim. Anam ağlamağa başladı, yalvarırdı ki, bunu etməyim. Nənəmlə xalam da: "Bizi rüsvay edəcəksən, hamı biləcək, bütün nəsilin başını yerə soxacaqsan" – bu tipli şeylər deməyə başladılar. Mənim üçün bu, heç nə idi (ve ya: "vaxtıı deyildi"). Axmaq kimi anama acıdım, necə ağlayırdı. Geri qayıtdım.” Whatsapp tətbiqində +**********... nömrəsinə ünvanlanmış saat 13:27-də göndərilmiş ismarışdan görünür ki,orada aşağıdakı məzmunda mətn öz əksini tapıb Bakıda Minarənin bir otaqlı evində olduğumuz gün yadıma düşür, o zaman hamı evdə idi, sən də deyirsən ki, evdə heç kim yox idi mən səni yatağa çağırdım sən yoxsan, belə bir şey olmayıb. Hamı evdə idi, bibi, Xadişka, Minarə otaqda idilər, bizə mətbəxdə yerdə yataq açdılar, bizdə orada yatmağa getdik. Mən səni heç yerə sürüyüb aparmamışam. Nəisə, bunlar vacib deyil. Madam ki, sən öz fikrini bildirdin, mən də demək istəyirəm ki, mən onu uşaqlıqdan sevirəm. 0 evli idi, məni ondan ayırmaq istəyirdilər, ailəm də elə bir ailə idi, bu səbəbdən məni sənə tələm-tələsik ərə verdilər. Bir səhvimi etiraf edirəm ki, ilk görüşümüzdə başqasını sevdiyimi sənə demədim ki, məndən imtina edəsən. Hələ də bunu niyə etmədiyimi anlamıram, balaca idim, ağlım çatmırdı, bəlkə də qorxurdum ki, çıxıb hamıya danışacaqsan, axı səni tanımırdım. Toydan əvvəl onunla Bakıya qoşulub qaçmaq cəhdini etdim. Onunla Bakıya gedən qazeldə idim ki, anam zəng vurub mənim harada olduğumu xəbər aldı, mən də dedim ki, onunla birlikdə Bakıya gedirəm və töy olmayacaq. Anam ağlayaraq yalvardı ki, bunu etməyim. Nənəmlə xalam da ona dəstək oldular, bizi rüsvay edəcəksən, hamı xəbər tutacaq, nəslimizin boynunu yerə soxacaqsan, dedilər. Bütün bunlar, heç vecimə deyildi, təkcə anama yazığım gəldi, çox pis ağlayırdı. Bu səbəbdən qayıtdım və biz evləndik. Lakin mən səni sevməyə çalışdım, sən mənə kömək etmədin. Xətrinə dəyməsin, amma sən hər zaman mənim üçün darıxdırıcı bir insan olmusan. xx.xx.2025-ci il tarixli Cavabdeh tərəfindən Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi Elnur Əzizova verdiyi izahatdan görünür ki, o “Latın qrafikası ilə sərbəst oxuya bildiyim üçün izahatımın kompüter vasitəsilə təhqiqatçı tərəfindən yazılmasına etiraz etmirəm. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s bina 149, mənzil 2-də qızım X10 ilə birlikdə yaşayıram. Bu ev Elçin Nəcəfliyə məxsusdur, lakin biz burada yaşayırıq. Sənəddə qızımın atası Elçin Nəcəfli olaraq qeyd edilsə də qızım Safiyanın bioloji atası Bəhruz Abbasovdur. Bu DNT analizi ilə də təsdiq olunmuşdur. Bəhruz yaşadığım Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s bina 149, mənzil 2-də yerləşən evə qızını və məni görmək üçün gəlib-gedir. Elçin və qohumları məni narahat etdiyi üçün kilidi dəyişmişəm və bəli Elçini evə buraxmıram. Hələki rəsmi boşanmamışıq. Bu evin bölgüsü ilə bağlı Xətai rayon məhkəməsində iddiam üzrə məhkəmə prosesi vardır.” məzmununda izahat vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4673/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-737/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 737/2025 saylı 21 may 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinin üzərində ½ hissədə Cavabdeh, ½ hissədə Nəcəfli (Süleymanov) Elçin Çamalxanoviçin (Elchin Nadzaflının) payları müəyyən edilmiş; iddia qalan hissədə təmin edilməmişdir Medical genomics tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 181849 nömrəli DNT testinin nəticələrindən görünür ki, X5 N\c\fli Safiyya Elçinovnanın atası olma ehtimalı 0 faiz təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 34-cü maddəsinin İİ-ci hissəsinə əsasən nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsi 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2-ci maddəsinə əsasən bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 25.1-ci maddələrinə əsasən bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 180.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. 180.2-ci maddəsinə əsasən, ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. 181.1-ci maddəsinə əsasən, qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı X3 Cavabdeh Rusiya Federasiyasında xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdurlar. Nikah bağlanarkən tərəflərin hər ikisi yetkinlik yaşına çatmışdır. Nikaha daxil olarkən Ailə Məcəlləsinin 12-ci maddəsində müəyyən edilmiş hallar olmamışdır. İddiaçı X9 Cavabdeh nikaha daxil olarkən ailə qurmaq niyyətinin olmadığına əsaslanaraq aralarında dağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Hazırkı mübahisə üzrə iddia tələbinin əsasını təşkil edən iddiaçı tərəfindən təqdim edilən dəlillər cavabdehin Rusiya Federasiyasında yerləşən fərqli bank və kredit təşkilatlarından götürülən kreditlərə dair yazışmalar, cavabdehin Bəhruz adlı şəxslə yazışmalarından və iddiaçının xx.xx.2022-ci il tarixdə tərəflərin nikahından anadan olmuş X7 atasının olub-olmamasının müəyyən edilməsinə dair keçirilmiş DNT analizinin nəticələrindən ibarət olmuşdur. Məhkəmə iş materiallarında olan sübutlar əsasında hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırmasında müəyyən edilmiş sübutlar iddiaçı X9 ilə Cavabdeh arasında Rusiya Federasiyasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi üçün yetərli deyil. İddiaçı X9 tərəfindən Cavabdeh nikaha daxil olarkən iradəsinin fərqli olmasına dair sübutlar təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh X3 ailə qurmaq niyyəti ilə xx.xx.2014-cü il tarixdə nikah münasibətlərinə daxil olmasını bildirməsi və 10 ilə yaxın iddiaçı ilə davamlı nikah münasibətlərində qalması onun iradəsinin məhz ailə qurmağa yönəlmiş olmasını təsdiq edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət iddiaçı X5 Cavabdeh qarşı Rusiya Federasiyası Moskva şəhər VVAQ İdarəsinin Naqatinski Şöbəsində 15 noyabr 2014-cü il tarixində 3033 nömrəsi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə, q ə t e t d i: İddiaçı X5 Cavabdeh qarşı Rusiya Federasiyası Moskva şəhər VVAQ İdarəsinin Naqatinski Şöbəsində 15 noyabr 2014-cü il tarixində 3033 nömrəsi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı X1 tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar