Məhkəmə qərarları › İş №e-2(033)-263/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-263/2023

08.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-263/2023 08.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, ilkin iddia ərizəsi üzrə İddiaçı, onun vəkili Nümayəndə, ilkin iddia ərizəsi üzrə cavabdeh-sonraki iddia tələbi üzrə iddiaçı Cavabdeh, sonrakı iddia tələbi üzrə cavabdehlər X9 və X1 iştirakları ilə ilkin iddia tələbi üzrə iddiaçı sonrakı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh sonrakı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə, sonrakı iddia tələbi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh sonrakı iddia tələbi üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı və sonrakı iddia tələbi üzrə cavabdehlər X11 və X4 qarşı yaşayış evindən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İlkin iddia tələbi üzrə iddiaçı sonrakı iddia tələbi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh sonrakı iddia tələbi üzrə iddiaçı (bundan sonra cavabdeh-iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən ümumi birgə mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1346 ha torpaq sahəsindən Cavabdeh əşyaları (geyim və məişət əşyaları) ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı və cavabdehlər X11 və X4 qarşı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aşağı Tala kəndində ümumbirgə mülkiyyətdə olan 0,1346 ha torpaq sahəsində yerləşən, 1986-ci ildə inşa edilmiş evdən yaşayış yeri kimi istifadəsinə törədilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xüsusi mülkiyyətində Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evi vardır. İddiaçının həmin fərdi yaşayış evi üzərində hüquqları 19 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Qeyd olunan fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətində olmaqla, fərdi yaşayış evinin yerləşdiyi 0.1346 ha torpaq sahəsi isə həyat yoldaşı X1, oğlu X9 və qızı X6 ümumi birgə paylı mülkiyyətindədir. Həmin həyətdə yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş və bir hissəsi sökülmüş iddiaçıya məxsus evdə keçmiş gəlini - iş üzrə Cavabdeh, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X12 və 12 mart 2012ci il təvəllüdlü X16 yaşayırlar. Hazırda iddiaçı, cavabdehin nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X12 və 12 mart 2012-ci il təvəllüdlü X16 ilə birlikdə ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində olan torpaq sahəsindən cavabdehə məxsus əşyalarla (geyim və məişət əşyları) birlikdə çıxarılmasını istəyir. Belə ki, iddiaçı hesab edir ki, mövcud şəraitdə cavabdehlə eyni birgə təsərrüfat idarə etməsi qeyri-mümkündür və bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(033)-836/2021 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X17 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli e-2(033)- 232/2022 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsi, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən məhkəmə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evinə istifadə hüququ yoxdur. Cavabdeh-iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X17 ilə 14 noyabr 2005-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra o, həyat yoldaşının atası İddiaçı məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 1986-cı ildə özbaşına tikilmiş 3 (üç) otaqlı fərdi yaşayış evinə köçmüş və hazıradək birgə nikahdan doğulmuş iki azyaşlı övladları ilə orada yaşayır. Həmin ev Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İƏD üzrə Nümayəndəliyində təsərrüfatbaşına uçot kitabında qeydə alınmışdır. Ötən müddət ərzində cavabdehlə ümumi təsərrüfat aparmaqla birgə yaşamış, lakin son illər aralarında yaşanmış ailədaxili narazılıq və münaqişələr əsasında dözülməz bir vəziyyət yarandığından ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən də, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-836/2021 saylı qətnaməsi ilə cavabdeh X17 ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Daha sonra 1986-cı ildə köçdüyü evin bir böyük otağı sökülməklə, bu evin sol hissəsində cavabdeh tərəfindən ümumi sahəsi 115,50 kv m olan yeni fərdi yaşayış evi tikilmiş və bu ev 19 okrtyabr 2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı, onun yerləşdiyi 0,1346 ha torpaq sahəsi isə ümumbirgə mülkiyyət hüquqi əsasında İddiaçı, X10, X17 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edir ki, hazırda o, iki azyaşlı uşağı ilə birlikdə 1986-cı ildə inşa edilmiş və 2005-ci ildə gəlin köçərək istifadə hüququnun yarandığı, təxminən 3x4 ölçüdə 2 yaşayış otağı və 1 (bir) mətbəxdən ibarət mövcud olan evdə yaşayır və həmin evdə onlara məxsus geyim, cehiz və digər məişət əşyaları yerləşmişdir. Qeyd olunanları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(033)-232/2022 saylı və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(107)-832/2022 saylı qətnamələrində məhkəmə tərəfindən müəyyən edilmiş faktlar da təsdiq edir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, 1986-cı ildə, eləcə də, yeni inşa edilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi keçmiş həyat yoldaşı X9 adına ümumbirgə mülkiyyət hüququ ilə birgə nikah dövründə qeydə alınmış və bu səbəbdən də hesab edir ki, həmin mülkiyyətdə ona məxsus olan pay hissəsi birgə nikah dövründə əldə edildiyindən onun yarısına hüquq əldə etməyə onun qanuni və əsaslı bir gözləntisi vardır. Məhkəmənin diqqətinə çatdırır ki, keçmiş həyat yoldaşı X17 ilə birgə nikahda əldə olunmuş bu və digər əmlaklara 1/2 pay hüququnun müəyyən olunması barədə iddia tələbi artıq mediasiya baxışında baxılmış, lakin aralarında razılıq əldə edilmədiyindən qeyd olunan tələblə tərəfindən məhkəməyə müraciət olunacaqdır. Göstərinlənlərə baxmayaraq cavabdehlər ona qarşı hazırda yaşadığı evdən istifadə etməyinə davamlı şəkildə maneələr və təzyiqlər göstərir. Belə ki, cavabdehlər yaşayış evinə gələn qaz turbasını kəsməklə, eləcə də, digər formada münaqişələr yaratmaqla onun və azyaşlı uşaqlarının bu evdən istifadəsinə maneələr törətmişdir. Lakin aidiyyəti dövlət orqanlarının müdaxiləsindən sonra qaz xətti bərpa olunmuş və cavabdehlərə xəbərdarlıq edilməklə onlar münaqişəli ailə kimi Zaqatala Rayon Polis Şöbəsində qeydiyyata gütürülmüşlər. Buna baxmayaraq cavabdehlər bugün də onu yaşadığı evə gələn qaz, su və işıq xətlərini kəsəcəkləri ilə hədələməklə, eləcə də, digər şəkildə təzyiqlər göstərməkdə davam etməklə, onu yaşadığı evdən məhrum etməyə çalışırlar. Yuxarıda şərh edilənləri və aşağıda göstərilən hüquqi əsaslara görə hesab edir ki, hazırki iddia tələbi təmin edilməli və yaşayış sahəsindən istifadəsinə törədilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələblrinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdehin vəkili Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini, sonraki iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh özü tərəfindən verilmiş sonrakı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmin tələbin təmin edilməsini və fərdi yaşayış evindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması və belə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən sonrakı iddia tələbi üzrə cavabdehlər X17 və X10 izahat verərək ayrı-ayrılıqda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsini xahiş etdilər. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X10, X17 və X6 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-836/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X17 ilə Cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 14 noyabr 2005-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 12 mart 2012-ci ildə doğulmuş X16 və 29 oktyabr 2006-cı ildə doğulmuş X5 Cavabdeh himayəsində saxlanılmaları, 12 mart 2012-ci ildə doğulmuş X16 və 29 oktyabr 2006-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 sentyabr 2021-ci il tarixdən başlayaraq, iddiaçı X7 hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq, Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 10 manat dövlət rüsumunun kəsrinin iddiaçı X7 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə verilmiş 1404 nömrəli arayışdan görünür ki, İddiaçı ailə tərkibi aşağıdakı kimidir: özü-İddiaçı, yoldaşı- X10, oğlu-X17, gəlini- Cavabdeh, nəvələri-X16 və X12, qızı-Məmmədova (Qardaşova) Xanım Mahir qızı. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd indizati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X9 təsərrüfatında 0,12 ha həyətyanı torpaq sahəsi və bir ədəd traktor var. Cavabdeh 2005-ci ilinnoyabr ayından hal-hazıradək qaynatası İddiaçı evində övladları ilə birgə yaşayır. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd indizati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli 171 nömrəli arayışdan görünür ki,Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndiində qeydiyyatdadır və onun ailə tərkibi özündən, qızı, X2 və oğlu X8 ibarətdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-232/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə yerində müayinə keçirilmişdir. Həmçinin baxış zamanı müəyyən edildi ki, İddiaçı ümumi birgə mükiyyət hüququ əsasında məxsus olan 0,1346 ha torpaq sahəsində sonuncaya tam mülkiyyət hüququ əsasında məxsus olan-ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi vardır, həmin fərdi yaşayış evinin sağ tərəfində Cavabdeh hazırda yaşadığı-gəlin köçdüyü 1986-cı ildə tikilmiş fərdi yaşayış evi vardır. İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evinə bitişik 1986-cı ildə tikilmiş evdən Cavabdeh çıxarılmasını, Cavabdeh isə 1986-cı ildə tikilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrin aradan qaldırılmasını xahiş edir. Hər iki fərdi yaşayış evi də iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üzərindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüququna malik olub-olmamasını araşdırmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin, sonrakı iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh-iddiaçı Cavabdeh 14 noyabr 2005-ci il tarixdə sonrakı iddia tələbi üzrə cavabdeh X17 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra o cavabdeh Zahid Məmmədovun yaşayış yeri olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçı-cavabdeh X13 mülkiyyətində olan fərdi yaşayış evində yaşamışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,1346 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı, X10, X17, X6 ümumi birgə mülkiyyətindədir. Ümumi birgə mülkiyyətdə olan 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. Cavabdeh-iddiaçı Cavabdeh gəlin köçdüyü ev qeydiyyata alınmamışdır. Cavabdeh-iddiaçı Cavabdeh ilə sonrakı iddia üzrə cavabdeh X9 nikahına Zaqatala Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(033)- 836/2021 nömrəli qətnaməsi əsasında xitam verilmişdir. İddiaçı-cavabdehin ailə üzvü olan X17 ilə cavabdeh-iddiaçı Cavabdeh nikahına xitam verildikdən sonra iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh yaşayış binasının tərkib hissəsindən qarşı (Zaqatala rayonu Aşağı Tala kəndində 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi) istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbi ilə, cavabdeh-iddiaçı Cavabdeh isə iddiaçı-cavabdeh İddiaçı iddiasına qarşı evə köçürülmə tələbli qarşılıqlı iddia ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-232/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Hər iki tələbin rədd edilməsinə əsas cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun yaranmaması olmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbi ilə müraciət edərək cavabdeh-iddiaçı Cavabdeh "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1346 ha torpaq sahəsindən Cavabdeh əşyaları (geyim və məişət əşyaları) ilə bilikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh isə iddiaçı-cavabdeh İddiaçı və cavabdehlər X4 və X11 qarşı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aşağı Tala kəndində ümumi birgə mülkiyyətdə olan 0,1346 ha torpaq sahəsində yerləşən, 1986-cı ildə inşa edilmiş evdən yaşayış yeri kimi istifadəsinə törədilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə cavabdeh-iddiaçı Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh-iddiaçının gəlin düşdüyü və yaşayış yeri kimi istifadə etdiyi ev (fərdi yaşayış evinin bir hissəsi, digər hissəsinin yerində yeni fərdi yaşayış evi inşa edilmişdir) Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi İddiaçı və digər 3 subyektin mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi üzərində 1986-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evi hazıradək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin bir hissəsi uçurulmuş onun yerində yeni fərdi yaşayış evi inşa edilmiş, bu ev isə daşınmaz əmlakın dövlət reyestr xidmətində Cavabdeh qaynatası İddiaçı adına qeydiyyata alınmışdır. Eyni zamanda cavabdeh-iddiaçının yaşamaq istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də vətəndaşlara yaşayış evlərinin tikintisi məqsədilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən iddiaçı-cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, İddiaçı ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi İddiaçı həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Buna görə də, məhkəmə hesab edir hazırki münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun anologiyası qaydasında Mənzil Məcəlləsinin “mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Eyni zamanda həmin maddədə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə kimlərin aid edildiyi qeyd edilmiş və eyni zamanda keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadəsinin saxlanılması şərtləri müəyyən edilmişdir. Mənzil Məcəlləsinin həmin müddəasına əsasən mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir və eyni zamanda digər qohumlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha həyətyanı torpaq sahəsi üzərində 1986-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evinə gözlənilən hüququ olan iddiaçı-cavabdeh İddiaçı digər qohumu (gəlini) kimi cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürülmüşdür. Cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdeh İddiaçı oğlu X17 arasında olan nikah pozulduğundan, cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdeh İddiaçı qohumluq münasibətləri pozulmuş və cavabdeh-iddiaçı hazırda iddiaçı-cavabdeh İddiaçı ailə üzvü deyil. Eyni zamanda keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququnu tənzimləyən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilən yaşayış sahəsinin mülkiyyətçisi ilə cavabdeh-iddiaçı Cavabdeh arasında başqa razılaşma da yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülkiyyətçi İddiaçı keçmiş ailə üzvü olan cavabdeh-iddiaçı Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha həyətyanı torpaq sahəsi üzərində 1986-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evindən istifadə hüququ olmadığından onun həmin fərdi yaşayış evindən istifadə etməsinə qarşı yönəlmiş maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbi ilə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan, xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunanlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehiddiaçı Cavabdeh tərəfindən verilmiş iddia tələbinin qanuni əsası mövcud deyil. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, sonrakı iddia tələbi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh sonrakı iddia tələbi üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı və sonrakı iddia tələbi üzrə cavabdehlər X11 və X4 qarşı yaşayış evindən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Daşınmaz əmlakın Dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı, X1, X9 və X6 mülkiyyətindədir. Cavabdeh-iddiaçı Cavabdeh həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur və onun həmin torpaq sahəsi üzərində yerləşən 1986-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evindən istifadə hüququ da hazırda yoxdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı-cavabdeh Məmmədov X15 rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mülkiyyətçisidir və onun öz əmlaklarından özünün istədiyi kimi istifadə etmək hüququ vardır. Eyni zamanda İddiaçı həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 115.50 kv.m olan fərdi yaşayış evinin də tam mülkiyyətçisidir. Hansı ki, həmin ev Cavabdeh çıxarılması tələb edilən torpaq sahəsində yerləşən 1986-cı ildə inşa edilmiş evin bir hissəsinin yerində tikilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı və digər üç subyektə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsi üzərində cavabdeh-iddiaçı Cavabdeh hər hansı hüququ olmadığı halda həmin torpaq sahəsindən çıxmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz hesab edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsindən əşyaları (geyim və məişət əşyaları) ilə birgə çıxarılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə iddiaçı sonrakı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh sonrakı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməli, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" a əsasən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, digər şəxslər X9, X1 və X6 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1346 ha torpaq sahəsindən Cavabdeh əşyaları (geyim və məişət əşyaları) ilə birlikdə çıxarılmalı, sonrakı iddia tələbi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh sonrakı iddia tələbi üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı və sonrakı iddia tələbi üzrə cavabdehlər X11 və X4 qarşı yaşayış evindən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İlkin iddia ərizəsi üzrə İddiaçı Zahir oğlunun iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Sonrakı iddia tələbi rədd edildiyindən cavabdeh-iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İlkin iddia tələbi təmin edilsin. Cavabdeh əşyaları (geyim və məişət əşyaları) ilə birlikdə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, digər şəxslər X9, X1 və X6 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1346 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən (1986-cı ildə inşa edilmiş köhnə tikilidən) çıxarılsın. Sonrakı iddia tələbi üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh sonrakı iddia tələbi üzrə cavabdeh-ilkin iddia üzrə İddiaçı və sonrakı iddia tələbi üzrə cavabdehlər X11 və X4 qarşı yaşayış evindən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İlkin iddia ərizəsi üzrə İddiaçı Zahir oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Sonrakı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar