Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-163/2023 07.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1, İddiaçı Soltanməcid oğlunun, Cavabdeh1 nümayəndəsi Vəkil və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3, X11, X7 və X4 ümumi birgə mülkiyyətində Zaqatala rayonu Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına əsasən yuxarıda adları çəkilən şəxslərin ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları 19 may 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində 2001-ci ildə özbaşına tikili inşa olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlu qeyd olunan torpaq sahəsini və üzərində yerləşən özbaşına tikilini (inşaat materialı kimi qiymətləndirərək) 2003-cü ildən yuxarıda adı çəkilən şəxslərdən almışdır. Lakin, qeyd olunan vaxt torpağın sənədi olmadığı üçün həmin şəxslərlə aralarında rəsmi notarial müqavilə 04 oktyabr 2017-ci il tarixdə bağlanmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hüquqları 07 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, X3, X11, X7, X8, o cümlədən, Cavabdeh1 M ahmud qızı 04 oktyabr 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində iddia qaldırmış, lakin, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi ilə iddia əsassız olduğu üçün təmin olunmamış və iş üzrə iddiaçılar X3, X11, X7, X8 bununla razılaşmışdırlar. Bununla belə Cavabdeh1, torpaq sahəsinin mülkiyyətçiləri olan - X3, X11, X7, X4 razılığı və xəbəri olmadan onların imzalarını saxtalaşdırmaqla apellyasiya şikayəti tərtib etmiş və həmin şikayəti Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsində işin baxılması mərhələsində, torpaq sahəsinin mülkiyyətçiləri olan - X3, X11, X7, X8 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək imzalarının saxtalaşdırıldığını, həmin imzaların onlara məxsus olmadığını bildirmişdirlər. Bundan sonra Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi 04 iyul 2018-ci il tarixli, 2(107)- 1345/2018 saylı qərardadı ilə X3, X11, X7 və X5 münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Hazırki iş üzrə iddiaçı Cavabdeh1 münasibətdə isə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)- 1345/2018 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)- 1345/2018 saylı qətnaməsindən hazırki iş üzrə Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(102)-8583/2018 iş nömrəli qərarı ilə torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə keçdiyini nəzərə alaraq kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətində (səh.-2, abz.-6) də qeyd edir ki, Cavabdeh1 qeyd edir ki, onda olan məlumata görə onun keçmiş həyat yoldaşı Məmməd Məmmədov adlı şəxs həmin torpaq sahəsini onlar evlənməmişdən 2(iki) il əvvəl almış və orada fərdi yaşayış evi inşa etmişdir. Evin divarları və damı hazır olsa da, içinin təmir işləri Məmməd Məmmədovun birgə nikahda olduqları dövrdə həyata keçirilmişdir. İddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hazırki iddiayla məhkəməyə müraciət etməsinin səbəbi, mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi ilə bağlıdır. Belə ki, həmin tikili iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə maneçilik törədir. Həmçinin qeyd olunan tikili inşaat norma və qaydalarına uyğun olmamaqla yanaşı, ətrafdakılar üçün təhlükəlidir. Belə ki, həmin tikili istənilən vaxt orada olan şəxslərin üzərinə aşa bilər. İddia ərizəsinə əlavə edilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsinin təyinatı – kənd təsərrüfatı, məqsədli istifadə növü isə - çoxillik əkmələridir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmənin icraatında olan hazırkı işə baxılanda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqlar;-X9 və X10 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, xüsusi mülkiyyətində olan, 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 3.600 manat (36 ay x 100 manat) kompensasiya verməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tələb üzrə İddiaçı hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsindən və üzərindəki mövcud tikilidən kompensasiya verilmədən çıxarılmalarına dair Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən- tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin qətnamə AR Ali Məhkəməsinin xx.xx.2022-d il tarixli, 2(102)-4520/2020 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Beləlikə, məhkəmə cavabdehlərə xüsusi mülkiyyətində olan torpaq sahəsində mövcud tikilidə dolayısı ilə yaşamaq hüququ vermişdir. Qeyd edir ki, məhkəmənin qətnaməsi ilə tərəflərin arasındakı müdahisə həll edilməmiş, əksinə daha da mürakkəb vəziyyət yaranmışdır. Tikili yerləşən torpaq sahəsi onuun xüsusi mülkiyyətindədir. Tikiliyə isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da buna "gözlənti" hüququ ona məxsusdur. Məhkəmə qətnaməsinə görə cavabdehlər xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılsa da üzərindəki tikilidən çıxarılmamalıdırlar. Başqa sözlə cavabdehlər onun mülkiyyətindəki torpaqdan keçməklə üzərindəki, onun sahibliyində və qanuni istifadəsində olan tikilidə onunla bərabər yaşamalıdırlar. Həmçinin tərəfin torpaq sahəsindən keçməsinə etiraz etdikdə, bu servitut verilməsi ilə bağlı daha bir yeni məhkəmə mübahisəsinin başlanması üçün əsas yaratmış olacaqdır. Mövcud məhkəmə qətnaməsi ilə tərəflərin arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı mübahisə həll edilməmiş, qeyd etdiyi kimi daha mürəkkəb vəziyyətə gətirilmişdir. Hesab edir ki, hazırkı mübahisə qanun qüvvəsini almış məhkəmə qətnaməsi, tərəflərin qanuni mənafeləri nəzərə alınmaqla, ədalətlə həll edilməlidir. Cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən və onun istifadəsində və sahibliyində olan tikilidən çıxarılmalarını (kompensasiya verilmədən) məhkəmə qismən-tikili ilə bağlı qəbul etməmişdir. Cavabdehlərin tikilidə yaşamaq imkanı onun mülkiyyət hüququ ilə eyniləşdirilməməlidir. Hazırda aralarındakı mübahisəni nəhayət və birdəfəlik həll etmək üçün, mülkiyyətçi hüququndan istifadə istifadə edərək, cavabdehlərin yaşayış sahəsinə ehtiyacları olmasa da kompensasiya verməklə məhkəmə tərəfindən tanınmış hüquqlarına xitam , verilməsi qərarına gəlmişdir. Kompensasiya ifadəsinin hərfi mənası "əvəz" kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur. Kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə "imkanın əvəzləşdirilməsi" başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra "imkana" uyğun olan "əvəz" müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir; mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Qeyd edirə ki, tərəfindən mütəxəssisə müraciət edilmiş və müvafiq rəy alınmışdır. Rəyə görə mübahisəli tikilinin bazar dəyəri 32.800 manat (torpaq sahəsi ilə birlikdə), oxşar yaşayış sahəsinin həmin ərazidə kirayə haqqı isə 100,0 manat təşkil edir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, yaşayış sahəsindən başqa şəxsin istifadə hüququnun olması əmlakın yüklülüyü deməkdir, əmlakını yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. O mülkiyyətçi olaraq "kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə" iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək, 3-cü şəxslərin hüquqlarından azad etmək istəyir. Məhkəmə İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hər iki mülki iş eyni tərəflər arasında olan eyni növlü iş olduğundan bu işlərin birləşdirilməsini məqsədə müvafiqdir . Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Soltanməcid oğlu, Cavabdeh1 nümayəndəsi Vəkil və cavabdeh X6 ayrı ayrılıqda hər iki mülki işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 169.3-cü maddəsinə əsasən həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Hər iki mülki iş araşdırılarkən müəyyən edildi ki, onlar bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məhkəmə hesab edir ki, 2(033)-163/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki iş 2(033)-40/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydyyat nömrəsi yəni, 2(033)-40/2023 qeydiyyat nömrəsi verilməklə baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 - 264-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Zaqatala Rayon Məhkəməsində 2(033)-163/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki iş 2(033)-40/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-40/2023 qeydiyyat nömrəsi verilməklə baxılsın. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-163/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-163/2023
07.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver