Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-199/2023 05.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçdüyü, Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən Cavabdeh2 adına olan fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və övladları ilə birgə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 22 dekabr 2012-ci il tarixdə nikaha daxil olmuşdur və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 436 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə “Ayla”, xx.xx.2015-ci il tarixdə “Anar” adlı övladları doğulmuşdur. O, ailə qurduqdan sonra qayınatası Cavabdeh2 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən evə gəlin köçmüşdür və onlar ayrıldıqları vaxtadək həmin evdə yaşamışlar. Həmin həyətdə onun gəlin köçdüyü zaman qayınatası Cavabdeh2, Cavabdeh1 ilə birgə yaşadıqları ev və qaynı Vahid Muradovun ailəsi ilə birgə yaşadığı iki fərdi yaşayı evi vardı. O gəlin köçdükdən üç il sonra həmin həyətdə onlar üçün ev inşa edilmişdir. Həmin tarixdən Cavabdeh1la ayrılanadək o evdə yaşamışlar. Qaynı üçün tikilmiş ev isə satılmışdır (RX №1313380). Cavabdeh1 məxsus ev hazırda boşdur. Həmin yaşayış evlərinə hüququmüəyyənedici sənəd alınmamışdır. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan aralarında olan nikah qeyd aktı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1077/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və Zaqatala Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixdə nikahın pozulması haqqında akt qeyd kitabında 163 nömrə ilə qeydə alınmışdır. Ayrıldıqdan sonra cavabdehlər ona övladları ilə birgə gəlin köçdüyü evdə yaşamağa imkan vermir. Baxmayaraq ki, bütün əşyaları həmin evdədir. Hazırda həmin ev boşdur. O da məcbur olub kirayə qalmalı olur. Buda onun büdcəsinə böyük təsir göstərir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1156/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin 3-cü səhifəsində “İddiaçı və onun iki övladı ilə birlikdə X8 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğu və yaşadığı” təsdiqini tapmışdır. Zaqatala şəhər İƏD üzrə nümayəndəliyindən arayış verilən zaman Oruc Qaraxanov təsərrüfat uçotu kitabında qeydiyyat alma 2013-cü il tarixindən başlanıldığından, onu qeydiyyata gəlin köçdüyü tarixdə deyil, 2013-cü ildə qeydiyyata aldıqlarını bildirdi. Cavabdehlərin onu gəlin köçdüyü evdən istifadə etməyə qoymaması onun hüquqlarını pozur. Onun hüquqlarının qorunmasına dövlət təminat verir. Onun da hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi gəlin köçdüyü evdən istifadə etmək və həmin evdə yaşamaq hüququ var. Çünki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında 3 ev var, lakin onlardan biri reyestrdə qeydə alınmışdır. İddiaçının köçməsini tələb etdiyi ev boş evdir və iddiaçıya məxsus əşyalar həmin evdədir. Həmin evdə iddiaçı ev tikildiyi vaxtdan yaşamışdır. İddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi evdən istifadə hüququ yaranmamışdır. İddiaçının həmin evə gəlin köçməsinə dair də sübut yoxdur. Onun hansı evdə yaşamasına dair sənəd də təqdim edilməyib. İddiaçının gəlin köçdüyü ev satılıb və həmin evin öz sahibləri var. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il trixli Zaqatala şəhərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və yenidən tikilmiş evlərin istismara qəbul edilməsinə dair siyahının 46-cı sətrindən görünür ki, mülkiyyətçi X11 Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında ümumi sahəsi 151 kv.m, yaşayış sahəsi 80 kv.m olan 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin 14 may 2018-ci il tarixli məktubundan görünür ki, Zaqatala şəhərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və yenidən tikilmiş evlərin istismara qəbul edilməsinə dair siyahıda texniki səhv olaraq Cavabdeh2 əvəzinə X9 adı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində 43 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın rəmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,05011 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,55 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X15, X16, Cavabdeh1 və X12 adına qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-1525 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müaviləsindən görünür ki, Cavabdeh2, X15, X16, Cavabdeh1 və X19 mülkiyyətlərində olan Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən 0,05011 ha torpaq sahəsinin bir hissəsini, yəni 0,0115 ha hissəsini və Cavabdeh2 mülkiyyətində olan həmin ünvanda yerləşən reyestrdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ümumi sahəsi 119,55 kv.m olan fərdi yaşayış evini X13 21000 manata satmışdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində 198 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində aparılmış qeydiyyatın rəmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0386 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X15, X16, Cavabdeh1 və X12 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində 65 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyatın rəmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0386 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X15, X16, Cavabdeh1 və X12 adına qeydiyyata alınmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdı verilmiş 703 nömrəli arayışdan görünür ki, Zaqatala şəhəri, Nizami küçəsi, ev 124-də sorğu əsasında tərtib edilmiş 31 saylı ev təsərrüfatının uçotu kitabının 196 səhifəsində Cavabdeh2 təsərrüfat üzvləri özündən, həyat yoldaşı X6, oğlu X7, oğlu Cavabdeh1, oğlu X10, qızı X3 ibarətdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdı verilmiş 1856 nömrəli arayışdan görünür ki, X4 təsərrüfat uçotu kitabında 2013-cü ildən 2021-ci ilə qədər qeydə alınmışdır. Zaqatala rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 284 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda Zaqatala Bələdiyyəsi tərəfindən 100 m2 əmlak və 395 m2 torpaq sahəsi üçün vergi hesablanır. Hesablanmış vergi X17 tərəfindən ödənilir. Yaşayış yeri və həyətyanı torpaq sahəsi, həmin ünvanda sənəd üzrə neçə yaşayış evinin olması haqqında digər məlumatlar Zaqatala Bələdiyyəsində mövcud deyil. Ailə tərkibi, həmin ünvanda kimlərin qeydiyyatda olması və hal-hazırda kimlərin yaşaması barədə məlumatlar Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə olur. Zaqatala rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli 316 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı və Cavabdeh1 yaşayış yeri və həyətyanı torpaq sahəsi barədə Zaqatala Bələdiyyəsində heç bir rəsmi məlumat yoxdur. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 aprel 2012-ci il tarixli AZ-İİ seriyalı 869604 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X18 atası Cavabdeh1, anası İddiaçıdır. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2015-ci il tarixli AZ-İİİ seriyalı 527965 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X20 atası Cavabdeh1, anası İddiaçıdır. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli AZ-İ seriyalı ******* nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 nikahı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 163 nömrəli qeyd edilmişdi. Nikah pozulduqdan sonra kişiyə Muradov qadına Mamuyeva soyadı verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh1 22 dekabr 2012-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2012ci il tarixdə Ayla və xx.xx.2015-ci il tarixdə Anar adında iki övladı anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikaha Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. İddiaçı gəlin köçdükdən sonra Cavabdeh2 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yaşadığını bildirərək həmin evdə onun və uşaqlarının istifadə hüququnun tanınmasını və uşaqları ilə birlikdə həmin evə köçürülməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında 0,05011 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçı ilə birgə nikahda olmuş Cavabdeh1 atası mülki iş üzrə Cavabdeh2 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Həmin fərdi yaşayış evi və 0,05011 ha torpaq sahəsinin bir hissəsi 11 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X1. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin satılmasından sonra xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 0,0386 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X15, X16, Cavabdeh1 və X12 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93,4 kv metr olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ümumi birgə mülkiyyət kimi Cavabdeh2, X15, X16, Cavabdeh1 və X12 adına qeydiyyata alınmışdır. Bundan başqa, həmin torpaq sahəsində başqa bir fərdi yaşayış evi də inşa edilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı da hazırda qeydiyyata alınmamış yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında yaşayış sahələrindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmələrdə baxılması halları tənzimlənmişdir. İddiaçı Cavabdeh1 ilə 22 dekabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun atası olan Cavabdeh2, X15, X16, Cavabdeh1 və X12 ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında olan torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçdüyü işin mübahisə olunmayan halıdır. İşdən də görünür ki, Cavabdeh2 məxsus fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə, yəni xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hansı ki, həmin fərdi yaşayış evi alqı-satqı müqaviləsi əsasında satılmışdır. İşdən də göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi əsasında satılmış fərdi yaşayış evinə nikah bağlamaqla 2012-ci il tarixdə gəlin köçmüş, bundan sonra həmin torpaq sahəsində başqa bir fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evi qeydə alınmamış, iddiaçı cavabdehlə birgə sonradan tikilmiş evdə yaşamışdır. İddiaçının mülkiyyətçi olan cavabdehin oğlu Cavabdeh1 ilə aralarında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və iddiaçı uşaqları ilə birgə kirayədə yaşayır. Bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər 2012-ci il tarixindən sonra yarandığından iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Mənzil Məcəlləsinin normasını aşağıdakı kimi təfsir etmişdir: “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür” Göründüyü kimi, iddiaçı, Cavabdeh1 ilə aralarında olan nikahın pozulduğu xx.xx.2021-ci ildən ünvan 1 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan fərdi yaşayış evinin gözlənilən mülkiyyətçisi olan cavabdehin ailə üzvü deyil. İddiaçı ilə cavabdehin arasında ünvan 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evindən istifadə edilməsinə dair razılaşma da mövcud deyil. Beləliklə də, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından və cavabdehlə iddiaçı arasında, sonuncunun mübahisəli fərdi yaşayış evindən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, iddiaçı maddi vəziyyəti və ya diqqətəlayiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı fərdi yaşayış evinin gözlənilən mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmadığından və onların arasında fərdi yaşayış evindən istifadə edilməsinə dair razılaşma olmadığından onun mübahisələndirilən evdən istifadə hüququ yoxdur. Bununla da istifadə hüququ olmayan şəxsin məhkəmə qaydasında fərdi yaşayış evinə köçürülməsi qanuna uyğun deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olduğunu qeyd etmiş, lakin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətinə olmuş fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə mülkiyyətçi tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçı iddia tələbində ünvan 1 ünvanında Cavabdeh1 ilə birgə nikahda olduğu müddətdə həmin ünvanda onun və Cavabdeh1 yaşaması üçün fərdi yaşayış evi tikilməsini iddia etmiş, lakin iddiaçı həmin evin tikintisinə, kim tərəfindən tikilməsinə və mülkiyyətçilərinə dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və bu hal məhkəmə araşdırmasında da öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda, iddianın “azyaşlı uşaqlarının mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, azyaşlı uşaqlar iddiaçının himayəsində olduğundan və uşaqların valideyni, yəni iddiaçı fərdi yaşayış evində yaşamadığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-199/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-199/2023
05.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver