Məhkəmə qərarları › İş №e-2(033)-1636/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1636/2025

28.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1636/2025 28.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 Zaqatala X5 İdarəsinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 14-2-2-7/3-1K-630/2025 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunduğum günədək məcburi işburaxma (boşdayanma) müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə Şəki rayonu üzrə Qəza-dispetçer xidmətinin 5-ci dərəcəli qaz paylayıcısı stansiyasının operatoru işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ilkin izahat verərək işdən azad edilməsi ilə razı olmadığını bildirmişdir. Uzun illər operator vəzifəsində çalışıb. İmtahan zamanı kompyuteri bilmədiyini və ilk başdan düzgün məlumatlandırılmadığı üçün imtahan suallarının hamısını cavablandıra bilmədiyini bildirmişdir. Onu Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxartsalar da, yerinə başqa işçi götürülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 İB-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddiaçı ərizəsində müstəsna aidiyyat qaydalarına istinad etmişdir. Lakin, hazırki işin aidiyyəti Azərbaycan Respublikası Dövlət Nedt Şirkəti Cavabdeh1 ünvanı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsidir. Bununla bağlı Zaqatala rayon Məhkəməsini icraatında olmuş əvvəlki işlə bağlı da aidiyyət məsələləri üzrə fikir ayrılığı olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(103)-6939/2025 nömrəli qərardadı qəbul edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq işin ərazi aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 İB ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2-ci və 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci madəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin ünvanı Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsi 23 olduğundan, hazırki iddiaya Zaqatala Rayon Məhkəməsində baxılması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 İB-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş cavabdeh hüquqi şəxsin ünvanı üzrə yerin məhkəməsində, yəni, Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 İB-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar