Məhkəmə qərarları › İş №e-2(033)-180/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-180/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-180/2024 23.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh2 nümayədəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik hüqununun müəyyən edilməsi” tələbinə və Cavabdeh2 İddiaçı, Zaqatala rayon 2 saylı Notariat Ofisi və üçüçncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “miras üzərində qanun üzrə payın müəyyən edilərək vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik hüqununun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum babası X15 və mərhum nənəsi X1 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı və **********78 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum babası X7 məxsus hissə tam pay üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi, mərhum babası X15 və mərhum nənəsi X1 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı və **********78 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum nənəsi X8 məxsus hissədən mərhum atası X9 çatmalı olan 1/2 pay üzərində qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia məhkəmənin icratına qəbul edilmiş və e-2(033)-180/2022 sayla qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum babası X15 və mərhum nənəsi X10 ümumi mülkiyyətində olmuşdur. X24 özünə məxsus bütün əmlakları ona vəsiyyət etməsi barədə 05 dekabr 2006-cı il tarixdə vəsiyyətnamə qoymuş, vəsiyyətnamə X25 tərəfindən təsdiq olunmuşdur. Mərhum atası X16 22 noyabr 2006-cı il tarixdə, mərhum babası X15 27 aprel 2007-ci il tarixdə, mərhum nənəsi X20 22 sentyabr 2007-ci il tarixdə vəfat etmişlər. 04 fevral 2013-cü il tarixdə Cavabdeh2 anası X3 miras qalmış Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv.metr kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair qanun üzrə X18 şəhadətnamə verilmişdir. Belə ki, mərhum babası X15 05 dekabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, ona məxsus olmuş bütün əmlakları ona vəsiyyət etmişdir. Mərhum nənəsi X8 münasibətdə isə, atası X16 22 noyabr 2006-cı il tarixdə, yəni, valideyinləri olmuş 27 aprel 2007-ci il tarixdə ölmüş atası - X2 və 22 sentyabr 2007-ci il tarixdə ölmüş anası - X1 əvvəl öldüyü üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən o, nənəsinin də birinci dərəcəli vərəsəsi hesab olunur. Qeyd olunan torpaq sahələrindən JN seriyalı 342A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən mərhum babası X15 və mərhum nənəsi X4 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair babası X2 qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, 29 iyul 2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli “Vəsiyyətnamə üzrə X18 şəhadətnamə” verilmişdir. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, 2019-cu ildə mərhum babası X15 və mərhum nənəsi X1 miras qalmış digər daşınmaz əmlaklar, yəni, **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarımı tanıtmaq istədikdə məlum olmuşdur ki, əmisi iş üzrə Cavabdeh2 04 fevral 2013-cü il tarixdə qanunsuz yollarla mərhum babası X15 və mərhum nənəsi X1 miras qalmış həmin əmlaklara öz adına 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli “Qanun üzrə X18 şəhadətnamə”lər almış və həmin əmlaklar üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bununla bağlı olaraq məhkəməyə müraciət edərək 2019-cu ilin noyabr ayında cavabdehlər Cavabdeh2 və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli “Qanun üzrə X18 şəhadətnamə”lərin qanunsuz və əsassız olaraq verilməsi səbəbindən etibarsız sayılması və həmin əmlaklar üzərində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək bələdiyyə tərəfindən təsdiq edilmiş 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamədəki imzanın Hacıömər Ərəbova məxsus olmamasını, mübahisə predmeti olan 0,20 ha torpaq sahəsinin Hacıömər və Kəlmət Ərəbovlara məxsus olmasını, 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə X18 şəhadətnamənin onun məcburi pay hüququnun nəzərə alınmadan verilməsini və s. əsas göstərməklə 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, 0,20 ha torpaq sahəsinə dair iddiaçının adına verilmiş 29 iyul 2009-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Reyestrdən Çıxarışın, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-153/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun ilk iddiası təmin edilmiş və qarşılıqlı iddia isə rədd olunmuşdur. Bundan sonra ilkin iddia tələbi üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən - qətnamənin qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, qarşılıqlı iddianın qismən təmin edilib X15 tərəfindən 0,20 ha torpaq sahəsinin İddiaçı vəsiyyət etməsi ilə əlaqədar verilmiş 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə X18 şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1322/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı ilə onun və Cavabdeh2 kassasiya şikayətləri təmin edilərək qətnamə (qarşılıqlı iddiaya münasibətdə) ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1211/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)- 153/2020 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 7085/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ilə İlkin iddia tələbi üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1211/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməyisinin səbəbi mərhum babası X2 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vəsiyyətnamə üzrə tam vərəsəlik hüququnun, eyni zamanda mərhum nənəsi X1 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlıdır. İddiaçı Cavabdeh2 İddiaçı, Zaqatala rayon 2 saylı Notariat Ofisi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “miras üzərində qanun üzrə payın müəyyən edilərək vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, DƏDRX-dən verilmiş, 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində X5 və X10 adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyest nömrəsi **********28 olan 0,14 sot torpaq sahəsinin, DƏDRX-dən verilmiş, 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində X5 və X10 adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********78 olan 0,3374 ha torpaq sahəsinin mərhum X7 məxsus hissəsinin yarısı üzərində, X13 məxsus torpaq sahəsinin isə tam olaraq üzərində qanun üzrə vərəsəlik hüququnun Cavabdeh2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia məhkəmənin icratına qəbul edilmiş və e-2(033)-198/2024 sayla qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X15 xx.xx.2007-ci il tarixdə, anası X20 isə xx.xx.2007-ci il tarixdə ölmüşdür. Mərhumlardan Zaqatala rayon Aşağı Tala kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Torpaq sahəsinin biri: DƏDRX-dən verilmiş 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyest nömrəsi **********28 olan 0,14 sot torpaq sahəsi və 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********78 olan 0,3374 ha torpaq sahəsindən ibarətdir. Həmin torpaq sahələri mərhumlar X15 və X10 ümumi birgə mülkiyyəti olmuşdur. Həmin torpaq sahələri üçün Cavabdeh2 verilmiş qanun üzrə X18 şəhadətnamələr Zaqatala rayon məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmişdir ona görə ki, mərhum Hacıömər Ərəbov nəvəsi - cavabdeh İddiaçı özünə məxsus torpağı vəsiyyət etmişdir, yəni Hacıömər Ərəbova məxsus olan hissədə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ olduğuna görə və miras əmlak üzərində vərəsələrin arasında paylara dair mübahisə olduğuna görə qeyd edilən miras əmlak üzərində payların müəyyən edilməsi vərəsəlik hüququnun verilməsi məhkəmə qaydasında aparılmalıdır. Qeyd etdiyi faktlar iddia ərizəsinə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1211/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Qeyd olunan qanuna istinad edərək və adı çəkilən məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alaraq, eyni zamanda hazırki iddia ərizəsində göstərilən və istinad edilən hallar həmin qətnamədə qeyd olunduğuna görə iddiaçının doğumu haqqında sənəd, iddiaçının valideynlərinin ölümü haqqında sənəd, iddiaçının valideynlərinin ölümündən sonra vərəsələrinin dairəsinə dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmin faktlar adını çəkdiyi Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə sübuta yetirilmişdir. Hazırki iddiaya baxarkən məhkəmə qeyd olunan faktları həmin qətnamədən, eyni zamanda həmin işi məhkəmənin arxivindən əldə edərək istifadə etmək yolu ilə həqiqətə nail ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, müraciət edən şəxslərin vərəsə olması, mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Hazırki işdə də notarius vərəsələr arasında mübahisə olduğunu və payın müəyyən edilməsində razılığa gəlmədikləri üçün məhkəməyə müraciət etmək üçün onlara məktub vermişdir. Bundan başqa notariusun Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ünvanladığı məktubdan da görünür ki, iddiaçı mərhumların birinci növbədə vərəsələridir. Qanunun tələbinə görə Hacıömər Ərəbov öz əmlakını, torpağını cavabdeh İddiaçı vəsiyyət etsə də, iddiaçı Cavabdeh2 Hacıömər Ərəbovdan miras qalmış torpaq sahəsində məcburi payı vardır. Yəni vəsiyyətnamə olmasa idi, Hacıömər Ərəbovdan miras qalmış torpaq sahəsi bütövlükdə Cavabdeh2 verilməli idi. Vəsiyyətnamə olduğuna görə Hacıömər Ərəbovdan miras qalmış torpaq sahəsinin yarısı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ əsasında keçməlidir. İddiaçının anası Kəlmət Ərəbovanın isə heç bir vəsiyyətnaməsi olmadığına görə ondan miras qalmış torpaq sahəsi bütövlükdə Cavabdeh2 keçməlidir. Deməli, DƏDRX-dən verilmiş 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində X5 və X10 adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********28 olan 0,14 sot torpaq sahəsinin və 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********78 olan 0,3374 ha torpaq sahəsinin mərhum X7 məxsus hissəsinin yarısı üzərində, X13 məxsus torpaq sahəsinin isə tam olaraq üzərində qanun üzrə vərəsəlik hüququ Cavabdeh2 verilməlidir. İşlər bir-biri ilə əlaqəli оlduğundan və İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik hüqununun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(033)-180/2022 saylı iş məhkəmənin icraatına ilkin olaraq qəbul edildiyindən Zaqatala Rayon Məhkəməsinin e-2(033)-198/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş, işə 2(033)-180/2024 qeydiyyat nömrəsi verilmiş, məhkəmənin icraatına ilkin olaraq qəbul edilmiş işə uyğun оlaraq İddiaçı, Cavabdeh2 cavabdeh sayılmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının mərhum babası və nənəsindən iki torpaq sahəsi miras qalmışdır. Bu torpaq sahələri Aşağı Tala kəndində yerləşməklə 0,1463 ha həyətyanı və 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Bu torpaqların hər birinə vəsiyyətnamə mövcuddur. Vəsiyyətnamə üzrə X18 şəhadətnamə və onun əsasında verilmiş Çıxarış ləğv edilmişdir. Notariat Ofisi iddiaçıya vərəsələr arasında mübahisə olduğu üçün payla bağla bağlı məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Hal-hazırda torpaq sahəsi mərhum X20 və mərhum X5 mülkiyyətindədir. İddiaçı hazırda mərhum X24a məxsus hissədə tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, mərhum nənəsi X13 məxsus hissədən mərhum atası X9 çatmalı olan ½ pay üzərində qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsini istəyir. X21 miras qalmış torpaq sahəsinin ½ hissəsini Cavabdeh2 qəbul etmişdir. İddiaçı bacı qardaşları olsa da mərhumlardan qalmış miras əmlakı o və Cavabdeh2 qəbul etmişdir. İddiaçının baçı-qardaşları hazırda onlara düşəcək paydan imtina etməyə razıdırlar. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarına əsasən bütün vərəsələr miras əmlakdan pay almalıdır. Varislər paylarından 3 ay müddətində imtina etməlidirlər, etmədikləri halda isə mirası qəbul etmiş sayılırlar. Bu torpaq sahələrindən başqa 20 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsinə vərəsəlik hüquququ haqqında şəhadətnamə qüvvədə qalmışdır. Həm İddiaçı aid hissədə, həm də Cavabdeh2 aid hissədə qüvvədə qalmışdır. X22 miras qalmış torpaq sahələrindən cavabdehə ½ hissə məcburi payın ayrılmasına razıdır. X11mış torpaq sahələrindən cavabdehə məcburi pay verilməməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayədəsi Vəkil3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mərhum Hacıömər Ərəbor vəsiyyətnamə üzrə əmlakını iddiaçı Faiq Ömərova vəsiyyət etmişdir. Cavabdeh2 miras əmlakı qanun üzrə qəbul etmişdir. İddiaçının atası Famil Ərəbov valideynləri vəfat etdikdən sonra vəfat etmiş və onlardan qalmış mirası qəbul etməmişdir. İddiaçı Notariat Ofisinə müraciət edərək atasına qalmış miras payı deyil, nənə babasından ona vəsiyyətətnamə üzrə vəsiyət edilmiş payını istəmişdir. Əvvəllər fərdi yaşayış evinə görə necə bölünmə getmişdirsə, torpaq sahələri də eyni qaydada tərəflər arasında bölünməlidir. Hacıömər Ərəbovdan miras qalmış torpaq sahələri vəsiyyətnamə üzrə bölünərək yarı pay iddiaçıya, qalan pay isə Cavabdeh2 verilməlidir. X12mış miras əmlakdan isə bütöv pay Cavabdeh2 çatmalıdır. Belə ki, iddiaçının mərhum atası Famil Ərəbov valideynlərindən miras qalmış heç bir əmlakı qəbul etməmişdir. O, iddia qaldırdığı zaman Konstitusiya məhkəməsinini iddiaçının qeyd etdiyi qərarı mövcud olmamışdır, lakin hazırda həmin qərar nəzərə alınaraq cavabdehə mərhum Hacıömər Ərəbovdan miras qalmış torpaq sahələrindən vəsiyyətnamə olduğundan ¼ hissə, X22 isə miras qalmış torpaq sahələrindən ½ hissə məcburi payın müəyyən edilməsini xahiş edir. İddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə iştirakalrı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala rayonu Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 10 aprel 2022-ci il tarixli 388 saylı məktudan görünür ki, “mərhum 27 aprel 2007-ci il tarixdə ölmüş baba X2 və 22 sentyabr 2007-ci il tarixdə ölmüş nənə X3 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə 04 fevral 2013-cü il tarixdə 2V-37,38,39,40 reyestr nömrələri ilə Cavabdeh2 X18 şəhadətnamə verilmişdir. 24 fevral 2020-ci il tarixdə Zaqatala rayon məhkəməsinin qətnaməsindən çıxarışa əsasən 2V-37,38,39,40 reyestr nömərli X18 şəhadətnamələr ləğv edilmişdir. Siz mərhum 27 aprel 2007-ci il tarixdə ölmüş baba X2 (vısiyyətnamə üzrə) və 22 sentyabr 2007-ci il tarixdə ölmüş nənə X3 (qanun üzrə) miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə bütöv hissəsinə X18 şəhadətnamə verilməsini xahiş edirsiniz, mərhumların digər vərəsələrə pay verilməsinə etiraz edirsiniz. Notariat Haqqında Qanunun 40-cı maddəsinə əsaslanaraq vərəslər arasında mübahisə olduqda vərəsəlik işini notariat qaydada həll edilıə bilməməsi bildirilir”. 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-58 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə X18 şəhadətnamədən görünür ki, İddiaçı Famiıl oğluna mərhum X7 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə X18 Şəhadətnamə verilmişdir. 05 dekabr 2006-cı il tarixdə Zaqatala rayonu X19 təsdiq edilmiş V-51 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan X15 ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını İddiaçı vəsiyyət etmişdir. Zaqatala rayon məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 saylı qətnaməsindən görünür ki, ilk iddia təmin edilərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X18 şəhadətnamələr etibarsız hesab edilmiş, onların əsasında iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və qarşılıqlı iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu X19 xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş X5 İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 1 saylı X14, xx.xx.2009-cu il tarixdə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş X7 məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X18 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə X18 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli 2(107)- 1211/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli 2(102)-7085/2021 saylı qərarından görünür ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1211/2021 saylı iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın və AN 726640 nömərli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətidən surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın və AN 726639 nömərli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətidən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala RİHB-ın Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-1N 241311, AZ-1264364 və AZ-1 209265 saylı ölüm haqqında şəhadətnamələrin surətindən gprünür ki, X17 xx.xx.2007-ci il tarixdə, X15 xx.xx.2007-ci il tarixdə, X16 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Zaqatala rayonu Notariat Ofisi tərəfindən Cavabdeh2 ünvanlanmış 02 noyabr 2023cü il tarixli 1200 saylı məktubdan görünür ki, “Siz mərhum 27 aprel 2007-ci il tarixdə ölmüş baba X2 və 22 sentyabr 2007-ci il tarixdə ölmüş nənə X3 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahələrinə pay verilməsini xahiş edirsiniz. Eyni zamanda mərhumun digər vərəsələri (övladları) ilə aranızda mübahisə olduğunu və payın müəyyən edilməsinı razılığa gəlmədiyiniz üçün məhkəməyə müraciət etmək istədiyinizi bildirirsizniz. Notariat Haqqında Qanunun 40-cı maddəsinə əsaslanaraq vərəslər arasında mübahisə olduqda vərəsəlik işini notariat qaydada həll edilə bilməməsi bildirilir”. 09 oktyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. 04 dekabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Vəkil3 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kоnstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, habelə miras qоyanın əmlakının istər qanun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlakı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 206.1-ci maddəsinə əsasən əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. 206.2-ci maddəsinə əsasən mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86 -ci maddəsinin 4-cü hissəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, X15 və X17 nikah münasibətində оlmuşlar. Оnların nikahından Cavabdeh2 və X16 dоğulmuşdur. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 saylı qərarı ilə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,40 ha torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,15 (0,1463 ha) ha torpaq sahəsi və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 0,3374 ha torpaq sahəsi X15 ilə X4 ümumi birgə mülkiyyətinə verilmişdir. X16 xx.xx.2006-cı il tarixdə ölmüşdür. X15 xx.xx.2006-cı il tarixli vəsiyyətnamə ilə Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını X6 оğlu- özünün nəvəsi İddiaçı vəsiyyət etmişdir. X15 xx.xx.2007-ci il tarixdə, X17 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Оnların ölümündən sоnra ümumi birgə mülkiyyətlərində оlan bərabər (1/2 hissə (yuvarlaq оlaraq 4/8 hissə)) payları miras qalmışdır. Hazırkı mübahisənin predmeti mirasqоyanların Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi birgə mülkiyyətlərində оlan ümumi sahəsi 0,1463 ha olan həyətyanı və ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələridir ki, həmin əmlaklarda da miras qоyanların payları bərabər оlaraq 1/2 hissə (yuvarlaq оlaraq 4/8 hissə) təşkil edir. Məhkəmə оnu qeyd etməyi zəruri sayır ki, X5 özünə məхsus əmlaklarını İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin məzmunundan asılı olmayaraq Rusiya Federasiyasının vətəndaşı оlan Cavabdeh2 atasından qalan mirasda məcburi payı vardır. Eyni zamanda X17 ərindən qalmış miras qəbul edilənədək öldüyündən, bununla da оnun mirasdan pay almaq hüququ vərəsələrinə keçdiyindən, X5 bərabər pay hüquqlu vərəsələri Cavabdeh2 və mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni sağ olmayan İddiaçı sayılır. Belə оlan halda, Cavabdeh2 X2 qalan mirasın qanun üzrə vərəsəlik qaydasında bölünməsi zamanı ona çatası mirasın (2/8 hissənin) yarısı оlaraq 1/8 hissəsinə məcburi payı var. Оdur ki, X2 qalmış ümumi birgə mülkiyyətdəki tоrpaq sahələrinin 4/8 hissəsinə paydan ibarət mirasda İddiaçı payı vəsiyyət üzrə vərəsə оlaraq 3/8, Cavabdeh2 payı isə məcburi pay оlaraq 1/8 hissədə müəyyən edilməlidir. Məhkəmə X4 əmlaklarını vəsiyyət etmədiyini nəzərə alaraq belə hesab edir ki, оndan qalan miras qanun üzrə vərəsəlik qaydasında bölünməli, bu zaman оnun bərabər pay hüquqlu vərəsələrinin Cavabdeh2 və mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni sağ olmayan İddiaçı оlması nəzərə alınaraq, X1 qalmış ümumi birgə mülkiyyətdəki tоrpaq sahələrinin 4/8 hissəsinə paydan ibarət mirasda Cavabdeh2 və İddiaçı hər birinin payları 2/8 hissədə müəyyən edilməlidir. Hər iki iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə оnu da qeyd etməyi zəruri sayır ki, Rusiya Federasiyasının vətəndaşı оlan Cavabdeh2 izah edilməlir ki, о, əcnəbi оlduğundan, qanunla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqların mülkiyyət hüququ ilə verilməsi qadağan оlduğundan, qanunun yol verdiyi vərəsəlik hüququ əsasında mülkiyyətinə düşmüş həmin tоrpaq sahəsindəki payını mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Əks halda, mülkiyyətinə düşmüş tоrpaq sahəsi, xarakteri və təyinatı nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu Cavabdeh2 veriləcək və ya dövlət mülkiyyətinə verilərək dəyəri оna ödəniləcək. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılacaq. Məhkəmə həmçinin hesab edir ki, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən, həmin xərclər tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Hər iki iddia qismən təmin edilsin. **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı və **********78 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum X7 məxsus 4/8 paydan ibarət mirasda, İddiaçı payı vəsiyyət üzrə vərəsə оlaraq 3/8, Cavabdeh2 payı isə məcburi pay оlaraq 1/8 hissədə müəyyən edilsin. **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı və **********78 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum X8 məxsus 4/8 paydan ibarət mirasda Cavabdeh2 payı 2/8, İddiaçı payı 2/8 hissədə müəyyən edilsin. Hər iki iddia qalan hissədə rədd edilsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Cavabdeh2 əcnəbi (Rusiya Federasiyasının vətəndaşı) оlduğundan, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən mülkiyyətinə düşmüş ümumi sahəsi 0,1463 ha olan həyətyanı və ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki payını mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Əks halda, mülkiyyətinə həmin sahələr, xarakteri və təyinatı nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu Cavabdeh2 veriləcək və ya dövlət mülkiyyətinə verilərək dəyəri оna ödəniləcək. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılacaq. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar