Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1481/2025 07.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Kazımova Şəhla Saleh qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3rşı “işə bərpa və məcburi iş buraxma üçün işçinin orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Zaqatala rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” 17 oktyabr 2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 17 oktyabr 2025-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulması, mediasiya prosesindən ödədiyi 60 manat mediasiya və 320.50 manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqlarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında faktiki olaraq fəaliyyət göstərən Cavabdeh ASC (VÖEN: **********) satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Lakin onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbləri pozmaqla tərtib olunduğundan aşağıda qeyd etdiyi əsaslara görə ləğv olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Ancaq xx.xx.2025-ci il tarixli 75 saylı vəkil sorğusunda əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş sənədlərin surətlərinin və əmək kitabçasının əslinin verilməsi xahiş olunmuş, lakin bugünkü günə qədər vəkil sorğusuna cavabdeh tərəfindən cavab verilməmişdir. Mediasiya prosesi xx.xx.2025-ci il saat 11:00-12:00-a təyin edilmişdir. Lakin mediasiya prosesində nəticə əldə olunmamışdır. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ASC iddia ərizəsinə qarşı etirazla müraciət edərək e-2(033)-1481/2025 nömrəli iş üzrə İddiaçı iddiasının əsassız olması səbəbilə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (“İddiaçı”) Cavabdeh ASC-yə qarşı (“Cavabdeh”) (VÖEN: **********) Zaqatala rayon Məhkəməsinə (“Məhkəmə”) 05 noyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində 17 oktyabr 2025-ci il tarixli “əmək müqaviləsinin ləğv olunması haqqında” əmrin ləğvi, iddiaçının Cavabdeh ASC-nin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə bərpa edilməsini, 17 oktyabr 2025-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və 60 manat mediasiya, 320.50 manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Əmək münasibətləri: İddiaçı ilə cavabdeh arasında 13 yanvar 2025-ci il tarixində əmək müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Cavabdeh ASC-də satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə qəbul olunmuşdur (qoşma 1). Lakin, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (“Əmək Məcəlləsi”) 10-cu maddəsi ilə müəyyən edilmiş əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinin, xüsusən (a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; (b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; eləcə də əmək funksiyalarının icrası zamanı şirkətin etik davranış, şəffaflıq və etimad prinsiplərinin kobud şəkildə pozulması, həmçinin korrupsiya xarakterli hərəkətlərə cəhd hallan aşkar edildiyindən 17 oktyabr 2025-ci il tarixində Müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir (qoşma 2). İddiaçı qanunsuz əməl törətməsi faktı: Cavabdeh ASC tərəfindən 17 oktyabr 2025-ci il tarixdə aparılan daxili yoxlama nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ASC-nin təchizatçısı "xxxx" MMC şirkətinin nümayəndəsi (“Təchizatçı”) ilə “WhatsApp” üzərindən aparılan yazışmalarında satınalma prosesinə dair təchizatçıdan malların faktiki satış qiymətindən yüksək məbləğdə qiymət göstərilməsini xahiş etmiş və bunun müqabilində şəxsi fayda əldə etmək məqsədilə qarşılıqlı razılığa gəlməyə cəhd göstərmişdir. Buna dair iddiaçı 17 oktyabr 2025-ci il tarixli yazılı izahatında qeyd etmişdir ki, təchizatçı ilə baş vermiş yazışma yanlış anlaşılma kimi qiymətləndirilməlidir və onun niyyəti düzgün başa düşülməmişdir. Lakin Cavabdeh ASC-nin 17 oktyabr 2025-ci il tarixli xidməti aktı əsasında iddiaçının bu mövqeyi süni izah və özünü müdafiə taktikası kimi qiymətləndirilmişdir (qoşma 2). Akta əsasən, iddiaçı xidməti vəzifələrinin icrası zamanı şirkətin satınalma prosesinin şəffaflığına və etimad prinsiplərinə zidd hərəkətlərə yol vermiş, tərəfdaş təchizatçı ilə gizli razılaşma əldə etməyə cəhd göstərmişdir. Bütün hallar Cavabdeh ASC-nin 17 oktyabr 2025-ci il tarixli xidməti aktı ilə sənədləşdirilmiş, araşdırma çərçivəsində müvafiq yazılı izahatlar alınmış (qoşma 2), eləcə də iddiaçı ilə Təchizatçı arasında olan “WhatsApp” yazışmaları ilə təsdiqlənmişdir (qoşma 2). Araşdırma zamanı toplanmış daxili sənədlərin birgə təhlili nəticəsində iddiaçının Təchizatçı ilə apardığı yazışmalarda rəsmi satınalma prosedurlarından kənar təşəbbüslər göstərdiyi, qiymətlərin süni şəkildə artırılmasına cəhd etdiyi və bu hərəkətlərin şirkət rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyi sübuta yetirilmişdir. İddiaçının hərəkətləri bilavasitə icraya yönəlmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən (rəhbərliyin məlumat alması və müdaxiləsi) başa çatdıra bilməmişdir. Buna baxmayaraq, hərəkət məqsədli və şüurlu xarakter daşıdığı üçün daxili qaydaları pozmağa cəhd kimi qiymətləndirilmişdir. Odur ki, iddiaçının 13 yanvar 2025-ci il tarixli “Vəzifə Təlimatı”nda (qoşma1) təsbit olunmuş aşağıdakı prinsiplər açıq şəkildə pozulmuşdur: biznes tərəfdaşlan ilə qarşılıqlı hörmət, inam və dürüstlük əsasında əməkdaşlıq etmək; ədalətlilik, şəffaflıq və bərabərlik prinsipləri əsasında idarəetmə həyata keçirmək; etik davranış və peşəkar davranış qaydalanna riayət etmək. Əmək Məcəlləsinin müvafiq maddələrinin pozulması iddialarına dair: İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv olunması barədə Əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri pozulmaqla tərtib olunduğundan ləğv olunmalıdır. Qanunvericiliyə nəzər salsaq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində göstərilən hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sırasında “e” bəndinə əsasən, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, həmçinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi göstərilmişdir. Beləliklə, iddiaçının qeyr-etik və peşəkar davranışı və xidməti vəzifələrinin icrası zamanı yol verdiyi hüquq pozuntuları məhz qeyd olunan maddələrdə təsbit olunmuş hallara uyğun gəldiyindən, "Azərtütün” ASC tərəfindən əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin vəzifələri və prinsiplərinə riayət etməklə hər iki tərəfin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin qorunması ilə təmin olunmuş, qanunvericiliyə tam əsaslıdır və hüquqi baxımdan qanuni hesab edilməlidir. Əmək kitabçasının əslinin verilməməsi iddiasına dair: İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçı əmək kitabçasının əslinin verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh tərəfindən əmək kitabçasının əslini təqdim edilməmişdir. Qeyd edirlər ki, əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq təqdim edilmiş və bu barədə Azeri Express A775751 nömrəli qaimə ilə iddiaçı tərəfindən imzalanmışdır (qoşma 3). Həmin qaimədə əmək kitabçasının iddiaçıya təqdim edilməsi və onun tərəfindən qəbul edilməsi təsdiq olunmuşdur. İddiaçı əməli qanunsuz hesab edilməli və irəli sürdüyü iddialar əsassız olduğundan rədd edilməlidir: Əmək qanunvericiliyi baxımından: İddiaçı hərəkətləri (əmək vəzifələrini kobud şəkildə pozması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) Əmək Məcəlləsinin 70(ç), 72(e) və 72(f) maddələrinin pozulması kimi qiymətləndirilir. Həmçinin, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, habelə bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulmuş vəzifələri, əmək müqaviləsi üzrə öhdəlikləri və müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət tətbiq etmək, kollektiv müqavilədə nəzərdə tutulmuşdursa aylıq əməkhaqqının 1/4-dək cərimələmək və ya əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən, İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmiş hərəkətlərin ağırlıq dərəcəsi və iddiaçının davranışının məqsədli xarakter daşıması onun əməlini sadə intizam pozuntusu kimi deyil, əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirməyə əsas vermişdir. Bu səbəblə, yuxanda göstərilən hallar kompleks şəkildə qiymətləndirildikdən sonra İddiaçı hərəkətlərinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinin ləğvi üçün hüquqi əsas yaratdığı qənaətinə gəlinmiş və Müqaviləyə xitam məhz qeyd olunan maddə əsasında rəsmiləşdirilmişdir. Korrupsiya hüquqpozmaları baxımından: İddiaçı əməlləri (xidməti vəzifələrin icrası ilə əlaqədar maddi fayda əldə etmək məqsədilə təklif və ya vəd qəbul edilməsi; vəzifə səlahiyyətlərindən şəxsi maraqlar üçün istifadə edərək korrupsiyaya şərait yaradan hüquqpozma törədilməsi) Azərbaycan Respublikasının “Korrupsiya ilə mübarizə haqqında” Qanununun müvafiq müddəalarının pozulması kimi qiymətləndirilir. Bununla yanaşı, İddiaçı bu hərəkətləri korrupsiya əlamətləri daşıyan hüquqpozma hesab olunur və etimadın itirilməsi, xidməti səlahiyyətlərdən sui-istifadə, həmçinin korrupsiyaya şərait yaradan davranışların törədilməsi kimi qiymətləndirilir. Cinayət hüququ baxımından: Eyni zamanda, İddiaçı hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (“Cinayət Məcəlləsi”, “CM”) 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd), CM-nin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi) tərkib əlamətlərini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin qeyd hissəsinə əsasən, vəzifəli şəxs kateqoriyasına həmçinin kommersiya təşkilatlarının rəhbərləri və işçiləri də aid edilir. Qeyd etmək lazımdır ki, İddiaçı qanun və qaydalara zidd hərəkətlərinin məzmunu bilavasitə icraya yönəlmiş, lakin şəxsin iradəsindən asılı olmayan səbəblərdən başa çatdınlmamış olsa belə, bu cəhd CM-nə əsasən “cinayət törətməyə cəht kimi hüquqi qiymət verilə bilər. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayətə cəhd, hərəkətin bilavasitə cinayət törətməyə yönəlməsi, həmin hərəkətin başa çatmaması və bunun şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş verməsi ilə xarakterizə olunur. Yekun olaraq, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq həyata keçirilmiş, qərar qəbul edilərkən bütün qanuni prosedurlar tam təmin olunmuşdur. İddiaçı xidməti fəaliyyətində aşkar edilmiş etik və hüquqi pozuntular şirkətin daxili intizam qaydalarına, şəffaflıq və etimad prinsiplərinə zidd olmuş, onun davranışı cavabdeh üçün etimadı itirilmiş və potensial təhlükə yaradan əməkdaş kimi qiymətləndirilməsinə əsas vermişdir. Şirkət əmək münasibətlərinin qurulmasında qarşılıqlı etimad, dürüstlük və şəffaflıq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması şirkətin fəaliyyətinin səmərəliliyinə və reputasiyasına birbaşa zərər yetirdiyindən, iddiaçının vəzifəsinə bərpası iş mühitində sağlam əmək münasibətlərinin qorunmasını mümkünsüz edir. Cavabdeh ASC iddiaçı tərəfindən təqdim edilmiş sübutlara etiraz ərizəsində o e- 2(033)-1481/2025 nömrəli iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsassız olduğundan, saxta məlumatları əks etdirdiyindən və təchizatçı tərəfindən təsdiq edilmədiyindən sübut qismində tanımadan mövcud icraatı davam etdirilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (“İddiaçı”) Cavabdeh ASC-yə qarşı (“Cavabdeh”) (VÖEN: **********) Zaqatala Rayon Məhkəməsinə (“Məhkəmə”) 05 noyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində 17 oktyabr 2025-ci il tarixli “əmək müqaviləsinin ləğv olunması haqqında” əmrin ləğvini, iddiaçının Cavabdeh ASC-nin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə bərpa edilməsini, 17 oktyabr 2025-ci il tarixdən hesablanmaqla İddiaçı Mahmmud oğluna işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqısının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və 60 manat mediasiya, 320.50 manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqlarının cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş “WhatsApp” yazışmaları dəyişdirilmiş və montaj edilmiş xarakter daşıyır. Təqdim edilən ekran görüntüsü orijinal deyil, mənbəyi və həqiqiliyi təsdiqlənməmişdir. Sözügedən yazışma nə müvafiq qaydada ekspertiza olunmuş, nə də yazışmada iştirak etdiyi iddia olunan Təchizatçı tərəfindən təsdiqlənmişdir. Odur ki, bu sənədlər mötəbər sübut hesab edilə bilməz və məhkəmə tərəfindən qiymətləndirilməməlidir. Bundan əlavə, iddiaçı tərəfindən sübut kimi təqdim edilən və guya 40 litr həcmində torfun satın alınması ilə bağlı iddialar tamamilə əsassızdır. Qəti şəkildə bildirirlər ki, 40 litrlik qablaşmada torf Cavabdeh ASC tərəfindən heç vaxt satınalma predmeti olmamışdır. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş təchizatçı ilə bağlanmış bütün müqavilələrdən və digər sənədlərdən açıq şəkildə görünür ki, cavabdeh ilə təchizatçı arasında alış-satış əməliyyatları yalnız və yalnız 210 litrlik qablaşmalar üçün həyata keçirilmişdir. Belə olan halda, iddiaçının 40 litrlik qablaşma ilə bağlı iddialan reallığa uyğun deyil, uydurma xarakter daşıyır və mövcud sənədlərlə təkzib olunur. Bu fakt bir daha onu göstərir ki, İddiaçı tərəfindən təqdim edilən sübutlar saxtalaşdırılmış və həqiqəti əks etdirməyən məlumatlar üzərində qurulmuşdur. Məhkəmə iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, “WhatsApp” yazışmalarında yorğun olduğundan dəfələrlə qiyməti soruşmuş və fərqli qiymət təklif etmişdir. Alınan mallarla bağlı yekun qərarı o vermir. Təklif şəkilində təqdim edilir və ən uyğununu şirkətin rəhbər şəxsləri seçir. Onun müqavilə bağlamaq hüququ olsa da, müqavilələri hüquq şöbəsi tərtib edir və onun birbaşa tabe olduğu rəhbər işçi daha sonra işə şirkətin rəhbərlərinin razılaşmasından sonra o müqavilə imzalaya bilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil çıxış edərək bildirdi ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "xxxx" ASC-nin İddiaçı "əmək müqaviləsinin ləğv olunması haqqında" 17 oktyabr 2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 17 oktyabr 2025-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqısının ödənilməsi vəzifəsi Azərtütün ASC- nin üzərinə qoyulması , mediasiya prosesindən ödədiyi 60 manat mediasiva və 320.50 manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqqlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəfindən xx.xx.2025-ci il tarixli 75 saylı vəkil sorğusunda əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş sənədlərin surətlərinin və əmək kitabçasının əslinin verilməsi xahiş olunmuş, lakin bugünkü günə qədər vəkil sorğusuna cavabdeh tərəfindən cavab verilməmişdir. Sonradan cavabdeh tərəfindən məhkəməyə etiraz göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ilə işin araşdırılması zamanı müəyyən olunmuşdur ki cəmiyyət tərəfindən yalnız xx.xx.2025-ci il tarixli akt, izahata, "WhatsApp" fotosuna istinad olunmuşdur. Həmin izahatda, akt da, "WhatsApp" fotosu da sübut növü kimi istifadə oluna bilməz. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən, iddiaçının səbəbindən cəmiyyətin mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. "WhatsApp" rəsmiyyət deyil, həmçinin cavabdehin təqdim etdiyi "WhatsApp" vazışması adlandırdığı "fotoları" təhrif olunmuşdur. Müasir dövrdə süni intellekt vasitəsi ilə hər şeyə müdaxilə olunur. "WhatsApp" fotosunda "38-i 40 edək" bu yazışmadan iddiaçının nəsə qazandığı və ya ziyan vurduğu sübut olunmur. "Gəl burdan birinci danışaq sonra rəsmiyə keçək" burda hər hansı bir şey yoxdur. Satınalmanın işi elə burdan keçir, danışıqlar aparmaq və s. Bir daha qeyd edir ki, rəsmi satınalma sənədləri tərtib edilməyib. İddiaçı izahatda qeyd edir ki, "biza 40 litrlik paketdə lazımdı" belə bir ifada deyilə bilər. Burda da pozuntu nəsə yoxdur. Həmçinin izahatın kim tərəfindən alınması qeyd olunmayıb, izahatın məzmunundan bu görünmür. İzahat alan şəxsin izahat almaq səlahiyyəti olub-olmaması da hər hansı sənədlərlə öz təsdiqini tapmır. Cavabdeh xx.xx.2025-ci il tarixli aktda yazır ki, iddiaçının belə deməsi əsas vermir. Cavabdeh tərəf yazır ki, "cəhd görürük, qəsd görürük," və s. Akt cavabdehin tərəfindən cavabdehin düşüncə tərzi əsasında tərtib edilib. Cavabdehin hüquqi mövgeyi heç bir fakta və sübuta əsaslanmır, yalnız iddiadan ibarətdir. İddiaçının hər hansı bir məbləğdə yeyinti eləməsi barədə heç bir sübut, dəlil yoxdur. Həmçinin iddiaçının digər şirkətdən də hər hansı bir şey əldə etməsi barədə də heç bir sübut və dəlil yoxdur. Cavabdeh şirkətin işçiləri öz aralarında akt və s. yazıblar ki, "biz belə düşünürük." Həmçinin iki şirkət arasında olan mülki xarakterli müqavilələrin bu işə heç bir aidiyyatı yoxdur. Korrupsiya, cinayət və s. qeyd edilib etirazda, cavabdeh tərəfin nəzərinə çatdırmaq istəyir ki, hazır ki məhkəmə işi əmək mübahisəsidir. Hər hansı başqa bir mülki və ya cinayət işi deyil. Cavabdehin etirazda qeyd etdiyi nüanslarla bağlı HMO (polis, prokurorluq və s.) və ya məhkəmənin hər hansı bir aktı yoxdur. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildirməsinə görə bu təqdim etdiyi sübutlardan başqa hər hansı bir əlavə sübut yoxdur ki, iddiaçının hansısa bir hərəkətinin sübut etsin. Həmçinin işəgötürən 17 oktyabr 2025-ci il tarixli əmri ƏM-in 71-ci maddəsinin 3-cü hissəsinə uyğun əsaslandırılmamışdır. ƏM-nin 70-ci maddəsi ilə işçinin işdən azad edilməsi mütləq surətdə əmrdə əsaslandırma hissəsi tələb olunur. Əmrdə əsaslandırma yoxdur və əmr boş əmr sayılır. Ona görə də əmr əsaslandırılmış əmr sayılmır. Həmçinin əmrin verilməsi üçün rəhbər tutulmuş sənədlər qoşma şəklində əmrdə əlavə edilməyib. Yəni təbi haldır ki, əmrdə əsaslandırma olmadığından, əsaslandırma üçün istinad olunan əlavə sənədlər əmrdə göstərilməyib. İddiaçını işdən niyə çıxartmalarını, İşdən çıxarmanı nə ilə əsaslandırılması, Hansı maddəyə əsasən, nəyə görə , nə zərər vurulması əmrdə bu barədə heçnə yoxdur. Cavabdehin Peşəkar imicinə zərər vurulması, yoxsa nüfuzuna xələl gəlməsi/ maddimi ziyan dəyməsi ilə bağlı əmrdə heç bir söz belə qeyd edilməyib. Yəni, bunların heç bir əmrdə yoxdur. Qanunvericilik imperativ norma olaraq müəyyən edir ki, 70-ci maddə mütləq surətdə əsaslandırılmalıdır. Cavabdeh həmin maddə ilə işçini işdən çıxaran zaman tək əmək fəaliyyətinə son vermir, işçinin gələcək əmək fəaliyyəti ilə bağlı da ciddi məhdudlaşdırmalar edir. Belə etməklə cavabdeh işçinin bütün kariyerasını, şərəf və ləyaqətini də alçaltmış olur. Ona görə əmr əsaslı olmalıdır. Həmçinin cavabdeh tərəf özləri də sübut edə bilmir ki, hər hansısa qanun pozuntusu varmı? Cavabdeh akt tərtib edib, 17.10,2025 tarix yazılan, nə qeydiyyatı yoxrur, nə işçi tanış edilməyib. İzahat adlı sənəd var, o sənəd də düzgün tərtib edilməyib. Çünki izahat tək şəxsdən alınır. İki nəfərdən birlikdə izahat alınmır. İki və daha çox şəxslə akt yazıla bilər. Bu sənəd ümumiyyətlə sübut növü kimi istifadə edilə bilməz. İşəgötürənin əmrləri var, xx.xx.2025-ci il tarixli, həmin əmrlərin hansı bir kitabda qeydiyyatı yoxdur. "xxxx" ASC-nin İddiaçı odlunun müqaviləsinin ləğv olunması haqqında" 17 Oktyabr 2025-ci il tarixli əmri bugünkü günə iddiaçıya təqdim edilməyib. Bunun əksini cavabdehin nümayəndəsi məhkəmə iclasında və cavabdeh isə məhkəməyə təqdim etdiyi sənədlərlə sübuta yetirə bilməmişdir. Bu hissədə pozuntu hələ də davam etməkdədir. Cavabdeh tərəf heç nə ilə sübut edə bilmir ki, iddiaçının izahatından başqa digər sənədlər akt, əmrlər və s. xx.xx.2025-ci il tarixdə tərtib edib. Cavabdeh tərəf etirazda əmək kitabçasının verildiyi qeyd edərək üstəlik iddiaçını borclu çıxartmağa çalışır. Lakin bilərəkdən etirazda verilmə tarix qeyd etmir. Çünki pozuntu ilə verilib. Etiraza əlavə edilən zərfin üzərindəki tarixlər 13 və 14 noyabr 2025-ci il tarixlərini göstərir. İşçi xx.xx.2025-d il tarixində işdən çıxarıldığı gün ona əmr və əmək kitabçası verilməli olduğu halda, əmək məcəlləsinin tələbi kobud şəkildə pozulması faktı öz təsdiqini bir daha tapır. Bundan başqa, göndərilmə rəsmi şəkildə "Azərpoçt"la yox digər vasitə ilə göndərdiyini cavabdeh orqan etiraf etmişdir. İddiaçı X6 pozulmuş hüquqların müdafiəsi üçün müraciət etmiş, müraciət əsasında Əmək Müfəttişliyi tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" və "f" bəndlərinin tələblərinin pozulması, işəgötürənin qanuni mənafeyinə ciddi xələlə gətirməsi , inzibati və cinayət tərkibli əməl faktı təsdiqini tapmamışdır. Hətta yol verilmiş qanun pozuntusuna görə cavabdeh AR İXM-nin 192.6-cı maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur.xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin- şərti olaraq tərtib edilməsi haqqında Qərar qəbul olunmuşdur. DƏMX-nin Şəki-Zaqatala regioanl şöbəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 112832/2025 nömrəli göstəriş məktubu ilə Cavabdehə əmək müqaviləsinin ləğvi barədə xx.xx.2025-ci il tarixli 114/K nömrəli xitam əmrini ləğv edib nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur. Lakin dövlət orqanının göstərişinə cavabdeh məhəl qoymamışdır. Əmrdə yalnız maddə köçürülmüşdür: ƏM-nin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci1 maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) Bir daha qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdə iddiaçının hər hansı qanun pozuntusu etməsi müəyyən olunmur, sübut yoxtur. Bütün bu sadalananlara əsasən hesab edir ki, cavabdeh tərəfindən əmək Məcəlləsinin 70, 71, 72, 76, 83, 84-cü maddələrinin tələbləri pozulması məhkəmə araşdırılması zamanı tam sübuta yetirildiyindən, iddiaçını iddiası tam əsaslıdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul etməyini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 etiraz ərizələrinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən yazılı sübutlar Mədaxil elanından görünür ki, Mahmudov X5 Rayon Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş etmişdir. Pul Pal ödəniş sistemi vasitəsi ilə aparılmış köçürməyə dair qəbzdən görünür ki, Mahmudov X5 Rayon Vəkil Bürosunun hesabına 20.5 manat məbləğində ödəniş etmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 50 manat məbləğində ilkin mediasiya xərci və 10 manat məbləğində dəftərxana və kargüzarlıq xərcləri İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətində Zaqatala rayonu Satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.20255-ci il tarixli 1 nömrəli əmrindən görünür ki, Mahmudov X4 və satınalma şöbəsinə Satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. 13 yanvar 2025-ci il tarixli əmək müqaviləsinə qoşma vəzifə təlimatından görünür ki, Satınalma və logistika üzrə böyük mütəxəssisin əsas vəzifə öhdəlikləri Şöbəyə aid sənəd dövriyyəsi prosesinə nəzarət etmək; Şöbəyə daxil olan sənədləri yoxlamaq; Şöbəyə aid iclaslarda iştirak edib müzakirə olunan məsələlərin icrasını təqib etmək; Sənədlərin vaxtında və tam şəkildə maliyyə və mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək; təchizatçılarla müqavilələrin bağlanması; şirkətin ehtiyaclarının ödənilməsi istiqamətində işlərin təşkili; Sifarişlərin hazırlanması və nəzarətdə saxlanması; Satınalma sifarişləri üzrə bazar araşdırmasının aparılmasında dəstəyin göstərilməsi; qiymətlərin araşdırılması və müqayisə olunması; şirkətin tələbatı olan mal-materialların xaricdən və ölkədaxili daşınmasının təşkili; aylıq, rüblük hesabatların tərtib olunması; anbar qalıqlarına nəzarət; müəssisənin işinin fasiləsiz davam etdirilməsi məqsədi ilə tələb olunan bütün ehtiyacları vaxtında təmin etmək; sifarişlərin statuslarının qeyd olunması; sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə bir başa rəhbərinə məlumat vermək; şirkətin bölmələri ilə müntəzəm əlaqələrin təmin edilməsi, şifahi və yazılı danışıqların aparılması. "WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə X7 adlı istifadəçi aparılmış yazışmalardan çıxarışdan görünür ki, sonuncu “Evvelce danişaq burda, Men deyerem neyi necə yazaq, olar, tamam yeni dmeyim odurki qiymət melum olanda burda mene deyin danışaq sonra resmi yazarsız,Hələlik, Tamam, İlk pnce birda danışarıq, Zehmet olmazsa, Leyla xanımla nese danısmısız? Tanisliq falan var?” yazısına “Kimsəni tanımıram müəllim, Bizə mail gəlir sorğu gəlir, Bizdə sorğunu cavablandırırıq” cavabı verilmiş, qarşılığında “Onda rahat sizlə danışa bilərik, Qiymət məsələləri melum olanda, Siz önce menle qiymeti burda danışaq sora maille cavabliyariq” qarşı tərəf “Avro bahalaşıb, aradan 1 il keçib, birazdan mail yazmaq istəyirəm, Leyla xanıma, Keçən ilki qiyməti sabit saxladım. Artım olmadı” X7 cavabında “Gözləyin baxaq, Bunsırf biz istədiyimi tərkibdir? Size mende mail yaizmisam” qarşılığında “Bəli Resept 419” X7: “İddiaçı adından 38 Eurox Litr?” cavabında “1 paket 210 litrdir”, X7: “40 yaza bilirik? Teklifde, Tamam, Yazin o zaman dediyim kimi zehmt olmazsa, gönderim tesdiq, 17.10 tarixse size mektub yazmisam sorğu, 9:58 de CC de Leyla xanımda var onsuz, çünki sorğunu mən size göndərmişəm sizle danışmışam önceki alışımızdan dolayı, müəllim mən sizə litr yazmışam 40 ltrlik” cavabında “Anlamadım?” X7: “Siz səhv başa düşmüsüz, müəllimə dəmisiz oda deyir işdən çıxardın maddə ilə”. İddiaçı oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə torf alışı ilə bağlı şirkətlə aparılan danışıqda qarşı tərəfin göndərdiyi PDF sənədi açmadığını, 40 edə bilərik məsələsini isə həcm olaraq qablaşma nəzərdə tutduğunu, lakin səhv anlaşıldığını bildirmişdir. xx.xx.2025-ci il tarixli L.Mayılzadə və E.Məmmədlinin birgə verdikləri izahatdan görünür ki, onlar, aşağıda imzası olan şəxslər, bildiririk ki, Cavabdeh ASC-nin (“Cəmiyyət”) Satınalma şöbəsinin əməkdaşı İddiaçı Cəmiyyətin təchizatçısı "xxxx" MMC (“Təchizatçı”) şirkətinin nümayəndəsi ilə torf məhsulunun alınması prosesi çərçivəsində fəaliyyəti cəmiyyətin daxili satınalma prosedurlarına və etik davranış qaydalarına uyğun həyata keçirilməli olduğu halda, İddiaçı tərəfindən bir sıra prosedur pozuntulara və qeyri-etik davranış hallarına yol verilməsi barədə satınalma şöbəsinə və Cəmiyyətin rəhbərliyinə məlumat daxil olmuşdur. Qeyd edək ki, satınalma prosesi aşağıdakı mərhələləri əhatə etmişdir: Tələbatın müəyyənləşdirilməsi: Şirkətin daxili prosedurlarına əsasən, tütün əkini mövsümündən əvvəl Aqronomiya şöbəsi tərəfindən növbəti əkin ili üçün bazar təhlilinə dair sorğular formalaşdırılır. Bu məqsədlə, 15 oktyabr tarixində Şirkətin aqronomu Elnur Məmmədli tərəfindən Satınalma şöbəsinə torf məhsulunun alınması ilə bağlı rəsmi sorğu təqdim edilmişdir. Bu mərhələdə məqsəd, istehsal prosesinin davamlılığını təmin etmək məqsədilə tələb olunan məhsulun növü və miqdarını dəqiqləşdirmək olmuşdur. Texniki xüsusiyyətlərin və spesifikasiyaların hazırlanması: Aqronomiya şöbəsinin təqdim etdiyi məlumatlar əsasında məhsulun texniki xüsusiyyətləri müəyyən edilmişdir. Aqronomun 15 oktyabr 2025-ci il tarixli e-mailində də qeyd olunduğu kimi, fərqli torf brendlərinin sınaqdan keçirilməsi üçün şərait olmadığından, cari ildə istifadə edilən brendlə növbəti ildə də davam etməyin məqsədəuyğun olduğu vurğulanmışdır. Bu məqam nəzərə alınaraq, məhsulun texniki xüsusiyyətləri müəyyən edilmiş və əvvəlki illərdə tətbiq olunan eyni marka “Klassmann 419 TS1” seçilmişdir. Qeyd olunur ki, məhsulun hər bir vahidi 210 litr həcmindədir və bu göstərici əvvəlki satınalmalar zamanı tərəflər arasında olan alğı-satqı müqaviləsinə əsasən dəyişməz qalmışdır (qoşma 1). Təchizat bazarının araşdırılması və təkliflərin toplanması (RFO/RFP) Prosedur çərçivəsində bazar araşdırması aparılmış, potensial təchizatçılar və bazar qiymətləri qiymətləndirilmişdir. Eldar M. tərəfindən keçən il əməkdaşlıq edilmiş təchizatçı ilə ilkin əlaqə saxlanılmış və məhsulun texniki spesifikasiyası şirkətə WhatsApp vasitəsilə göndərilmişdir. Uzunmüddətli əməkdaşlıq münasibətlərinə əsasən, təchizatçı şirkət məhsulun 1 ədədinin (210 litr) qiymətini əvvəlki sifarişlərlə eyni saxlayaraq 38 avro olaraq təqdim etmişdir. Qiymət təklifi ilə bağlı qeyd: Təchizatçı tərəfindən təqdim olunmuş qiymət keçən ilki səviyyədə saxlanılmış olsa da, Eldar M. tərəfindən həmin qiymətin süni şəkildə artırılması təklifi irəli sürülmüşdür. Yəni, təchizatçı tərəfindən rəsmi şəkildə 38 avro qiymət təqdim edildiyi halda, Eldar M. həmin qiymətin 40 avroya qaldırılmasını təklif etmişdir. Bu hal barədə müvafiq yazışmalar mövcuddur və təqdim edilən sənədlərdə (mesajlaşma yazışmaları) öz əksini tapır. Qeyd edirlər ki, bu hərəkətin iqtisadi və ya texniki əsaslandırması mövcud olmamış, nə qablaşdırma, nə də nəqliyyat şərtlərində dəyişiklik baş verməmişdir. Satınalma şöbəsinin funksional vəzifəsinə əsasən, əməkdaşın borcu qiymətlərin azaldılmasına və qənaətə nail olmaq olduğu halda, əksinə, qiymətin süni şəkildə artırılması təklifi açıq şəkildə prosedurdan kənar davranış kimi qiymətləndirilə bilər. Nəticədə bütün bunlar İddiaçı tərəfindən daxili satınalma prinsiplərinin, etik davranış normalarının və vəzifə öhdəliklərinin pozulması kimi dəyərləndirilə bilər. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktından görünür ki, İddiaçı satınalma və logistika üzrə vəzifələrini icra edərkən qanunsuz əməl törətməyə cəhd etmiş, şirkətin maliyyə maraqlarına ciddi zərər riski yaratmış, şəffaflıq və etimad prinsiplərini kobud şəkildə pozmuş, rəhbərliyin xəbəri olmadan gizli razılaşmaya cəhd göstərmiş və satınalma qiymətlərini süni şəkildə şişirdərək şəxsi fayda əldə etməyə çalışmışdır. İddiaçı xidməti vəzifələrinin icrası zamanı təchizatçı şirkət nümayəndəsi İlə sövdələşməyə girmək niyyəti, rəhbərliyin xəbəri olmadan satınalma qiymətlərinin süni şəkildə artırılması barədə razılığa cəhd göstərməsi, Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətlərinə uyğun ola biləcək hüquqpozmalarla əlaqələndirilə bilər. Qeyd olunan hərəkətlər həm əmək intizamını, həm də şirkətin maliyyə, etik və reputasiya maraqlanın ciddi şəkildə pozmuşdur. İddiaçı qanun və qaydalara zidd hərəkətlərinin məzmunu bilavasitə icraya yönəlmiş, lakin şəxsin iradəsindən asılı olmayan səbəblərdən başa çatdınlmamış olsa belə, bu cəhd CM-nə əsasən “cinayət törətməyə cəhd” kimi hüquqi qiymət verilməsini zəruri edir. Bütün yuxanda qeyd olunan hallara əsaslanaraq, İddiaçı tərəfindən göstərilən davranışın cəmiyyətin daxili intizam qaydalannm pozulması, əmək vəzifələrinin kobud şəkildə icra edilməməsi, vəzifə səlahiyyətlərindən sui- İstifadə və korrupsiya əlamətləri daşıyan hüquqpozma cəhdi kimi qiymətləndirilməsi tam əsaslıdır. Buna görə də, İnsan Resurslan və Maliyyə-Mühasibatlıq şöbələrinin tövsiyəsi ilə Əmək Məcəlləsinin 70(ç), 72(e) və 72(f) maddələrinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi, həmçinin mövcud qaydalar çərçivəsində müvafiq hüquqi tədbirlərinin tətbiqi tövsiyə olunur. Eyni zamanda, qeyd olunan hallar həm intizam xarakterli, həm də inzibati və cinayət tərkibli məsuliyyət tədbirləri üçün hüquqi baza yaradır və bu barədə müvafiq orqanlara məlumat verilməsi məqsədə uyğundur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 114/K nömrəli əmrindən görünür ki, İddiaçı ilə xx.xx.2025-ci il tarixindən ARƏM-nin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Satıcı "xxxx" MMC ilə alıcı Azərtütün ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilədən görünür ki, Satıcı Müqavilənin ayniznaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/və ya əlavələrində (bundan sonra birlikdə “Əlavələr") göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik m allan (bundan sonra birlikdə “Mallar”) istifadə məqsədləri üçiin yararlı balda Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malları təhvil alıb dəyərini bu Müqavilə və/və ya Əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 13 yanvar 2025-ci il tarixli əmək müqaviləsinə 2 nömrəli əlavə olan Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İşçi aşağıdakı tələbləri yerinə yetirməyi öhdəsinə götürür: Etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; İşəgötürənin iş yerində olan, İşçinin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməli, zədələnməsinə, məhv olmasına şərait yaradan şəkildə istifadəyə özü tərəfindən və ya onun tərəfindən üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsini təmin etməlidir; Əmək və istehsal intizamına, informasiya təhlükəsizliyi, təhlükəsizlik texnikası və yanğından əmək mühafizə qaydalarına riayət etməli. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f bəndlərinə istinad olunsa da, bu maddənin tələblərinin pozulmasını sübut edən sənədlər, yəni əmək funksiyanızı kobud şəkildə pozulması səbəbindən işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi, inzibati və cinayət tərkibli əməl faktını təsdiq edən sənədlər təqdim edilməmişdir. Yol verilmiş qanun pozuntusuna görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinin tələbinə uyğun olaraq tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol əsasında tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən X8 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin xx.xx.2025- ci il tarixli 3-17-5/2-112832/2025 nömrəli göstəriş məktubu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə 30 (otuz) gün müddətində əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli 114/K nömrəli xitam əmrini ləğv edib nəticəsi barədə X8 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh «Azərtütün” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. «Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin 17 oktyabr 2025-ci il tarixli 114/K nömrəli əmri ilə İddiaçı ilə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr əsaslandırılmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f bəndlərinə istinad olunsa da, bu maddənin tələblərinin pozulmasını sübut edən sənədlər, yəni əmək funksiyanızı kobud şəkildə pozulması səbəbindən işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi, inzibati və cinayət tərkibli əməl faktını təsdiq edən sənədlər təqdim edilmədiyindən, yol verilmiş qanun pozuntusuna görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol əsasında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iddia tələbinin «Azərtütün” Açıq Səhmdar Cəmiyyətin xx.xx.2025-ci il tarixli 114/K saylı əmrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, cavabdehin qeyd olunan əmrində əmək müqaviləsinin xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilsə də əmrdə əmək müqaviləsinin xitam verilməsinin konkret əsası qeyd edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək müqaviləsinə xitam verilməsinin 3 fərqli əsası qeyd edilmişdir, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Eyni zamanda, cavabdeh «Azərtütün” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli 114/K saylı əmri əmək qanunvericiliyinin normalarına zidd olaraq qəbul etdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş və əmrin ləğv edilməsi öhdəliyi onun üzərinə qoyulmuşdur. Qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Məhkəmə onu qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud səhvlərin və hüquq pozuntularının onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, əmrdə məhz hansı pozuntuya yol verildiyi və bunun işəgötürən üçün hansı nəticələr doğurduğu qeyd edilməmiş və əmrin qəbul edilməsinə əsas olmuş hallarda qeyd edilməmişdir. Məhkəmə işin hallarını yuxarıda qeyd olunan normaların tələbləri baxımından araşdıraraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilən halların hər birini təhlil edərək cavabdehin əsaslandığı halların sübuta yetirilmədiyi qənaətindədir. Məhkəmə araşdırması zamanı iddiaçının işdən azad olunmasına dair 17 oktyabr 2025-ci il tarixli 114/K nömrəli əmrdə əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində göstərilmiş nöqsanların heç birinin iddiaçı tərəfindən törədilməsi aşkar edilmədiyindən və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 17 oktyabr 2025-ci il tarixli 114/K nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq 71-ci maddəsində müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən qəbul edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 17 oktyabr 2025-ci il tarixli 114/K nömrəli əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsi ilə işəgötürən tərəfindən işçi ilə olan əmək münasibətlərinə əmək müqaviləsinin ləğv olunma əsaslarına və qaydalarına əməl etmədən xitam verildiyi halda əmək mübahisəsini həll edən məhkəmənin iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmalı olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” 17 oktyabr 2025-ci il tarixli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənməklə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsi üzrə işə bərpa edilməlidir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 320.5 manat xidmət haqqının cavabdehdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. İddiaçı ilkin mediasiya xərci olaraq ödədiyi 60 (altmış) manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” 17 oktyabr 2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsi üzrə işə bərpa edilsin. 60 (altmış) manat ilkin mediasiya xərci və 320.50 (üç yüz iyirmi manat əlli qəpik) manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqqı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənisin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-1481/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1481/2025
07.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver