Məhkəmə qərarları › İş №e-2(033)-1232/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1232/2025

07.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1232/2025 07.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi, İddiaçı və nümayndəsi və vəkili Nümayəndə, Cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nin X7 İstismar İdarəsinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin X7 İstismar darəsi rəisinin xx.xx.2025-ci il tarixli 14-2-2-7/3-1K-40/2025 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağı və 01 iyul 2025-ci il tarixdə qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-1232/2025 saylı mülki işin hazırlıq iclası xx.xx.2025-ci il saat 10:30-a təyin edilmişdir. Mülki iş materiallarından göründüyü kimi Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi Mirzəyev X3 RQİİ-nin Həmkarlar Təşkilatının xx.xx.2025-ci il tarixli rəyi nəzərə alınmaqla X7 istismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 14-2-2-7/3-1K-40/2025 saylı əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi cavabdeh qismində cəlb edilmiş Zaqatala RQİİ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04-000008 nömrəli əmrinə əsasən Cavabdeh2 İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və daha sonra Ağdaş, Qəbələ qaz istismarı sahələrinin maddi-texniki bazası əsasında yaradılmışdır. İdarənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə ARDNŞ-yə məxsusdur. İdarə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin İdarə Cavabdeh2 İB tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində təbii qazın çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı Cavabdeh2 İB-nin balansına aiddir. Həmçinin cavabdeh qismində göstərilən Zaqatala RQİİ hüquqi şəxs olmadığından və əsasnmaə əsasında fəaliyyət göstərdiyindən onun hüquqlarının birbaşa məhkəmədə müdafiəsi üçün etibarnamə vermə səlahiyyəti də yoxdur. İddiaçı tərəf hazırkı tələblə cavabdeh qismində Zaqatala RQİİ-yə qarşı çıxış etməklə prosessual qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Məhkəmə müdafiə hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3- cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. Beləliklə hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlak təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona ximat vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsidir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətini, həm də onun təyin etdiyi müəssisə rəhbərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Plenum qərarında həmçinin vurğulanır ki, hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prossesual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prossesual hüquq və fəaliyyət qabiliyyəti yalnız prossesual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prossesin tərəfi olması da istisna edilir. Beləliklə, Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosesseual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prossesual fəaliyyət qabiliyyətinə malik olmadığına görə müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Nəticə etibari ilə X7 İstismar İdarəsi əsasnamə əsasında fəaliyyət göstərdiyindən və hüquqi şəxs olmadığından əsl cavabdeh qismində Cavabdeh2 ilə əvəz edilməli, eyni zamanda iddia hüquqi şəxsin qeydiyyatda olduğu hüquqi ünvan üzrə verilməli olduğundan iş aidiyyatı üzrə Cavabdeh2 İB-nin qeydiyyatda olduğu hüquqi ünvan üzrə (ünvan 1ir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Göstərilənləri nəzərə alaraq, İddiaçı "Azəriqaz" İB-nin X7 İstismar İdarəsi rəisinin xx.xx.2025-ci il tarixli 14-2-2-7/3-1K40/2025 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağım və 01 iyul 2025-ci il tarixdə qətnamənin icra edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün mənə əmək haqqının ödənilməsi barədə” iddia ərizəsinin aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və nümayndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdirlər ki, "Azəriqaz" İB və "Azəriqaz" İB-nin X7 İstismar İdarəsi cavabdeh qismində iş cəlb olunduğundan, onlar isə "Azəriqaz" İB-nin X7 İstismar İdarəsi rəisinin əmrini mübahisələndirdiklərindən hesab edirlər ki, işin aiddiyyət qaydaları pozulmamışdır. Vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X4 vəsatətin məzmunun uyğun izahat verərək, iddia ərizəsinin aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiаçı İddiaçı ilə Zaqatala RQİİ arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 79 №-li əmək müqaviləsi və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli 79/k saylı “əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında” əmrlə Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində mühəndis vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi “xx.xx.2014”-cü il tarixli “xxxxxxx000100” nömrəli “əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2014cü il tarixdə bağlanılmış 79 nömrəli əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli 79/1, xx.xx.2016-cı il tarixli 79/2, xx.xx.2018-ci il tarixli 79/3, xx.xx.2019-cu il tarixli 79/4, xx.xx.2019-cu il tarixli 79/5, xx.xx.2019-cu il tarixli 79/6, xx.xx.2019-cu il tarixli 79/7, xx.xx.2022-ci il tarixli 79/8 saylı əlavə və dəyişikliklər edilərək elektron informasiya sistemində qeydiyyata götürülmüşdür. Həmkarlar təşkilatının Zaqatala RQİİ-yə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 01 saylı rəyi və digər sənədlər əsasında Zaqatala RQİİ-nin 01 iyul 2025-ci il tarixli 14-2-2-7/3-1K-40/2025 saylı əmri ilə Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı işdən azad edilməsinin əsassız olmasına istinad edərək, işə bərpa edilməsi barədə əvvəlcə mediatora müraciət etmiş, mediasiya qaydasında razılıq əldə edilmədiyindən məhkəməyə iddia ərizəsi təqdim etmiş, cavabdeh isə vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, 79 nömrəli əmək müqaviləsinin 1.1- ci bəndindən görünür ki, bu əmək müqaviləsi işəgötürənin səlahiyyətini həyata keçirən ARDNŞ-nin Cavabdeh2 İB X7 İstismar İdarəsinin rəisi ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə 1 iyul 2025-ci il tarixli 14-2-2- 7/3-1K-40/2025 saylı əmrdən görünür ki, işəgötürəni Cavabdeh2 olmuş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-cü maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Cavabdeh2 X7 İstismar İdarəsinin əsasnaməsinin 1.1-ci bəndindən görünür ki, X7 İstismar İdarəsi (bundan sonra idarə adlanacaq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra “ARDNŞ” adlanacaq) Cavabdeh2 (bundan sonra Cavabdeh2 İB adlanacaq) tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Oğuz, Şəki, Zaqatala, Balakən və Qax qaz istismar sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04- 000008 nömrəli əmrinə əsasən yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2-ci və 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci madəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materiallarından göründüyü kimi İddiaçı işəgötürəni Cavabdeh2dir və Birliyin hüquqi ünvanı ünvan 2ğlı iddiasını Zaqatala Rayon Məhkəməsində qaldırması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Azəriqaz" İB-nin X7 İstismar İdarəsinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsi” tələbinə dair mülki iş cavabdehin rəsmi qeydiyyatda alındığı yerin məhkəməsində, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də, İddiaçı iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə başqa məhkəməyə, yəni ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nin X7 İstismar İdarəsinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar