Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-200/2025 03.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə mənə məxsus ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində qeydə alınaraq çıxarış verilmişdir. Mənzilində Cavabdeh pasport qeydiyyatındadır. Cavabdeh həmin mənzildə yaşamır, lakin əsassız olaraq pasport qeydiyyatından bu günə qədər çıxmamışdır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında olması mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxartmışdır. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə Zaqatala şəhərində Yeni yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, cavabdeh Zaqatala ş, V.Qurbanov küçəsi, ev 1, m 42 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh ona məxsus olan mənzildə pasport qeydiyyatında olsa da, həmin mənzildə uzun illərdir ki, yaşamır. Onun mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Buna görə də cavabdehin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçı 20 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh onun qardaşıdır. O, artıq beş ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Cavabdeh ailəsi ilə birlikdə Zaqatala rayonunun Danaçı massivində kirayədə yaşayır. Mübahisəli mənzili anası ona bağışlanma müqaviləsi əsasında bağışlamış və həmin mənzildə hazırda o ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılması barədə iddia tələbinə Şəki İnzibati Məhkəməsində baxılıb qərar verilmişdir. Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə cavabdehin ailə üzvlərinin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması barədə qərar verilmiş, sonuncuya münasibətdə isə iddia tələbi mümkün sayılmamışdır. Cavabdeh mübahisəli evdən pay istəyir. Lakin onun payı artıq verilmişdir. Belə ki, onun banka olan 15 000 manat borcunu əri Fikrət Şirinov ödəmişdir. Anası da hər dəfə banklardan kreditlər götürüb cavabdehə vermişdir. Lakin cavabdeh evdən qeydiyyatdan çıxmaqdan imtina edir. Cavabdehin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Reyestrdə 4Ə-1089 nömrəsi ilə qeyd edilmiş 16 iyul 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X6 reyestr nömrəsi **********5-05101- 093056, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11 yanvar 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilini qızı İddiaçı bağışlamışdır. Reyestr nömrəsi **********075-05101-093056, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2-1(116)-713/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Zaqatala rayon Polis Şöbəsinə qarşı Cavabdeh, X2, X5 və X3 Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Zaqatala rayon Polis Şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası Cavabdeh Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması hissəsində mümkün sayılmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci. 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair" xx.xx.2012-ci il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan "hüquqdan sui-istifadə qadağası”na zidd olar... Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə İddiaçı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi Cavabdeh iddiada göstərilən mənzilə münasibətdə istifadə hüququnun olubolmaması məsələsi araşdırılmalı və buna hüquqi qiymət verilməli olduğundan, iddia tələbinə Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması hissədə inzibati mühakimə icraatının predmetini təşkil edən iddia növlərinə aid tələb kimi baxıla bilməz. Balakən regional “ASAN” Xidməti Mərkəzi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilində İddiaçı, X8, X6 və Cavabdeh qeydiyyatadırlar. Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Şirinova X11 şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilində yaşayır. Həmin mənzil 07 avqust 2023-cü il tarixli çıxarışa əsasən İddiaçı adına olmuşdur. Mənzildə anası X6, qardaşı Cavabdeh, qardaşı arvadı X2, qardaşı oğlu X5 və qardaşı qızı X7 qeydiyyatadırlar. Balakən regional “ASAN” Xidməti Mərkəzi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli **********4560 nömrəli arayışdan görünür ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilində İddiaçı, X9, X8, X6, Cavabdeh, X13 və X14 qeydiyyatadırlar. Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Şirinova X11 şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilində qeydiyyatdadır və onun ailə tərkibi əri X9, oğlu X8, oğlu X14, qaynanası X13, qaynatası X8 və anası X1 ibarətdir. Ailənin və qonşuların verdiyi məlumata görə qardaşı Cavabdeh 1981-ci ildən qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birgə həmin mənzildə yaşamırlar. Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 114 saylı arayışdan görünür ki, Cavabdeh 2019-cu ildən ailəsi ilə birgə Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzilində yaşamır. 25 oktyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında qərara almışdır ki, MM-in 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 saylı evin 42 saylı mənzili tərəflərin anası X4 mülkiyyətində olmuş və cavabdeh ailə üzvü olaraq həmin mənzildən istifadə hüququ əldə etmişdir. X6 16 iyul 2023-cü il tarixdə mənzili iddiaçıya bağışlamışdır. Mənzil xx.xx.2023-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda onun mülkiyyətindədir. İddiaçı tələbini, cavabdehin ailə üzvləri ilə birlikdə Zaqatala şəhərində Yeni yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşaması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin başqa yerdə yaşayış sahəsi əldə etməsi və yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması halı təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacının aradan qalxması təsdiq olunmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanından Cavabdeh istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-200/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-200/2025
03.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver