Məhkəmə qərarları › İş №e-2(033)-209/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-209/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-209/2023 27.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi İddiaçı, onun vəkili Vəkil və Cavabdeh1 rəisi X7 iştirakları ilə, İddiaçı cavabdehlər X12 Kredit X3 Cəmiyyətinə və Cavabdeh1nə qarşı ipotekaya xitam verilməsi və yüklülüyün azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən ev üzərində olan ipotekaya xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatdan 2008-ci ildə 50000 ABŞ dolları kredit götürmüşdür. Evini ipoteka müqaviləsi əsasında girov qoymuşdur. Zaqatala rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2-214/2010 saylı qətnaməsi ilə kredit müqaviləsinə xitam verilmişdir. Onun cavabdehə 45032 ABŞ dollar borcu olduğu, yəni 35669 ABŞ dolları əsas borc, 8335 ABŞ dolları faiz borcu və 1027 ABŞ dolları cərimə borcu olduğu müəyyən edilmiş və girov qoyduğu evin ilkin satış qiyməti 90000 ABŞ müəyyən edilməklə satılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Qətnamənin icrası olaraq ev iki dəfə hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, cavabdeh təşkilat da evi öz balansına götürməmişdir. Qətnamə icraya yönəldilsə də icra edilməmişdir. Buna görə də, ev üzərində cavabdehlə bağlanmış ipoteka müqaviləsinə xitam verilməli, həmin ipoteka ilə Dövlət qeydiyyatı ləğv edilməlidir. Belə ki, ipoteka saxlayan bank hərraca çıxarılmış, lakin satılmamış əmlakları ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində əldə etmədiyindən ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi və ipotekanın Dövlət qeydiyyatının ləğv edilməsi haqqında tələbi ipoteka haqqında qanuna və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğundur. Ev üzərində ipotekaya xitam verilməsi və qətnamənin icra edilməsinə İcra və Probasiya Şöbəsi cavabdehlik daşıdığına görə onu cavabdeh qismində iddiada göstərmişdir. Qəbul olunmuş məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş icra hərəkətləri, yəni evin satışının təşkil edilməsi üçün müxtəlif tarixlərdə Əmlak İxtisaslaşdırılmış hərrac mərkəzində hərracın keçirilməsi barədə ipoteka saxlayanın məlumatının olması və ipoteka predmetinin ipoteka saxlayanın balansına keçməməsi iddia ərizəsinə əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan açıq-aydın görünür. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən ev üzərində olan ipotekaya xitam verilməsi və yüklülükdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Cavabdeh2 Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra Cavabdeh2 BOKT MMC) məlumatlandırılsa da cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının verdiyi izahata uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 rəisi X11 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)214/2010 nömrəli xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı ilə Cred Aqro QKBT arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda 0.035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52.5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracda 90.000 ABŞ dolları müəyyən edilməklə satılmalıdır. İcra sənədi xx.xx.2011-cı il tarixində icraata daxil olmuş və bundan sonra icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar olaraq borclu İddiaçı məxsus ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52.5 kv.m yaşayış 160.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışı təşkil edilməsi üçün xx.xx.2011-ci il tarixində Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə məktub ünvanlanmışdır. İcra sənədində qeyd olunan həmin əmlakın xx.xx.2011-ci il tarixində və xx.xx.2011-ci il tarixində Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzində hərracı keçirilmiş, lakin həmin hərracın nəticələri ilə bağlı protokol şöbəyə təqdim olunmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixində şöbələri tərəfindən həmin hərracın nəticəsi ilə bağlı Cred Aqro QKBT-na sorğu ünvanlanmış və xx.xx.2022-ci il tarixli, №1318/22 cavab məktubuna əsasən həmin əmlak hərrac təşkilatı tərəfindən tələbkar Cred Aqro QKBT-na təklif olunmuş, lakin tələbkar bank tərəfindən həmin təklifin qəbul edilmədiyi və əmlakdan imtina edildiyi bildirilmişdir. O, qanuni qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi izahat verərək göstərmişdir ki, hal-hazırda icraatda olan mülki iş üzrə "KredAqro” BOKT MMC cavabdeh qismindədir. Həmin mülki iş üzrə İddiaçı tərəfindən ipoteka müqaviləsinin xitam verilməsinə və evin yüklülükdən azad edilməsinə dair iddia ərizəsi irəli sürülmüşdür. Əsas ondan ibarətdir ki, güya KredAqro BOKT MMC ipoteka predmeti olan daşınmaz əmlakı balansa götürülməkdən imtina edib. Belə bir hal baş verməmiş, iddia tələbinin əsası kimi təqdim olunmuş "KredAqro” BOKT MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli məktubda texniki səhvə yol verilərək əmlakdan imtina edilməsi qeyd edilmişdir. Əsas ondan ibarətdir ki, hərracın yekunları barədə protokol və əmlakın balansa qəbul edilməsi barədə təklif və protokol "xxxx" BOKT MMC tərəfindən rəsmi qəbul olunmayıbdır. Bildirmək istəyir ki, İddiaçı tərəfindən kredit müqaviləsinin təminatı olaraq 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak üzrə Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2010-cu il tarixli qətnaməsinə əsasən, daşınmaz əmlak Zaqatala rayon İcra və Probasiya vasitəsi ilə hərraca yönəldilmiş, lakin hərrac təşkilatı tərəfindən "xxxx" BOKT MMC-yə yalnız ilkin hərracın keçirilməsi ilə əlaqədər 2011-ci il tarixli bir ədəd bildiriş daxil olmuşdur ki, həmin bildirişdə əmlakın ilkin qiyməti 61200 manat təşkil edirdi. O, iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* nömrəli qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri, V.Qurbanov küçəsində 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 52,5 kv.m yaşayış, 160.7 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində İddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 BOKT MMC tərəfindən İddiaçı 36 ay müddıtinə illik 24 faiz dərəcəsi ilə 50000 ABŞ dolları kredit verilmişdir. Zaqatala rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu X4 tərəfindən təsdiq edilərək reyestrdə 3M-78 nömrə ilə qeyd edilmiş Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında bağlanmış 13 iyun 2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, eyni tərəflər arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqavilənin təminat üsulu kimi çıxış edir və ipoteka qoyan İddiaçı özünün mülkiyyətində olan reyestr nömrəsi **********47- 10301 olan xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış Zaqatala şəhəri, V.Qurbanov küçəsi 5 ünvanında 0,035 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52,5 kv.m, köməkçi sahəsi 160,7 kv. m olan fərdi yaşayış evini ipoteka saxlayan Cavabdeh2 BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 90000 (doxsan min) ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, hüququ yüklü edilən şəxs İddiaçı məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsi 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı ilə “Cred Aqro” Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, cavabdeh İddiaçı ilə “Cred Agro” Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq X5 mülkiyyətində olan ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda 90 000 ABŞ dolları müəyyən edilməklə satılması, cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı. 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda İddiaçı və X1 tutduqları yaşayış sahəsini ən geci bir ay müddətinə tərk etmələri, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan 35669.54 ABŞ dolları kreditin əsas məbləği, 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027,18 ABŞ dolları hesablanmış cərimə borcu, cəmi 45032,58 (qırx beş min otuz iki dollar əlli səkkiz sent) ABŞ dolları və 20 manat dövlət rüsumunun iddiaçı “Cred Agro” Qeyri Bank Kredit Təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Zaqatala Rayon İcra qrupunun 17/228 nömrəli 31 may 2011-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010cu il tarixli 2(033)-214/2010 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Zaqatala rayon İcra qrupunun Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı. 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışının təşkil edilməsi sifariş edilmişdir. 9749 nömrəli 04 oktyabr 2011-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsi barədə bildirişindən görünür ki, Zaqatala rayon İcra qrupu tərəfindən 17-228 saylı xx.xx.2011-ci il tarixli məktubla ünvan 6 ünvanındakı əmlakın açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 72000 manat təşkil edir. Açıq hərracın 01 noyabr tarixdə saat 11:00-da ünvan 7 ünvanında keçirilməsi sifarişçiyə, tələbkar Cavabdeh2 BOKT MMC-nə və borclu İddiaçı bildirilmişdir. 10578 və 10579 nömrəli 05 noyabr 2011-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsi barədə bildirişindən görünür ki, Zaqatala rayon İcra qrupu tərəfindən 17-228 saylı xx.xx.2011-ci il tarixli məktubla ünvan 6 ünvanındakı əmlakın açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 61200 manat təşkil edir. Açıq hərracın 01 dekabr tarixdə saat 11:00-da ünvan 7 ünvanında keçirilməsi sifarişçiyə, tələbkar Cavabdeh2 BOKT MMC-nə və borclu İddiaçı bildirilmişdir. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 1318/22 nömrəli 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar olaraq ipoteka predmeti olan ünvan 1 ünvanda 0.035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 52.5 kvm yaşayış, 160.7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışı təşkil edilməsi üçün müxtəlif tarixlərdə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə məktublar ünvanlanmışdır. Lakin hərrac zamanı şirkət tərəfindən əmlakdan imtina edilmişdir. Bu səbəbdən əmlak "KredAqro’' BOKT MMC (Cred Agro QKBT) - nin balansına keçməmiş və heç bir alqı-satqı olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 16.4-cü maddəsinə əsasən ipotekaya xitam verilməsi hallarında, daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün ləğv edilməsinə görə rüsum ipoteka qoyan tərəfindən ödənilir. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Plenum Qərarı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında 09 iyun 2008-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 50000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi eyni tərəflər arasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2007-ci il tarixdə 36070576 qeydiyyat nömrəsi ilə İddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış Zaqatala şəhəri, V.Qurbanov küçəsi 5 ünvanında 0,035 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52,5 kv.m, köməkçi sahəsi 160,7 kv. m olan fərdi yaşayış evi Cavabdeh2 BOKT MMC-nin xeyrinə yüklü edilməsinə dair Zaqatala rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu X4 tərəfindən təsdiq edilərək reyestrdə 3M-78 nömrə ilə qeyd edilmiş 13 iyun 2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsi 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinın Cavabdeh2 BOKT MMC-nin xeyrinə yüklü edilməsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 09 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən icra edilmədiyindən Cavabdeh2 BOKT MMC iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı ilə “Cred Aqro” Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, cavabdeh İddiaçı ilə “Cred Agro” Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq X5 mülkiyyətində olan ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda 90 000 ABŞ dolları müəyyən edilməklə satılması, cavabdeh X6 məxsus ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 52,5 kv.m yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda X8 və X1 tutduqları yaşayış sahəsini ən geci bir ay müddətinə tərk etmələri, ipoteka ilə yüklü edilmiş əmlakın saışından əldə edilmiş puldan 35669.54 ABŞ dolları kreditin əsas məbləği, 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, borcu, 1027,18 ABŞ dolları hesablanmış cərimə borcu, cəmi 45032,58 (qırx beş min otuz iki dollar əlli səkkiz sent) ABŞ dolları və 20 manat dövlət rüsumunun iddiaçı “Cred Agro” Qeyri Bank Kredit Təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin icra sənədi üzrə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra qrupuna göndərilmiş və həmin icra sənədi əsasında 31 may 2011-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Zaqatala rayon İcra qrupu xx.xx.2011-ci il tarixdə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı. 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışının təşkil edilməsi sifariş edilmişdir. ünvan 6 ünvanındakı əmlakın açıq hərracda satışının keçirilməsi vaxtı və yeri, eyni zamanda əmlakın ilkin satış qiyməti əks olunan 04 oktyabr 2011-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildiriş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçiyə, Cavabdeh2 BOKT MMCnə və İddiaçı göndərilmişdir. Həmin əmlakın satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ikinci hərracın keçirilməsinə dair məlumatlar əks olunan 05 noyabr 2011-ci il tarixli bildirişi də eyni qaydada sifarişçiyə, Cavabdeh2 BOKT MMC-nə və İddiaçı göndərməklə onları hərracın keçirilməsi barədə məlumatlandırmışdır. İpoteka predmeti olan ünvan 6 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan əmlak "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil olunmuş hərrac vasitəsi ilə satılmadığından həmin əmlak ipoteka saxlayan cavabdeh "xxxx" BOKT MMC-nə təklif olunmuş, lakin şirkət tərəfindən əmlakdan imtina edilmiş və bu səbəbdən əmlak "KredAqro’' BOKT MMC (Cred Agro QKBT) - nin balansına keçməmiş və heç bir alqı-satqı olunmamışdır. Hazırda iddiaçı ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi xx.xx.2022-ci il tarixində şöbələri tərəfindən hərracın nəticəsi ilə bağlı Cred Aqro QKBT-na ("KredAqro’' BOKT MMC) sorğu ünvanlandığını və xx.xx.2022-ci il tarixli, 1318/22 cavab məktubuna əsasən isə həmin əmlak hərrac təşkilatı tərəfindən tələbkar "KredAqro’' BOKT MMC-na təklif olunduğuna, lakin sonuncunun həmin təklifi qəbul etmədiyi və əmlakdan imtina etdiyi bildirilmişdir. Cavabdeh "KredAqro’' BOKT MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək yalnız keçirilmiş ikinci hərrac barədə onlara məlumat verildiyini və xx.xx.2022-ci il tarixli, 1318/22 cavab məktubunda texniki səhvə yol verilərək hərrac təşkilatı tərəfindən ünvan 1 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin şirkətə təklif olunması, şirkət tərəfindən əmlakdan imtina edilmiş olması, bu səbəbdən əmlakın "KredAqro’' BOKT MMC (Cred Agro QKBT) - nin balansına keçməsi qeyd olunduğunu bildirmiş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Plenum Qərarında əks olunmuş Konstitusiya Məhkəməsinin mövqeyinə görə, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İş materialları ilə də müəyyən edilmiş hallardan görünür ki, ipoteka predmeti olan Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında yerləşən İddiaçı məxsus 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satışı xx.xx.2011-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə uyğun təşkil edilmiş, lakin ipoteka predmeti ilkin hərracda satılmadığından və ilkin hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan Cavabdeh2 BOKT MMC əmlakı ilkin satış qiyməti ilə əldə etmədiyindən xx.xx.2011-ci il tarixdə təkrar hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun təşkil edilmiş və keçirilmişdir. İpoteka predmeti təkrar hərrac vasitəsi ilə də satılmamış və ipoteka saxlayan cavabdeh tərəfindən ipoteka predmeti olan İddiaçı məxsus Zaqatala şəhəri V.Qurbanov küçəsində 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi təkrar hərrac keçirildikdən sonra da alınmamışdır. İpoteka predmeti olan əmlakın Cavabdeh2 BOKT MMC tərəfindən imtina edilməsi və həmin əmlakın "KredAqro’' BOKT MMC (Cred Agro QKBT) - nin balansına keçməməsi cavabdeh "xxxx" BOKT MMC-nin Cavabdeh1nə ünvanlamış olduğu 1318/22 nömrəli 21 oktyabr 2022-ci il tarixli məktubla da sübuta yetirilir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli olan ipoteka predmeti ilkin və təkrar hərracda satılmadığından, “İpoteka haqqında” qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana təklif edilmiş, lakin ipoteka saxlayan əmlakı qəbul etməmişdir. “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin müddəalarına və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarındakı mövqeyinə görə, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Qeyd edilən hüquqi mövqedən yanaşmaqla, hazırkı işin həqiqi hallarına qiymət verdikdə müəyyən edilir ki, təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan olan cavabdehin hazırkı mübahisənin predmeti olan Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evini “İpoteka Haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə etmək imkanı olmuş, lakin cavabdeh bu imkandan istifadə etməmişdir. Bununla da, həmin qanunun 43.8-ci maddəsinin dispozisiya şərtinə uyğun olaraq, ipotekaya xitam verilməlidir. Məhkəmə cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsinin “Cavabdeh1nə "xxxx" BOKT MMC tərəfindən ünvanlanmış 1318/22 nömrəli 21 oktyabr 2022-ci il tarixli məktubun məzmununda texniki xətalara yol verilməsini və yanlışlıqla "xxxx" BOKT MMC-nin ipoteka predmeti olan Zaqatala şəhəri V.Qurbanov küçəsində 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evindən imtina edilməsi və həmin əmlakın "KredAqro’' BOKT MMC (Cred Agro QKBT) nin balansına keçməməsinin göstərilməsi” məzmununda izahatına münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən halı, yəni Cavabdeh1nə "xxxx" BOKT MMC tərəfindən ünvanlanmış 1318/22 nömrəli 21 oktyabr 2022-ci il tarixli məktubda yanlışlığa yol verilməsini təsdiq edə biləcək və həmin məktubun əsaslı, şübhə yaratmayan, mötəbər sübut qismində qiymətləndirilməsini mümkünsüz edə biləcək hər hansı sübut təqdim edilməmişdir. Həmin məktubdan da görünür ki, məktub "xxxx" BOKT MMC-nin baş direktoru Hidayət Həsənov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Həmçinin həmin məktubun saxta sənəd olmasını da təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsinin qeyd etdikləri isə formal mülahizələrdən ibarət olmaqla mötəbər sübutlarla təsdiq edilmir. Daha sonra məhkəmə cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş birinci hərrac barədə onlara məlumat verilməməsinə dair izahatına münasibətdə qeyd edir ki, bu izahat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi olan Zaqatala rayon İcra qrupuna, borclu olan İddiaçı və tələbkar olan Cred Agro QKBT-yə ("KredAqro’' BOKT MMC) ünvanlanmış 04 oktyabr 2011-ci il tarixli bildirişlə və "xxxx" BOKT MMC-nin 1318/22 nömrəli 21 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmiş “Lakin hərrac zamanı şirkətimiz tərəfindən əmlakdan imtina edilmişdir.”ifadələri ilə təkzib olunur. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMKın 23 oktyabr 2007-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki: “MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması,onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır”. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla da, KM-nin Plenumu hərracın keçirilməsi barədə bildirişin borcluya və ya tələbkara çatdırılmamasının hərracın mübahisələndirilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, cavabdehin iddianın rədd olunması yönündə olan bu dəlili də əsassızdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh "xxxx" BOKT MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında yerləşən İddiaçı məxsus 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışı ilə bağlı təşkil olunmuş hərraclar barədə məlumatlı olmadığı halda ağlabatan müddət ərzində hərracın təşkili ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və hərracın sifarişçisi olan Zaqatala rayon İcra qrupuna da (hazırda Cavabdeh1) müraciət etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi özü qeyd edir ki, ikinci hərracdan məlumatları olmuş, lakin onlara başqa bildiriş göndərilməmişdir. İpoteka haqqında qanuna nəzər salındıqda isə görünür ki, ilkin və təkrar hərracların keçirilməsi barədə konkret müddətlər göstərilmişdir. Cavabdeh tərəfə isə bir bildiriş təqdim olunmuşdursa, cavabdeh qanunda nəzərdə tutulmuş müddət ərzində hərracın təşkili ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və ya hərracın sifarişçisi olan Zaqatala rayon İcra qrupuna müraciət etməli idi. Bununla bağlı isə cavabdeh tərəfindən hər hansı müraciət olunmamışdır. Həmçinin hərracın sifariş edilməsindən (xx.xx.2011-ci il) və ilk hərrac olan xx.xx.2011-ci il tarixdə keçirilmiş və ikinci hərrac olan xx.xx.2011-ci il tarixdə keçirilmiş hərracdan 10 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh "xxxx" BOKT MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə müraciət etməsini təsdiq edə biləcək sübut təqdim edilməmişdir. Cavabdeh "xxxx" BOKT MMC yalnız formal olaraq hazırki iddia tələbi məhkəmənin icraatına qəbul edildikdən sonra 16 yanvar 2023-cü il tarixdə növbəti hərracın keçirilməsi barədə məlumatın verilməsi ilə bağlı Cavabdeh1nə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli ipoteka predmetinin hərracdan satılması ilə bağlı keçirilmiş ilkin və təkrar hərracın baş tutmaması, habelə həmin əmlakın ipoteka saxlayana təklif edilməsi, lakin onun tərəfindən qəbul edilməməsinə dair hərracın nəticələri mübahisəsiz olduğundan, ipotekaya xitam verilməsinə dair iddia əsaslıdır Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan iddiaçıya məxsus Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi ilkin və təkrar təşkil edilmiş hərraclar vasitəsi ilə satılmadığından və ipoteka saxlayan Cavabdeh2 BOKT MMC tərəfindən ilkin hərracdan sonra 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə, təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmadığından iddiaçı-ipoteka qoyan İddiaçı xx.xx.2008-cı il tarixli ipoteka müqaviləsinin predmeti olan Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında özünün mülkiyyətində olan 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, xx.xx.2008-cı il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verildiyindən həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi yüklülükdən azad edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. 09 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka qoyulmasına dair 13 iyun 2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilsin və bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2008-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 BOKT Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə aparılmış həmin ipoteka predmeti yüklülükdən azad edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar