Məhkəmə qərarları › İş №e-2(033)-1662/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1662/2025

04.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1662/2025 04.03.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət Neft Şirkəti, Cavabdeh, X2 İstimarı İdarəsi ilə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı 02 dekabr 2025-ci il tarixli, 14-2-2-7/3-1K-703/2025 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəmə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ilkin izahat verərək işdən azad edilməsi ilə razı olmadığını bildirmişdir. Uzun illər müxtəlif vəzifələrdə vəzifələrdə çalışıb. 29 sentyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkəti, Cavabdeh, X2 İstimarı İdarəsinin rəisi ona rəsmi xəbərdarlıq məktubu göndərərək, Birliyin təşkilati strukturunda dəyişiklik edilməsi ilə əlaqədar olaraq ştatının ixtisar olunduğunu bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh İB, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə xx.xx.2026-cı il tarixə, saat 10:15 ə təyin edilmiş hazırlıq iclasının iştirakı olmadan keçirilməsini (digər məhkəmə prossesində iştirak edilməsi səbəbindən), əvvəlki tarixdə məhkəmə aidiyyatı ilə bağlı verilmiş vəsatətin müzakirə olunmasını və təmin edilərək mülki işin baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2-ci və 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci madəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin ünvanı Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsi 23 olduğundan, hazırki iddiaya Zaqatala Rayon Məhkəməsində baxılması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş cavabdeh hüquqi şəxsin ünvanı üzrə yerin məhkəməsində, yəni, Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar