Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-196/2025 16.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı cavabdeh X4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iş üzrə cavabdeh Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızının və himayəsində olan yetkinlik yaşına çatmayan X7 və X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Zaqatala şəhəri, M.Nəzirova küçəsi-13 ünvanında fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə cavabdeh Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızı, onun himayəsində olan yetkinlik yaşına çatmayan X7 və X8 qeyd olunan fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Halbuki, Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızı və onun himayəsində olan yetkinlik yaşına çatmayan X7 və X8 qeyd olunan evdən 2021-ci ilin avqust ayından çıxmış və özlərini yeni yaşayış sahəsi ilə təmin etmişdirlər. Artıq 3-cü ildir ki, cavabdeh Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızı və himayəsində olan yetkinlik yaşına çatmayan X7 və X8 həmin evdə yaşamır. Bununla yanaşı, cavabdeh Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızının ümumi paylı mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində Zaqatala şəhəri, H.Əliyev pr.-66 ünvanında fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evi üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi də, mülkiyyətində olan Zaqatala şəhəri, M.Nəzirova küçəsi-13 ünvanında yerləşən fərdi yaşayış evinə iş üzrə cavabdeh Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızının və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlar X7 və X2 istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etməkdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilmiş sənədlər Mülki işin materiallarında olan reyestr nömrəsi **********56-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-cı il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan reyestr nömrəsi **********77-10301 saylı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri Heydər Əliyev prospektində yerləşən 66 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ½ hissə olmaqla İddiaçı, payı ½ hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evində X16, X10, X7, X5 və Cavabdeh qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01952 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızı 29 oktyabr 2024-cü il tarixdə saat 10- 00-11-00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Mülki işin materiallarında olan Zaqatala rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi nümayəndəliyində 01 iyun 2006cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından 18 may 2007-ci ildə doğulmuş X7 və 02 aprel 2012-ci ildə doğulmuş X2 Cavabdeh himayəsində saxlanılması və 18 may 2007-ci ildə doğulmuş X3 və 02 aprel 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq İddiaçı sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsindən görünür ki, ünvan 4 ünvanlarda yerləşən mənzillər və ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə iddiaçı Cavabdeh ½ hissəsinə mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş və hazırda ilk iddia üzrə cavabdeh İddiaçı qalan əşyalardan 800 manat dəyərində qonaq otağı dəsti, 600 manat dəyərində 1 ədəd masa 10 ədəd stul dəsti, 500 manat dəyərində 2 ədəd mətbəx masası, 6 ədəd stul dəsti, 950 manat dəyərində qabyuyan maşın, 700 manat dəyərində paltaryuyan maşın, 1.100 manat dəyərində soyuducu, 500 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 600 manat dəyərində 1 ədəd velotrenajor, 120 manat dəyərində şirəçəkən maşın, 40 manat dəyərində blender, 55 manat dəyərində ütü masası, 55 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində elektrik süpürgəsi, cəmi 800 manat dəyərində 2 ədəd kondisioner, uşaqlar üçün alınan əşyalardan 1.300 manat dəyərində uşaq yataq dəsti, 450 manat dəyərində 1 ədəd böyük piano, 400 manat dəyərində 1 ədəd çap qurğusu, 50 manat dəyərində 1 ədəd yazı lövhəsi və 112,5 manat dəyərində 3 ədəd saç feni naturada və ya onların dəyəri 9372,5 (doqquz min üç yüz yetmiş iki manat əlli qəpik) manat ilk iddia üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi, dəyəri 1.500 manat olan mətbəx mebeli, 900 manat dəyərində 1 ədəd künc divanı, 850 manat dəyərində 1 ədəd divan 2 kreslo dəsti, 300 manat dəyərində kitab dolabı, 1.200 manat dəyərində çarpayı, dolab və güzgüdən ibarət yataq dəsti, 350 manat dəyərində 1 ədəd televizor, 55 manat dəyərində 1 ədəd tozsoran, 180 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində 1 ədəd tək çarpayı və uşaq çarpayısı (maneji), 1.500 manat dəyərində hamam dəsti (duş kabin və əlüz yuyan (moydadır)), 900 manat dəyərində otaq pərdəsi, 1.200 manat dəyərində 1 ədəd qaçış aparatı və 900 manat dəyərində 1 ədəd kondisionerin İddiaçı qalması, 180 manat dəyərində 3 ədəd çəkmə, 90 manat dəyərində 3 ədəd idman ayaqqabısı, 180 manat dəyərində 3 ədəd ayaqqabı, 140 manat dəyərində 2 ədəd yay ayaqqabısı, 100 manat dəyərində 2 ədəd çanta, 420 manat dəyərində 3 ədəd dəri pencək, 300 manat dəyərində 2 ədəd palto, 130 manat dəyərində 1 ədəd balonka gödəkçə, 300 manat dəyərində 4 ədəd don, 120 manat dəyərində 3 ədəd şalvar, 160 manat dəyərində 4 ədəd yubka, 350 manat dəyərində 8 ədəd kofta və ya onlar mövcud olmadıqda onların dəyəri cəmi 2470 (iki min dörd yüz yetmiş) manat ilk iddia üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı 27 noyabr 2018-ci il tarixli, 18036-S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin Cavabdeh Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi, 26 noyabr 2019-cu il tarixli onunla X19 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 51.000 manat hissəsinin Cavabdeh Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi və 25 iyul 2020-ci il tarixli onunla X11 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 38.500 manat hissəsinin Cavabdeh Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan 30 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd olunmuşdur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması - hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. “Uşaqların hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. 5-ci maddəsinin birinci cümləsinə görə Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər nikahlarını xx.xx.2006-cı il tariхdə qeyd etdirməklə ailə qurmuşlar. Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məхsusdur. Tərəflər arasındakı nikah xx.xx.2022-ci il tariхdə məhkəmə qaydasında pozulmuş və 18 may 2007-ci ildə doğulmuş X7 və 02 aprel 2012-ci ildə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh və yetkinlik yaşına çatmayan X7 və X8 3 ildir ki, yaşayış yeri üzrə qeydiyyatda olduqları Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evində yaşamırlar. Fərdi yaşayış evində cavabdehə məхsus hər hansı əmlak qalmamışdır. Uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduğu evə dair istifadə hüququnu həyata keçirmir, bu hüquqdan könüllü istifadə etmir. Onun yaşayış sahəsinə olan ehtiyacını paylı mülkiyyətində olan Zaqatala şəhəri Heydər Əliyev prospektində yerləşən 66 və 68 saylı fərdi yaşayış evlərindən istifadə etməklə qarşılamaq imkanı da mövcuddur və o yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin ünvan 5 ünvanda yerləşən iddiaçıya məхsus yaşayış sahəsinə ehtiyacının aradan qalxması tam təsdiq olunduğundan və tərəflərin 18 may 2007-ci ildə doğulmuş X7 və 02 aprel 2012-ci ildə doğulmuş X2 yaşayış yerləri Cavabdeh yaşayış yeri sayıldığından onların iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməldir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci tələb olunmadığından həmin xərclər onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Cavabdeh X6, 18 may 2007-ci ildə doğulmuş X7 və 02 aprel 2012-ci ildə doğulmuş X8 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-196/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-196/2025
16.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver