Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-24/2022 30.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, İddiaçı4, iddiaçı, eyni zamanda İddiaçı1 hüquqi varisi İddiaçı3 və Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,4699 ha torpaq sahəsindən Cavabdeh1 və 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,4014 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılmalarına və həmin torpaq sahələrinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək onu atası-İddiaçı1 hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. İddiaçı3 ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, İddiaçı1 hüquqi varisi olan qızı İddiaçı3 ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarışlar da verilmişdir. Cavabdehlərdən Cavabdeh1 onların mülkiyyətlərində olan 0,4699 ha torpaq sahəsini, Cavabdeh2 isə 0,4014 ha torpaq sahəsini icazəsiz və qanunsuz olaraq zəbt edərək öz məqsədləri üçün istifadə edirlər və onları öz torpaqlarından istifadə etməyə qoymurlar. Beləliklə də onların mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulmuşdur. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri torpaq sahələrindən çıxmalarını tələb etsələr də, heç bir müsbət nəticə olmamışdır. Cavabdehlər könüllü olaraq torpaqlardan çıxmadıqlarına görə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd etdikləri faktı ərizəyə əlavə etdikləri sənədlər bir daha təsdiq edir. Bundan başqa torpaqların zəbt olunmasını həmin torpaq sahələrinə yerində baxış keçirməklə də sübuta yetirmək mümkündür. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil digər iddiaçılarla oxşar məzmunda və iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X11 izahat verərək göstərdi ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsini 1998-ci ildən istifadə edirlər. Həmin torpaq sahəsi onlara verilmişdir. Torpağa dair hər hansı sənədi yoxdur. Hazırda torpaq sahəsi üzərində fındıq ağacları əkilmişdir. Həmin torpaq sahəsinin başqasına məxsus olduğunu bilsə idi, ordan çoxdan çıxardı və orada fındıq ağaclarını əkməzdi. İstifadəsində olan həmin torpaq sahəsinin iddiaçılara heç bir aidiyyatı yoxdur, çünki iddiaçılara başqa ərazidən torpaq sahəsi verilib. Hazırda mübahisələndirilən torpaq sahəsi qanunsuz olaraq iddiaçılara verilmişdir. Ekspert rəyi ilə də razı deyil. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxışı iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi X8 digər cavabdehin nümayəndəsinin verdiyi izahata uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və X3 ona qarşı torpaq sahəsindən çıxarılma tələblərinə dair iddiaları qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Sözügedən torpaq sahəsinin 5206 kv.m (0.5206ha) Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ona kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş, sonradan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünə dair müvafiq sənəd verilmiş, həmin sənəd X14 kitabında uçota alınmışdır. 0.22 ha torpaq sahəsi oğlu X9 adına ayrılsa da, sonradan oğlunun doğum ili nəzərə alınaraq onun adına torpaq aktı almaq mümkün olmamışdır. Sözügedən cəmi 0.79 ha torpaq sahəsi ailələrinin istifadəsindədir, həmin torpaq sahəsi uzun illər ərzində yararlı, münbit vəziyyətə gətirilmiş, hər il mütəmadi kənd tasərrtüfatı bitkiləri əkilmiş, həmçinin həmin torpaq sahəsinin bəzi hissəsində fındıq hağı salınmışdır. Bunun üçün tərəflərindən xeyli maddi vəsait xərclənmiş, fiziki qüvvə sərf edilmişdir. Adına qeydiyyata alınmış 5206kv.m torpaq sahəsinin sənədləri tərəfindən məhkəməyə təqdim olunsa da, müəyyən sənədlərin tərtibatında nəzərə alınmamışdır. Belə ki, Zaqatala rayon Məhkəməsi tərəfindən 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilmiş, icra üçün aidiyyəti üzrə göndərilmişdir. 30 sentyabr 2022-ci il tarixli 10/3813 saylı ekspert rəyi də qanunsuz və əsassız olduğu uçun yenidən ekspertiza təyin edilməlidir. Sözügedən ekspert rəyində İddiaçı1, İddiaçı4, İddiaçı3. İddiaçı2 və X3 adına dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0,4014 ha torpaq sahəsinin tam həcmdə faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması qeyd olunmuşdur. Məhkəmə tərəfindən ekspertiza təyin ediləndə və ekspert rəy verəndə Zaqatala rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ona verilən 5206 kv.m (0.5206ha) torpaq sahəsi nəzərə alınmamışdır. İddiaçılara xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0,4014 ha torpaq sahəsi verilərkən ölçmə işləri səhv aparılmış, faktiki olaraq mülkiyyətində və istifadəsində olan təxminən 0.18 ha torpaq sahəsi qanunsuz olaraq iddiaçıların mülkiyyətinə verilmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********06 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 məxsusdur. AA seriyalı 545402 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********32 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 məxsusdur. AA seriyalı 545411 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Zaqatala rayonu Muxax Ərazi Nümayəndəliyi tərəfindən 19 may 2008-ci il tarixli AZ-İ seriyalı 286684 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə ölmüşdür. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 263285 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2022ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 aprel 2022-ci il tarixli 632 nömrəli mütəxəssis rəyindən görünür ki, Naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması müəyyən olunmuşdur. Naturada və Kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahələrinin coğrafi məkan göstəriciləri xüsusi informasiya proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Rəyə plan, plan-sxem və baxış aktı əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3813 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X4, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0.4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X4, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0.4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3813 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-951/2021 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2) qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən İddiaçı1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Muxax kəndində yerləşən torpaq sahələrinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla iddiaçıların mülkiyyətində olan 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1, 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 istifadə edir. Cavabdehlər həmin torpaq sahəsində fındıq kolları əkmişdir. Fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı3 şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4014 ha və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X10, İddiaçı4, İddiaçı3 və İddiaçı2 mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin qeydiyyat Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyini əsas gətirərək cavabdehlərin torpaq sahəsində çıxarılması və həmin torpaq sahələrinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3813 nömrəli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X4, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0.4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X4, İddiaçı4, X10, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0.4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4014 və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüququ vardır. Cavabdeh1 iddiaçıya məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 isə iddiaçıların mülkiyyətində olan 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrindən sərbəst və maneəsiz istifadə etmək hüquqları bərpa olunmalı, Cavabdeh1 iddiaçıya məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Cavabdeh2 isə iddiaçıların mülkiyyətində olan 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahələri mülkiyyətçilərinə təhvil verilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1, X3 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 hazırda 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh2 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə heç bir hüququ yoxdur. Məhkəmə cavabdehlərin, iddiaçılara məxsus torpaq sahələrinə dair verilmiş çıxarışların qanunsuz verilməsi, iddiaçıların torpaq sahələrinin başqa ərazidə olması, ekspert rəyi ilə razı olmamaları, yenidən ekspertiza təyin edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçılara məxsus torpaq sahəsinə dair verilmiş çıxarışlar qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2) qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən İddiaçı1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə müraciət etmiş, lakin Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-951/2021 nömrəli qərardadı ilə Cavabdeh1 tələbi üzrə iddiası mümkün sayılmamışdır. Digər dəlillə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3813 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər. İddiaçılara məxsus torpaq sahəsinin tam həcmdə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunur. Göründüyü kimi, çıxarışda qeyd olunan torpaq sahələrinin yerləşdiyi ərazi cavabdehlərin istifadə etdikləri ərazilərdir. Bundan başqa, torpaq sahələrinin zəbt olunması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan əlavə, torpaq sahələri iddiaçılara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçılara verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, cavabdehlərin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və X6 məxsus olan, Zaqatala rayonu Muxax kəndində yerləşən reyestr nömrəsi **********06 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 təhvil verilsin. Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və X6 məxsus olan, Zaqatala rayonu Muxax kəndində yerləşən reyestr nömrəsi **********32 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 təhvil verilsin. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-24/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-24/2022
30.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver