Məhkəmə qərarları › İş №e-2(033)-208/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-208/2023

15.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-208/2023 15.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun torpaq sahəsinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavablehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində Zaqatala rayonu, Bazar kəndində 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahələri üzərində onun və ailə üzvlərinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" a əsasən mülkiyyətində olan Zaqatala rayonu, Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməyinə icazə vermir. Belə ki, mülkiyyətində olan həmin əmlaka daxil olan kimi cavabdehlər dərhal hücum çəkərək həmin əmlakın onların (cavabdehlərin) olduğunu iddia edir və ora daxil olan şəxsləri oradan qovurlar. Əsasları da o olur ki, guya ki, ona məxsus torpaq sahəsi əvvəllər onlara verilmişdir. Halbuki, cavabdehlər həmin əmlakı faktiki olaraq zəbt etmişlər. Nəticədə iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X3 mülkiyyət hüququna olan qəsdinin qarşısının alınması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun torpaq sahəsinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılması, o cümlədən, cavabdehlər tərəfindən qeyd olunan torpaq sahəsində əkilmiş 30 metr uzunluğunda cərgə halında əkilmiş fındıq tinglərinin öz hesablarına çıxarılması və iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavablehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək iddianın həcminin artırılmasına dair ərizəsinin nəzərə alınmamasını və iddia tələbinin həcminin azaldılaraq ilkin verdiyi iddia ərizəsinə uyğun olaraq təmin edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 hər biri ayrı ayrılıqda onlar tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyini bildirmiş, iddia ərizəsində qeyd edilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilən rəydə göstərilən torpaq sahəsinin onlar tərəfindən istifadə olunmadığını qeyd etmişlər. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdilər. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********95 olan Zaqatala rayonu Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X9 və X6 məxsusdur. AA seriyalı 603138 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 282 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********87 olan Zaqatala rayonu Bazar kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məxsusdur. AA seriyalı 814374 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********86 olan Zaqatala rayonu Bazar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məxsusdur. AA seriyalı 603103 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********59 olan Zaqatala rayonu Bazar kəndində yerləşən 0,1661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məxsusdur. AA seriyalı 814658 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 18 saylı Zaqatala Ərazi İdarəsinin 29 mart 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X9 və X4 adına qeydiyyata alınmış 0.1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0564 ha hissəsi cavabdehlər Cavabdeh2, X8, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə olunur. İddiaçı və cavabdehin torpaq sahələrinin yerləşmə vəziyyəti və cavabdehlər tərəfindən istifadə olunan 0.0564 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2606 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X9 və X4 adına qeydiyyata alınmış 0.1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0564 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə olunur. İddiaçı və cavabdehin torpaq sahələrinin yerləşmə vəziyyəti və cavabdehlər tərəfindən istifadə olunan 0.0564 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2606 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********95 olan Zaqatala rayonu Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X5 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında ona və ailə üzvlərinə məxsus Zaqatala rayonu Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə və sahiblik etməyinə mane olduqlarını bildirmiş və cavabdehlərin torpaq sahəsinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılmalarını xahiş etmişdir. Cavabdehlər isə iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiklərini, qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2606 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı, X9 və X4 adına qeydiyyata alnmış 0.1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0564 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə olunur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri Zaqatala rayonu Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və iddiaçının öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 torpaq sahəsinin 0.0564 ha hissəsini zəbt etmişlər. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüquqları bərpa olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.0564 ha hissəsindən çıxarılmalıdırlar, cavabdehlərin 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının torpaq sahəsinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X9 və X4 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin irəli sürülə biləcək hər-hansı arqumentləri iddiaçıların mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu Bazar kəndində yerləşən reyestr nömrəsi **********95 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdikləri 0.0564 ha hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 çıxarılsınlar. İddiaçı ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Bazar kəndində yerləşən 0,1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağına mane olmaqla müşayiət olunan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qərəzli hərəkətlərinə son qoyulsun. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar