Məhkəmə qərarları › İş №e-2(033)-113/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-113/2023

02.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-113/2023 02.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh, onun vəkili X15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, onun mərhum X14 ilə birgə nikahda olduğu müddətdə Zaqatala rayonu Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X14 ilə 02 dekabr 2003-cü il tarixdə nikahlarını bağlanmışdır. Nikahda olduqları müddətdə 2005-ci ilin may ayında mərhum həyat yoldaşı X2 Kamil Mohuma oğlu ilə aralarında yazılmış sadə yazılı əqdə əsasən sonuncuya məxsus Zaqatala rayonu, Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsini almışdır. Qeyd olunan torpaq sahəsində mərhum X14 ilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. X14 21 aprel 2008-ci il tarixdə ölmüşdür. X16 ölümündən sonra ondan miras qalmış əmlakları faktiki olaraq qəbul etmişdir. Ərinin ölümündən sonra X34 ona və mərhum X14nun birinci nikahından olan oğlu Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1350 ha torpaq sahəsindən çıxarılmalarını və inşa etdikləri fərdi yaşayış evinin sökülməsini tələb etmişdir, onlar isə öz növbələrində X17 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsi ilə X11 ilk iddiası rədd edilmiş, onların qarşılıqlı iddiası isə təmin edilmişdir. Həmin qətnamə ilə işin müəyyən hallarından biri də odur ki, mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi mərhum X14 ilə birgə nikahda olduqları müddətdə və sonuncunun onunla birlikdə inşa etdiyi evdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb, iş üzrə Cavabdeh mərhum X14 ilə birgə nikahda olduqları müddətdə Zaqatala rayonu, Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsində inşa etdiyı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə yaratdığı maneədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onuin Azərbaycan Repsublikasının Konstitusiyasnın 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə və vəsatətlə müraciət edərək İddiaçı ona qarşı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsi ilə razı deyildir. Zaqatala şəhəri, Bakı prospekti 22 saylı evdə yaşamış atası X37 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu 2 saylı Notariat Ofisinə verilmiş 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunmuşdur ki, 21 aprel 2008-ci il tarixdə vəfat etmiş X16 vərəsələri - arvadı İddiaçı, oğulları Cavabdeh, X38, X39 və qızı X35 miras əmlakdan bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - X7 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 02 nömrəli reyestr kitabının, 3-cü səhifəsində, inventar işi 2557 nömrə ilə qeydiyyata alınmış 344 nömrəli Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən, eyni zamanda DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 1576 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin bir hissəsindən və mərhuma düşən hissədə yerləşən 1989-cu ildə tikilmiş, 1 mərtəbəli, 73,2 kv.m. yaşayış, 42 kv.m. yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən ibarət olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(033)-24/2009 nömrəli qətnaməsi ilə ilk iddia qismən rədd edilmiş, X11 iddiasının X8 qarşı hissəsinə xitam verilmiş, X11 X10 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsinə dair iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X34 ilə mərhum X16 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayeva məxsus olmuş 1350 kv.m (0,135) ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixi 2(033)-24/2009 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşəni 350 kv.m (0,135) ha torpaq sahəsini o özü idarə edir. Atası sağlığında daşınmaz əmlakı ona almışdır. Zaqatala rayonu 2 saylı Notariat Ofisinə verilmiş 01 noyabr 2012-ci il tarixli - 1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq olunur ki, İddiaçı Zaqatala rayonu Kebeloba kəndində yerləşən 1350 kv.m (0,135) ha torpaq sahəsinə və iddia etdiyi tikiliyə dair notariat kontoruna ərizə verməmişdir. Bununla da, iddiaçı öz hərəkəti ilə iradəsini göstərmişdir. Eyni zamanda iddiaçı həmin əmlaka özünü miras şəriki kimi göstərməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(033)-669/2022 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X38, X24, X18 və X6 cavabdehlər İddiaçı və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Hazırda İddiaçı ona qarşı pay üstünlüyü əldə etmək üçün əsassız iddia qaldırır. Hesab edir ki, iddiaçının hazırkı tələblə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, daşınmaz əmlakın birgə nikah dövründə qeydiyyata alınması barədə reyestrdə məlumat yoxdur. Hər şəxsin mütləq yaşayış yeri olmalı və bir (tək) yaşayış yeri olmalıdır. Atası ikinci dəfə ailə həyatı qurarkən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. İddiaçı həmin ünvanı özünə daimi yaşayış yeri seçmişdir. Eyni şəxsin bir yaşayış yerində faktiki yaşayaraq digərində qeydiyyatda olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun məqsədlərinə xidmət etmir. Hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin mahiyyəti birgə nikah dövrünə daxil olmayan əmlaka gələcəkdə payının müəyyən edilməsi üçün hüquqi don geydirməkdir. Faktiki olaraq iddiaçı ata yurdlarını ələ keçirmişdir. Ona görə də İddiaçı tələbi əsaslı sayıla bilməz. O eyni zamanda iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini də təqdim etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili X40 cavabdehin verdiyi izahata oxşar məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X45 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ********** qeydiyyat nömrəli mülkiyyətində olan 0,1279 ha torpaq sahəsini 5400 manata onun mülkiyyətinə vermişdir. O, həmin torpaq sahəsini almışdır. Bundan sonra həmin torpaq sahəsini öz adına rəsmiləşdirməklə çıxarış almışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. İddia ərizəsinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2023-cü il tarixdə verimiş 05/Q-17/69 nömrəli çıxarışdan görünür ki, X37 ilə İddiaçı nikahlarını 02 dekabr 2003-cü ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Şabanova soyadı verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 275680 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 21 aprel 2008-ci ildə vəfat etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2009 nömrəli 25 fevral 2009-cu il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən rədd edilmiş, X11 iddiasının X8 qarşı hissəsinə xitam verilmişdir. X11 X10 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi”nə dair iddia tələbləri təmin edilməmişdir. Qarşılıqlı iddia təmin edilərək, X34 ilə mərhum X19 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayevə məxsus olmuş 1350 kv.m. (0.135 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(0330-669/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh, X38, X24, X18 və X12 cavabdehlər İddiaçı və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1070-1459/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş,yeni qətnamə qəbul edilərək iddia ərizəsi təmin edilmişdir. Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2012ci il tarixli ***-*******83-10301 reyestr nömərli ********** qeydiyyat nömərli dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi, fərdi yaşayış evinə dair vərəsələrin paylarının müəyən edilməsi, 11 may 2002-ci il tarixdə X4 miras qalan ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın ½ hissəsində Cavabdeh 1/8 hissədə, X20 1/8 hissədə, X13 1/8 hissədə paylarının müəyyən edilməsi, X25 düşən evin ½ hissəsindən Cavabdeh 1/10 hissədə, X26 1/10 hissədə, X21 1/10 hissədə, İddiaçı 1/10 hissədə, X27 1/10 hissədə paylarının müəyyən edilməsi, fərdi yaşayış evindən X16 mərhum arvadı X5 qalan 1/8 hissəsindən Cavabdeh 1/40 hissədə, X26 1/40 hissədə, X21 1/40 hissədə, İddiaçı 1/40 hissədə, X27 1/40 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbyacan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********96 olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən sahəsi 0,1279 ha olan kıənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Reyestrdə 4Ə-1258 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ********** qeydiyyat nömrəli mülkiyyətində olan 0,1279 ha torpaq sahəsini 5400 manata alıcı X28 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1279 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi X28 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətiu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 24 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Kebeloba kəndi ərazisində İddiaçı adına 0,1350 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 10 yanvar 2023-cü il tarixdə verilmiş 03 nömrəli arayışdan görünür ki, Zaqatala RİHB-nın Kebeloba kənd İƏD-si üzrə nümayəndəliyinin təsərrüfat başına kitabında evin qeydiyyatı olmadığından yerində baxış keçirilmiş, həmin evdə Cavabdeh həqiqətən ailəsi ilə birgə daimi yaşayır. Həmin evin tikintisi barədə məlumat təsərrüfat başına kitabında olmadığı üçün evin nə vaxt və kim tərəfindən tikilməsi məlum olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı ilə X37 02 dekabr 2003cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə yəni 2005-ci ildə X37 ilə X34 arasında sonuncuya məxsus 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısına dair razılaşma olmuş və həmin torpaq sahəsindən X37 istifadə etməyə başlamış və orada yaşanması məqsədi ilə yarımçıq tikili inşa etmişdir. X37 21 aprel 2008-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra X1 Havva Məhəmməd qızına qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi”nə dair iddia tələbi ilə və cavabdeh X22 və Cavabdeh X17 qarşı 1350 kv.m torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddia ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2009 nömrəli 25 fevral 2009cu il tarixli qətnaməsi ilə X11 X10 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi”nə dair iddia tələbləri təmin edilməmiş və qarşılıqlı iddia təmin edilərək, X34 ilə mərhum X19 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayevə məxsus olmuş 1350 kv.m. (0.135 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh torpaq sahəsi üzərində hüquqlarını Daşınmaz əmlakın Dövlət reyestrində 04.06.200-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına aldırmış və bu qeydiyyat MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Reyestrdə 4Ə-1258 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 5400 manata X28 mülkiyyətinə vermişdir. Məhkəmə ilk öncə Cavabdeh iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Hazırki iş materiallarından və tərəflərin izahatından da görünür ki, İddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab edir ki İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Daha sonra məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, cavabdeh Şabanov X33 rayonu Kebeloba kəndində yerləşən Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2009 nömrəli 25 fevral 2009-cu il tarixli qətnaməsində 1350 kv.m. (0.135 ha) kimi göstərilən, Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,1279 ha torpaq sahəsinin tam mülkiyyətçisi olmuşdur. Həmin torpaq sahəsi onun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində rəsmiləşdirilməzdən əvvəl həmin torpaq sahəsi üzərində vərəsəsi olduğu atası X37 tərəfindən yarımçıq tikili inşa edilmişdir. Cavabdehin atası-X37 21 aprel 2008-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin torpaq sahəsini oğlu-Cavabdeh idarə etmişdir. Məhkəmə, iddiaçının torpaq sahəsi üzərində keçmiş əri-X37 tərəfindən qanunsuz inşa edilmiş tikilinin materiallarına münasibətdə 21 aprel 2008-ci il tarixdə vəfat etmiş X14 ilə birlikdə hüquqlarının mövcud olması ehtimalını, qeyd edilən tikilinin X16 vəfatı zamanı yaşayış üçün yararsız olmasını, iddiaçının ümumiyyətlə həmin tikilidə yaşamamasını, həmin tikilidə hər hansı əmlakının olmamasını, həmin tikiliyə istifadə hüququnun olmamasını, başqa daimi yaşayış yerinin olmasını, həmin tikilinin cavabdeh tərəfindən sonradan tikilib-bərpa edilərək yaşayış evi kimi istifadə edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının qeyd edilən tikilidə istifadə və sahiblik hüququ yaranmamışdır. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edildi ki, iddianın predmeti olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə edilən tikili qanunsuz olmaqla Daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alınmamış və belə olan halda həmin cavabdeh də həmin tikilinin mülkiyyətçisi deyil. Göründüyü kimi, iddiaçı, qeyd olunan tələblə bağlı həmin tikilidə yaşayan şəxsə qarşı belə bir iddia ilə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxs X3 rayonu, Kebeloba kəndində yerləşən 0,1279 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı isə hər hansı hüququ olmadan üçüncü şəxsə, əvvəllər isə cavabdehə məxsus olan torpaq sahəsi üzərində tikilmiş tikiliyə istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulmasını tələb edir. Onun həmin tikili üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ olan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır, cavabdehin isə belə bir hüququ yaranmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 mülkiyyətində olan torpaq sahəsinin üzərində qanunsuz tikili olan fərdi yaşayış evinə dair hər hansı istifadə hüququ olmadığından və mübahisə predmeti olan tikiliyə iddiaçının mülkiyyət (sahiblik, istifadə, sərəncam vermək) hüquqları mövcud olmadığından onun tikilinin inşa edilmiş torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı verdiyi fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddiası təmin edilə bilməz. İddia tələbi rədd edildiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar