Məhkəmə qərarları › İş №e-2(033)-214/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-214/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-214/2025 04.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Nümayəndə Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Məmmədov X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1, X8 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər xx.xx.1981-ci il tarixdə doğulmuş Cavabdeh1 və xx.xx.1960-cı il tarixdə doğulmuş Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir və onun xüsusi mükiyyətində olduğuna dair xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da vardır. Həmin evi o, xx.xx.2024-cü ildə alqısatqı yolu ilə almışdır. Cavabdehlərin pasport qeydiyyatında onun evində olmaları onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Belə ki, ev barədə sərəncam vermək üçün (alqı-satqı müqaviləsi, mənzil kirayə müqaviləsi, ipoteka qoyulmasına dair müqavilə) həmin şəxslərin razılığı tələb olunur. Lakin həmin şəxslər onun ailə üzvü deyildir və onun evində yaşamırlar, onların yaşayış sahəsinə əmlak hüquqları yoxdur və ev onun mülkiyyətindədir. Cavabdehlər satıcı ailə üzvləridir. Alqı-satqı müqaviləsinin 8-ci bəndinə görə satıcı ona üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdehlər evdə formal olaraq qeydiyyatda qalmışlar. Bu da onun mülkiyyətində olan evə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib ev üzərində mülkiyyət hüququnu ona verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını ona ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Ona heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin evdən qeydiyyatdan çıxarılmaları üçün isə onların onun evindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Buna görə də cavabdehlərin onun evindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Məmmədov X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehlər Cavabdeh1 və X3 ünvanına rəsmi qaydada göndərilmiş, lakin onlar məhkəmə iclaslarına gəlməmələrinin üzrlü olması barədə sənəd təqdim etməmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh1 və X6 ünvanlanmış zərfdəki qeydlərdən görünür ki, sonuncular qeydiyyatda olduqları ünvanda yaşamırlar və onlara göndərilmiş məhkəmə bildirişləri geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Maraqlı şəxsnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Mülki işin materiallarında olan 17 may 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospektində yerləşən 99 saylı evi İddiaçı 160000 manata satmışdır. Həmin müqavilənin 13-cü bəndində göstərilir ki, satıcılar 17 iyun 2024-cü il tarixədək qeydiyyatdan çıxmalarına öhdəlik götürmüşdürlər. Mülki işin materiallarında olan reyestr nömrəsi **********98-10301 saylı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 iyun 2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri Heydər Əliyev prospektində 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən 99 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 160 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Zaqatala şəhəri, Heydər Əliyev prospektində yerləşən 99 saylı evdə Cavabdeh1 və X8 qeydiyyatdadırlar. Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vermiş olduğu 10 yanvar 2025-ci il tarixli arayışından görünür ki, Muxtarov X7 şəhər Ərazi nümayəndəliyinin təsərrüfat qeydiyyatına alınmamışdır. Məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi şəhər ərazi nümayəndəliyində saxlanılır. Mülki işin materiallarında olan 13 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Zaqatala şəhəri, Heydər Əliyev prospektində yerləşən 99 saylı fərdi yaşayış evini X4 17 may 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin fərdi yaşayış evi 10 iyun 2024-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərin iddiaçıya məxsus evdə onlara məxsus hər hansı əmlakları qalmamışdır. Onlar uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduqları evə dair istifadə hüquqlarını həyata keçirmirlər, bu hüquqdan könüllü istifadə etmirər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı tam təsdiq olunduğundan, onların həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospektində yerləşən 99 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və X3 istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Nümayəndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar